8. Danışıqların mərhələləri: səhv bəndi göstərin. A) Danışıqların aparılma prosesi
B) Danışıqların nəticələrinin təhlili
C) Danışıqlara hazırlıq
D) Həm ayrı-ayrı görüşlərin, həm də bütün danışıqlar prosesinin vaxt çərçivəsi
E) Əldə edilmiş razılaşmaların yerinə yetirilməsi
9. Yalnız yazılı ədəbi dil normalarının məcmusu: A) Leksika
B) Orfoepiya
C) Orfoqrafiya
D) Fonetika
E) Sintaksis
10. Hansı cümlədə həm leksik, həm də qrammatik norma pozulub? A) Sonra düşdük yuxarı otağa.
B) Anası ona dünən layla oxuyurdu.
C) Kənddəki evlərində qalmışdı kitabları.
D) Doğrusu, belə cavab gözləmirdim.
E) Mən nənəmin özünnən soruşmuşam.
11. Sözsüz ünsiyyətə hansı aid deyil? A) Pozalar, jestlər, üz ifadələri
B) Vizual rabitə – göz təması
C) Ekspressiv
– mənalı hərəkətlər (duruş, mimika, əl-qol hərəkətləri, baxış, yeriş)
D) Natiqlik
E)
Səsin ucalığı, tembri, nəfəsalma, gülüş və s.
12 . İşgüzar ünsiyyətdə elektron poçt: 1. İnternetin ən populyar tətbiqlərindən biridir, həm daxili, həm də xarici kommunikasiyada geniş istifadə olunur 2. E- poçt istifadəçilərə hər zaman və müxtəlif şəraitlərdə ünsiyyətə imkan verir 3. Sorğu, söhbət və digər mühüm məlumatların izlənilməsində effektiv bir yoldur 4. E- poçtda spam problemləri ilə bağlı anlaşılmazlıq, vaxt, pul və resursların itkisinə səbəb kiçik və böyük münaqişələr yarana biləcəyi üçün sərfəli deyil 5. Onlayn kommunikasiya biznesin uğur qazanmasında və artmasında həlledici rol oynamır A) 2,4
B) 2,5
C) 1,2,3
D) 1,5
E) 3,5
13. Qrammatik normalar hansı sırada pozulub: A) Xəzər dənizinin sahilində yerləşən Bakı şəhəri öz füsunkar gözəlliyi ilə ölkəmizə gələn
turistləri heyran edir.
B) Hər bir millət müdafiə etməlidir öz azadlığını qazanmaq üçün özünü.
C) Xalqımızın gücü, qüdrəti - onun ordusudur.
D) Müsəlləh əsgərəm, mən də bu gündən! (Səməd Vurğun)
E) Gələcəyin qurucuları bizim universitetdə hazırlanır.