1 Willem F. van Eekelen



Yüklə 4.6 Mb.
PDF просмотр
səhifə43/65
tarix24.04.2017
ölçüsü4.6 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   65

 

 

 

 

377


 

12-ci Fəsil 

 

Kəşfiyyatin İdarə Edilməsi  

və Onun Üzərində Nəzarət 

 

Albay Fred Şreyrer 

 

 

 

Kəşfiyyat nədir? 

 

Kəşfiyyatın çoxlu sayda tərifi vardır

342

,lakin onlar aydınlaşdırıcı yox, da-



ha çox çaşdırıcıdır

343


. Ümumiyyətlə baxsaq,kəşfiyyat beş məna daşıyır: (1) 

xüsusi bilik;(2) həmən biliyi yaradan təşkilat növü; (3) bu təşkilatın apardı-

ğı fəaliyyət

344

; (4) bu fəaliyyətləri istiqamətləndirən proses; və  (5) bu fəa-

liyyətlər və proseslərdən çıxan nəticə. 

Kəşfiyyat,dar çərçivədə geniş kateqoriya məlumatların ixtisar olunmuş 

variantıdır və bu məlumat,müasir bilik idarəetmə nəzəriyyəsi ierarxiyasında 

dəyər yaradılması zəncirinin bir addımdır və o,məlumat bazasından başlayıb 

informasiya əldə olunmasına gətirir və sonra bilgi formalaşdırıb son nöqtəyə 

çatır. Bilgi, toplanmış məlumatlarda deyil, istifadəçidə yığılır və bilgi yara-

dılmasında ancaq insan amili mərkəzi rol oynaya bilər. Külli miqdarda mə-

lumat(o çox olduqca ucuz olur),istehsalın yeganə amilidir ki,ondan istifadə 

zamanı dəyər qazanır

345


. Əgər daha çox adam eyni məlumat bazası və məlu-

matlarla işləyirsə, o zaman onlar bilgi formasında daha böyük dəyərlər qaza-

nırlar. Ümumiyyətlə, informasiya, üzə çıxarılmasından asılı olmayaraq mə-

lum olan istənilən şey ola bilər,kəşfiyyat isə xüsusi bilgiyə isnad edir və si-

                                                            

342


 

Başqa təriflər üçün bax: 

http://intellit.muskingum.edu/whatis_folder/whatisintelintro. html

 

343



  Tərif məsələlərinin geniş müzakirəsi üçün bax: Codevilla, Angelo. 1992. Informing Statecraft: 

Intelligence for A New Century; New York: The Free Press; pp. 3-47. 

344


 Kent, Sherman. 1965. Strategic Intelligence for US World Policy. Hamden: Archon Books, p. 

xxiii. 


345

 Torpaq,əmək və pul –istehsalın ənənəvi amilləri– itmir, lakin onlar bilgi üçün ikinci dərəcəli olur. 

Şirkətlər Net-in virtual formasında doğulurlar, məsələn ‘etoys’ və  ‘amazon.com’  bir çox hallarda 

ənənvi istehsalat amillərinə məhdud yatırım qoyaraq öz dəyərlərini çox sayda artırdılar. 



 

378


yasətcilərin və siyasi rəhbərliyin və ya hərbi komandirlərin və planlaşdırıcı-

ların bəyan edlmiş və ya başa düşülən ehtiyaclarını təmin edir. Digər tərəf-

dən, bu xüsusi bilgi gizli bilgi sayılır və gözlənilməyənin öncədən gözlənil-

məsidir. 

Bu xüsusi bilgini verən  təşkilata  da kəşfiyyat deyilir. Xarici Kəşfiyyat 

Xidməti xarici təhlükəsizliklə bağlı məlumatlar verir; Daxili Kəşfiyyat və ya 

Təhlükəsizlik Xidmətləri ölkənin daxili təhlükəsizliyi ilə bağlı müvafiq kəş-

fiyyat məlumatlarını verir. 

Kəşfiyyat təsisatlarının apardığı fəaliyyətlərə də kəşfiyyat deyilir. Bu fəa-

liyyətlər kəşfiyyat təsisatlarının dörd kateqoriyalı funksiyalarının çərçivəsin-

də olur; kəşfiyyat toplanması;kəşfiyyat analizi; cəmiyyəti və özünün kəşfiy-

yat imkanlarını düşmən kəşfiyyatı  fəaliyyətlərindən,aldatma və sabotajdan 

qorumaq üçün əks-kəşfiyyat; və milli maraqlardan çıxış edərək xaricdə və-

ziyyətə və şəraitlərə təsir edən gizli fəaliyyətlərdən ibarət olan gizli əməliy-



yat. 

Kəşfiyyat təsisatlarının fəaliyyətlərini istiqamətləndirən  prosesə  də  kəş-

fiyyat deyilir-onların vasitəsilə hökümətin və ya hərbi rəhbərliyin tələbatla-

rına cavab vermək üçün məlumat bazası  və  məlumatın özü müəyyən edi-

lir,əldə edilir və analiz edilir. Və ya daha ümumi olaraq: proses kimi, kəşfiy-

yat bir vasitəsdir və hökümət və ya hərbi rəhbərlik sorğu verir və kəşfiyyat 

təşkilatları məlumatları toplayır,analiz edir və müəyyən növ tələb olunan in-

formasiyanı yayır. Bu bir növü beş addımdan ibarət kəşfiyyat dairəsində baş 

verir: planlama və istiqamətlənmə; məlumatların toplanması; informasiya 

üzərində işləmə, analiz və nəticə ortaya qoyma və məlumatların yayılması. 



İnformasiya üzərində  işləmə  dərəcələri fərqlidir. Tutulan mesajlar,görü-

nüş  və gizli əldə edilmiş çoxlu sənədlər ehtiyatlı izahat tələb edir. Başqa 

yollar nisbətən şəffaf ola bilər,lakin hətta onlar da izahatı zəruriləşdirir. Be-

ləliklə, çoxlu sayda kəşfiyyat materialları informasiya üzərində  işləmənin 

vacib elementləridir və bu fərqlilik dəqiq olaraq hərbçilərin qəbul etdiyi fər-

qlilik kimidir,“üzərində  işlənməmiş istənilən növ məlumat bazası” sadəcə 

məlumatdır və “məlumat üzərində  işləmdən alınan məhsul” isə  kəşfiyyat-

dır

346

.  Ona görə  də , bütün kəşfiyyat məlumatdır,lakin bütün məlumatlar 

kəşfiyyat sayılmır.

347

 

                                                            



346

 British Joint Operational Intelligence. 2000. Joint Warfare Publication 2-00; Annex 1A, p. 1. 

347

 Lowenthal, Mark. 2003. Intelligence: From Secrets to Policy. 2



nd

 ed. Washington D.C.: CQ Press, 

p. 2. 


 

379


Diplomatik və digər mənbələrdən yığılan informasiyalarla müqayisədə, 

kəşfiyyat  daha çox “itələmək” nəinki “çəkmək”-lə işləyir və onların üzərin-

də işlənmə toplanmış dəlillərə əlavə dəyər verir. Yekun nəticə odur ki, kəş-

fiyyat çətin suallarla məşğul olmağa çalışır və burada gizlətmə və ya aldat-

ma elementləri də ola bilər. 

Nəhayət,kəşfiyyat təsisatlarının fəaliyyətlərindən və  proseslərindən çı-

xan məhsul  də kəşfiyyat adlanır. Bu məhsullar xəbərdarlıqdan və vəziyyətlə 

bağlı hesabatdan,brifinq, qiymətləndirmə,təxminlərdən başlamış ən yaxşı is-

tifadə oluna biləcək formada analizlərə qədər uzanır. Məhsul, dəqiq və vax-

tlı-vaxtında olmalıdır. 

Kəşfiyyat dəqiq məhsul olduğundan,istifadəçinin xüsusi tələbatlarını ödə-

mək üçün, o özünün sifarişçilərini,şahid ifadələri,gümanlar və  nəticələrə 

əsaslınmış  analitik materiallarla inandırmalıdır. Digər tərəfdən,  ehtimal 

analizi  məsləhət görülür: siyasəti irəli aparmaq və ya müdaxilə planlaşdır-

maq və ya hərbi əməliyyatlar aparmaq üçün imkanlar,şanslar və zəif nöqtə-

lərin ayırd edilməsi. Beləliklə, kəşfiyyat analizlərə,təqdimatlara və inandır-

malara edilən vurğulardır və o kəşfiyyatı daha çox xəbər xarakterli məlu-

matlardan ayırır. Əlavə olaraq, informasiya üzərində işləmənin vurğulanma-

sı  kəşfiyyatın proqnoz rolu ilə  də gücləndirilir,çünki kəşfiyyatın  ən böyük 

dəyəri onun gələcəyə  bələdciliyidir

348

.  Ona görə  də, kəşfiyyat arxeologiya 

kimidir: dəlilləri tapmaqla bərabər onları şərh eləməkdır

349

. Kəşfiyyatı me-



dia tipli məlumatdan fərqləndirən, bacarıq və  zəkadır-baxmayaraq ki, ən 

yaxşı  kəşfiyyat  əldə edilməsi də biliyin təminatı deyil. Buna baxmayaraq, 

kəşfiyyat obyektiv təxmin və proqnoz kimi taninmalı və təkcə, demokratik 

qaydanın hər hansı konsepsiyasında yox, həm də beynəlxalq  əməkdaşlığın 

çoxtərəfli miqyasında da əhəmiyyətli yer tutmalıdır. 

 

Kəşfiyyatın Məqsədi Nədir? 



 

Kəşfiyattın məqsədi höküməti məlumatlandırmaqdır:həqiqəti hakimiyyətə çat-



dırmaq.  Kəşfiyyat xidmətlərinin vəzifəsi, başqa vasitələrlə daha yaxşı,daha təhlü-

kəsiz və ya daha ucuz əldə edilə bilinməyən gizli və sirli saxlanılan məlumatların 

toplanmasıdır.Kəşfiyyat,qərar verən  siyasi və hərbi rəhbərliyə xidmət edir və onla-

                                                            

348

 

Herman, Michael. 2001. Intelligence Services in the Information Age. London: Frank Cass 



Publishers, pp. 7-9. 

349


 Ibid. p. 10. 

 

380


rın tabeçiliyindədir. O, (1) öncədən xəbərdarlıq üçün; (2)uzun müddətli ekspertiz 

təmin etmək üçün

350

; (3) münaqişə və hərbi əməliyyatlarda qərar vermə və siyasi 



qərarlar qəbul etmə proselərini dəstəkləmək üçün; və (4) sirləri saxlamaq və qoru-

maq üçün mövcuddur və bunlar kəşfiyyatın məğzini göstərir. 

 

•  Öncədən Xəbərdarlıq 



Kəşfiyyat xidməti həmişə hökümətə,ölkəyə və onun silahlı qüvvələrinə strateji 

sürprizin qurbanı olmamaları üçün kömək etməlidir. Beləliklə, kəşfiyyat xidmətləri 

yaxınlaşan böhranlar haqqında xəbərdarlıq etmək iqtidarında olmalı  və mümkün 

sürprizləri,təhlükələri,qorxuları  və ya hücumları öncədən aşkarlamalıdır. Mühüm 

milli infrastrukturun müdafiə olunmaq dərəcəsinin zəifliyini və kiçik hərbi və təh-

lükəsizlik qüvvələrini nəzərə alsaq,xəbərdarlıq funksiyasının əhəmiyyəti atrır. Mü-

dafiəni təşkil etmək və silahlı qüvvələri yenidən qurmaq lazım olarsa, onu adaptasi-

ya etmək üçün müəyyən vaxt tələb olunur.Öncədən xəbərdarlıq beləliklə zərurətə 

çevrilir. 

 

•  Uzun Müddətli Təcrübənin Təmin Edilməsi  



 

Kəşfiyyat orqanları, qismən hökümət mütəxəssisi kimi müəyyən metodlardan 

istifadə edərək məlumat bazası və məlumatlardan kəşfiyyat toplayır, analiz edir və 

məhsul ortaya qoyur, eyni zamanda onlar müəyyən sahələr üzrə qismən ekspert 

olur və bu iki sahə arasında tarazlıq saxlamaq rolunu da oynayırlar. Rəsmi olaraq, 

kəşfiyyatın əhatə etdiyi miqyas qeyri-məhduddur,lakin bir necə sahə üzrə mövcud 

qaydalar kəşfiyyat xidmətinə onlarla məşğul olmağa imkan vermir. Kəşfiyyat xid-

mətlərinin məşğul olduğu bir çox subyektlərlə bağlı açıq məhdudiyyətlər vardır. Bu 

o sahələrdir ki, onlar orada başqa bilgi mənbələri üzərində nisbət üstünlüyünə ma-

likdirlər və bunlar milli təhlükəsizliyin bir-birini qarşılıqlı əvəz edən, lakin asan ta-

nina bilən ideyalarını birləşdirir. Orada kəşfiyyatın ən böyük işi, real və potensial 

rəqiblərin niyyətlərinizorakı dəyişikliyə aparan riskləri, onun qorxularını və yara-

nacaq qeyri -sabitliyi üzə çıxartmaqdır və həmçinin, bu hadisələri meydana gətirə 

bilən vəziyyəti,münaqişələrdə istifadə oluna biləcək metodları  və vasitələri,təhlü-

kənin potensialını və artma miqyasını aşkar etməkdir. 

Strateji vəziyyətin dəqiq bilinməsi,mümkün və ehtimal olunan gedişlər,ris-

klər,təhlükələr,qorxular və imkanlar öncədən xəbərdarlığı təmin etmək etmək zəru-

rətindən başqa, həm də ilkin şərtdir: (1) milli maraqların müəyyən edilməsi; (2) 

sanballı milli təhlükəsizlik strategiyasının hazırlanması, müvafiq milli təhlükəsizlik 

strategiyası və uyğun hərbi strategiyalar; (3) mühüm ölkə infrastrukturunu qoruyan 

                                                            

350


 Ibid. pp. 2-5. 

 

381


qüvvələrin,həm təhlükəsizlik qüvvələrinin , həm də silahlı qüvvələrin missiyaları-

nın müəyyən edilməsi; və (4) doktrinlərin müıyyən edilməsi və onların əməliyyat-

lara köcürülməsi. 

Sadəcə,əgər ali siyasi qərar verənlər və rəhbərliyin,silahlı qüvvələrin  rəhbərliyi 

və onların planlaşdırıcıları və müşavirlərinin dünyada gedən proseslər,mümkün ge-

dişlər,potensial və mövcud təhlükələr,qorxular, risklər,imkanlar və  şanslarla bağlı 

lazımi səviyyədə məlumatları olsa,onlardan daxili və xarici təhlükəsizlik,milli mü-

dafiə və beynəlxalq münasibətlər sahəsində sanballı fikirlər və siyasətlər gözləmək 

olar. Digər tərəfdən, bilgi,gözlənilməyən hadisələr üzrə planlaşdırma və vaxtlı-vax-

tında xəbərdarlıq,məhsuldar və səmərəli milli böhran idarəetməsi üçün ilkin şərtlər 

sayılır. Kəşfiyyat xidmətləri belə bilgi üçün əsas verir. 

 

Qərar vemə və siyasət formalaşdırma proseslərinin dəstəklənməsi 

 

Strateji,siyasi və iqtisadi mühitin Soyuq Müharibə bitəndən sonra dəyişməsi,hö-



kümətlərin təhlükəsizliklə bağlı  məsələlərə  tələbatlarını artırdı. Transnasional ris-

klərin və qorxuların hakim olması,milli təhlükəsizliyi bölgəsəl və qlobal sabitliyin 

və eyni inkişaf səviyyəli ölkələrin asılılığına çevririr. Coqrafi uzaqlıq müvafiq təh-

lükəsizliyi artıq təmin edə bilmədiyindən, dövlətlər böhranlara və münaqişələrə tə-

sir etməli və  təlükəsizlik və xarici siyasətin səyləri artıq daha çox münaqişələrin 

qarşısının alınması,böhran idarəetməsi, böhrana cavab və koalisiya tərkibində mü-

daxiləyə fokuslanmalıdır. Bu daha çox belədir,çünki qlobal,bölgəsəl və transnasio-

nal siyasi,iqtisadi,sosial və hərbi problemlərin rəngarəngliyi və artan büdcə məhdu-

diyyətləri,dövlətləri riskdən qaçınmaq yanaşmasından, riski idarəetmə yanaşması-

na keçməyi tələb edir. 

Qərar vemə və siyasət formalaşdırmasına, təkmilləşmiş kəşfiyyat dəstəyi lazım-

dır,çünki 21-ci əsrin dünyası yeni təhlükələrlə,tarixdə hec bir zaman rast gəlinmə-

yən qeyri-müəyyənlik və gözlənilməzliklərlə qorxudulmuşdur. Perspektiv gediş-

lər,üç tendensiyanı üzə  çıxarır və onlar təhlükəsizlik problemlərini artırır,qiymət-

ləndirmələri mürəkkəbləşdirir,gedişlərin gözlənilməzliyini azaldır və böhran və 

münaqişələri hesablana bilməyən edir: 

 

•  Böhranların,münaqişələrin və  təhlükələrin səbəblərini çoxölçülü 



edən subyektlərin,böhran mənbələrinin və güc tətbiqi və müharibə apar-

maq vasitələrinin artırılması. 

•  Zorakılığın artan istiqamətdə şəhərə yerdəyişməsi və daxili təhlükə-

sizliyin və ya ictimai asayişin sahəsinə çevrilməsi, şəxsi həyatın toxunulmazlı-

ğını sarsıdan, yeni və əsasən asimmetrik və ya qeyri-adi münaqişə formaların-

da iqtisadi,etnik,dini və ideloji əsasda sosial ziddiyyətlərin artması. 



 

382


•  Texnoloji yeniliklərin və inkişafın sürətləndirilməsi, bir tərəfdən, 

qarşılıqlı bağlılığa,informasiyaya çıxışa,artan iqtisadi və maliyyə qarşılıqlı 

asılılığa və beynəlxalq münasibətlərin genişlənən şəbəkələrinə və digər tə-

rəfdən, regional və qlobal qarşılıqlı asılılığı və həmçinin,inkişaf etmiş ölkə-

lərin zəif nöqtələrini artıran müdaxilə,dağıntı və pozuntu vasitələri və me-

todlarının geniş tətbiqinə gətirir. 

 

Yeni dinamikaların və  zəif nöqtələrin yaranması ilə,ölkəyə  rəhbərlik daha 



çətinləşmişdir. Onlara cavab vermək üçün bütün bunları hökümətlər başa düş-

məlidir. Tez-tez, mümkün variantlar problemin nə  qədər erkən müəyyən edil-

məsindən asılı olur. Düzgün variantın seçilməsi,öz növbəsində,nəticələrin necə 

olacağını hesablamaqdan asılıdır. Fəaliyyət istiqaməti seçiləndən sonra, lazımi 

dəyişikliklərin edilməsi üçün verilən qərarın təsirlərinin nə olacağını bilmək 

əhəmiyyətlidir. İstənilən halda,düzgün qərarın verilməsi alınan kəşfiyyatın key-

fiyyəti ətrafında fırlanacaqdır. Ona görə də, savadlı qərar –vermə və siyasət for-

malaşdırılması yaxşı kəşfiyyat,qiymətləndirmə və xəbərdarlıq tələb edir. Yaxşı 

kəşfiyyat yaxşı siyasətə təminat vermir,lakin pis kəşfiyyat uğursuz siyasətə tə-

minat verir. 

Bu baxımdan,kəşfiyyat məsuliyyətli demokratik rəhbərliyin əlində, öz xalqı 

qarşısında tam cavabdeh olması və ölkəyə qarşı yönəlmiş niyyətləri bilməsi və 

təhlükəsizliyə yönəlmiş qorxuların vaxtında aşkarlanması və zərər,ölüm və da-

ğıntılara qarşı vaxtında önləyici tədbirlərin hazırlanması baxımından əsas təmi-

natçıdır

351


 

 Sirlərin saxlanması və Qorunması  



 

Əgər hökümət xalq,seçicilər və vergi-verənlər tərəfindən legitimliyi saxla-

maq,qəbul edilmək,dəstək almaq istəyirsə,demokratik cəmiyyətdə hökümətin,döv-

lət idarəetməsinin və bütün idarələrin fəaliyyətinin şəffaflığı vacibdir

352

. Lakin,baş-



qalarının gizli və sirli saxladıqları informasiyanı əldə etmək üçün,hökümət kəşfiy-

yat xidmətlərinə arxalanmalıdır və onları  əldə etmək başqa hökümət idarələrinin 

əlində olmayan imkanlar və səlahiyyətlər tələb edir. Kəşfiyyat xidmətləri müdaxilə-

                                                            

351

 

Lustgarten, Laurence & Leigh, Ian. 1994. In from the Cold: National Security and Parliamentary 



Democracy, Oxford: Clarendon Press 

352


 Hulnick, Arthur. Winter 1999. Openness: Being Public About Secret Intelligence. International 

Journal of Intelligence and Counterintelligence. Vol. 12, no. 2; pp. 463-483. Robertson, K. G. 1999. 

Secrecy and Open Government. New York: Macmillan. And: Turner, Stansfield. 1985. Secrecy and 

Democracy. Boston: Houghton Mifflin. 

 

383


edici metodlardan istifadə üçün qanuni səlahiyyətlərə malik olmalıdırlar

353


. Önəmlisi 

odur ki, onlar məlumat toplanmasını və analizini sirli etməlidirlər. Beləliklə,sirlilik qiy-

mətsiz resursdur

354


. Sirliliyin mənası odur ki, kəşfiyyat xidmətlərinin fəaliyyətləri və 

məhsuldarlığı başqa hökümət idarələri kimi şəffaf ola bilməz və həm də onlar, o biri 

təşkilatlarla eyni dərəcədə ictimai nəzarət və müzakirə mövzusu ola bilməz. Resursla-

rın ayrılması üzrə məlumatların və ya kəşfiyyat xidmətlərinin uğurları barədə məlumat-

ların dərc olunması, onun imkanlarını və hədəflərini üzə çıxarmaq baxımından riskli-

dir, və belə etməklə onların səmərəliliyi ciddi surətdə təhlükədə qala bilər. Beləliklə, 

kəşfiyyat xidmətlərinin öz işlərini səmərəli aparmaları üçün, bir çox fəaliyyət sahələri 

vardır ki, onlar sirli olmalı və sirli qalmalıdır

355

. Demokratik ölkələrdə, kəşfiyyatın ən 



azı üç mövzusu həssas məsələ kimi qəbul edilmişdir. 

 

1.  Kəşfiyyat hədəfləri,mənbələri,əməliyyatları,metodları,prosedurları 



və toplama vasitələri ilə bağlı bütün məlumatlar. 

2.  Operativ işçilərin anonimliyi və onların bilgilərinin qorunması. 

3.  Xarici kəşfiyyatın və inanılmış  təhlükəsizlik xidmətlərinin təmin 

etdiyi kəşfiyyat xəbərlərinin mənbəyi və detalları. 

 

Bütün təhlükəsizlik xidmətləri bu məsələlərdə sirrin saxlanılmasını tələb edirlər.  



Onlar mənbələrin kimliyini və alınan məxvi məlumatın gizliliyini qorumağa təmi-

nat vermək iqtidarında olmalıdırlar. Bu təkcə  kəşfiyyat xidmətinin işçilərinin qo-

runması üçün deyil,həm də bu xidmətlərlə dünyanın başqa yerlərində  işləyən 

adamlar üçün də edilməlidir. Sirlilik zərurətdir,çünki bu real və potensial mənbələ-

rin təhlükəsizliyinə təminat vermək üçün yeganə yoldur. Heç kim, mənbələri icti-

maiyyətə açıqlayan kəşfiyyat xidmətinə könüllü işləməz. 

 Xidmətin operativ işçilərinin anonimliyinin zərurəti  birinci mövzudan çıxır. 

Əgər  əməliyyata cəlb olunan işçilər ictimaiyyətə  məlumdursa,hədəflər,mənbələr, 

əməliyyatlar,metodlar,prosedurlar və toplama vasitələri sirli qala bilməz. Kəşfiyyat 

                                                            

353

  Kəşfiyyat xidmətləri, xidmətlərin məsuliyyət sahəsini,onların səlahiyyətlərinin miqyasını,nəzarət 



və hesabatlılıq mexanizmlərini və həmçinin,hüquqlar pozulan zaman şikayətlərlə məşğul olmaq üçün 

hüquqi vasitələri müəyyən edən hüquqi çərçivə haqqında qanun qəbul edilməsini tələb edirlər. 

Kəşfiyyat fəaliyyətinə  rəhbərlik etmək üçün nizamnamə  tənzimləmələri,koordinasiya və  nəzarət 

sistemləri tələb olunur. Bu cür sistem qanunlardan,sərəncamlardan,göstərişlərdən və nazirlik və idarə 

təlimatlarından təşkil olunur. 

354


 Herman, Michael. 2001. Intelligence Services in the Information Age. London & 

Portland, OR: Frank Cass,pp. 4-6. 

355

 

ABŞ-da Milli Təhlükəsizlik Aktına görə, MKİ  şəxsən ABŞ  kəşfiyyatının mənbələrini və 



metodlarını qorumağa cavabdehdir.  

 


 

384


xidmətinin işçilərinin kimliklərinin açıqlanması onları təhlükə altına qoyar və əks-

kəşfiyyat hücümlarına məruz qoyar. Kəşfiyyat xidmətlərinin bilgiləri və fəaliyyət-

ləri qorunmalıdır,çünki açıqlanarsa niyyətlər,məlumat toplama səylərinin konkret 

hədəfləri,həmçinin,toplama sistemlərinin imkanları üzə çıxar –acıqlanmalar ehtiyat 

tədbirlərinə və səmərəli əks-tədbirlərə,əməliyyatların və həmçinin, gələcəkdə məlu-

mata çıxış və  məlumat toplanmasının pozulmasına gətirər. Çox zaman kəşfiyyyat 

uğurları gizli saxlanılır ki, davamlı kəşfiyyat məlumatları toplanması davam etsin. 

Əgər hökümət,öz kəşfiyyat xidmətlərinin xarici ölkələrin kəşfiyyat və təhlükə-

sizlik xidmətləri ilə  əməkdaşlıq etməsində  və  kəşfiyyat mübadiləsi aparmasında 

maraqlıdırsa

356

,o zaman kəşfiyyat məlumatlarının mənbəyinin sirli saxlanması  və 



məlumatların məzmunu və verilən qiymətləndirmələrin gizliliyinin təmin oluması 

mühüm məsələyə çevrilir. Bütün sənədlər və kəşfiyyat məlumatları daşıyıcıları bu 

işləri təmin edən ölkənin varıdır və bu ölkənin izni olmada onlar yayıla bilməz. 

Kəşfiyyat məlumatları,hansı ölkə ilə kəşfiyyat mübadiləsi haqda razılıq varsa, onla-

rın uyğun xidmətlərinə verilə bildiyindən,onlardan da eyni dərəcədə sirliliyin sax-

lanması gözlənilməlidir. Kəşfiyyat məlumatlarına çıxış,onların gizlədilməsi, yayıl-

ması və onların arxivi üçün aydın prinsiplər və qaydalar müəyyən edilməlidir və bu 

qaydalar və prinsiplər kəşfiyyat xidmətinin öz işçiləri və ictimaiyyət üçün və həm-

çinin, xarici hökümət rəsmiləri və idarələri üçün də edilməlidir. 

Lakin, hər şey qorunmamalı və sirli saxlanmamalıdır. O zaman bu edilməlidir 

ki, açıqlanan məlumat həssas məlumat mənbələrini və metodlarını çıxılmaz vəziy-

yətdə qoyur və ya onu aşılayır və  məlumatın açıqlanması  kəşfiyyatın öz-özünü 

məhv etməsinə aparır. Kəşfiyyatın həm faktiki,həm də uydurulmuş formada ictima-

iləşməsi sərtləşdikcə,liberal demokratik ölkələrdəki əhali hökümətin informasiyala-

rı  həddən artıq gizli saxladığını  və  həddən artıq sirr saxladığını düşünürlər. Açıq 

cəmiyyətdə, xalqın iradəsinin uzun müddət qarşısnin alınması  nəticəsiz qala bil-

məz.  İndiyə kimi,müəyyən  şəffaflığı  təmin etmək üçün və eyni zamanda ictimai 

maarifləndirmə məqsədinə çatmaq üçün ən səmərəli yol, ictimaiyyətin birbaşa ola-

raq kəşfiyyatın,onun bilgisinin və qiymətləndirmələrinin verdiyi məhsuldan birbaşa 

faydalanmasıdır.  İndiki zamanda, ABŞ-da rəsmi kəşfiyyat üzrə çap olunmuş, bir 

çoxu hədsiz dərəcədə faydalı olan materialları açıq surətdə əldə etmək mümkündür 

və ya onlar açıq satışdadır. Çoxlu sayda kəşfiyyat orqanlarının İnternetde öz web 

saytları vardır və onların içindəki məlumatlar hər gün artır

357


. Hətta kəşfiyyat xid-

                                                            

356

 

Richelson, Jeffrey T. & Ball, Desmond. 1985. The Ties That Bind: Intelligence Cooperation 



among the UKUSA Countries. Boston: Allen & Unwin. And: Wylie, Neville. July 1996. Keeping the 

Swiss Sweet: Intelligence as a factor in British Policy Towards Switzerland During the Second World 

War. Intelligence and National Security. Vol. 11, no. 3; pp. 442-467. 

357


 Bax: The US Central Intelligence Agency (

http://www.cia.gov/

). The British Security Service 

(MI5) (


http://www.mi5.gov.uk/

). The German Bundesnachrichtendienst 



 

385


mətləri üçün etika kodeksləri də web saytlarında yerləşdirilir. Aydındır ki, hər bir 

kəşfiyyat xidməti ictimaiyyəti  Mərkəzi Kəşfiyyat İdarəsi kimi öz saytında World 

Fact Book məlumat bazası ilə təmin etmir

358


. Akademik dairələrdə bu məlumatlar-

dan çox istifadə olunmasına və yüksək qiymətləndirilməsinə baxmayaraq, ancaq 

böyük xidmətlər bu cür məlumat bazalarının yenilənməsi üçün resurslara malikdir-

lər. Buna baxmayaraq,hətta kiçik ölkələrin xidmətləri də ictimai maraq kəsb edən 

öz məhsullarını və qiymətləndirmələrini sirli məlumatdan ayırıb ictimaiyyətə açıq-

laya bilərlər, xüsusilə  də,bu cür materiallar faktiki olaraq mübahisəli məsələlərin, 

gedişlərin, hadisələrin və hökümətin movqeyini aydınlaşdırmağa kömək etdiyi hal-

larda.   

Demokratik ölkələrdə həm arzulanan,həm də tələbat olan, kəşfiyyata qarşı xoş 

ictimai münasibətdən əlavə,ictimai əməkdaşlıq çox əhəmiyyətlidir. Kəşfiyyat xid-

mətləri öz telefon,faks və e-mail adreslərini açıqlayaraq, vacib ictimai dəstəyi artı-

rırlar. 


 
1   ...   39   40   41   42   43   44   45   46   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə