1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi


Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı. Sovet rejiminin qurulması



Yüklə 109,81 Kb.
səhifə9/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Tarix (semestr)

12. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı. Sovet rejiminin qurulması.
1920-ci ildə 11-ci Qırmızı Ordu Bakıya daxil olaraq Azərbaycan Demokratik Respublikasına son qoymuşdu.Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 28-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi.Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına “28 aprel” adı verilirdi. Bunların sırasında "28 aprel" metro stansiyası var idi ki, Azərbaycan öz istiqlaliyyətini bərpa etdikdən sonra stansiya "28 may" adlandırıldı.Bakının şimal girişində “11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılmışdı. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetirdilər.Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin mütləq əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi.11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində kommunist Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti Nərimanovu ADR-i əvəzləyən marionet Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdi. N. Nərimanov 1925-ci ildə Moskvada müəmmalı şəkildə vəfat etdi.Bakını zəbt edərkən bolşevik ordusu ciddi müqavimətlə üzləşməyib.1920-ci il aprelin 28-də boşeviklər Bakıda Azərbaycan Sovet Sosialist Respublikası (Az.SSR) yaradılmasını elan etdilər. Bütün hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin əlinə keçdi. Həmin gün Az.SSR Xalq Komissarları Soveti təşkil edildi (sədri N.Nərimanov). Aprelin sonu-mayın əvvəlində XI Qırmızı ordu Azərbaycanın çox hissəsini öz nəzarəti altına götürdü. İnqilab Komitəsinin mayın 3-də verdiyi dekretlə yerlərdə qəza, mahal, kənd inqilab komitələri yaradıldı, mayın 5-də verdiyi dekretlə bütün bəy, xan, vəqf torpaqları müsadirə edildi və ödənişsiz olaraq kəndlilərin istifadəsinə verildi. Mayın 15-də verilən dekretlə Azərbaycandakı meşələr, sular, yeraltı sərvətlər milliləşdirildi. Maarif Komissarlığının 15 may tarixli qərarı ilə vicdan azadlığı elan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Sovet rejiminə qarşı çıxanlara divan tutmaq üçün Fövqəladə Komissiya və Ali inqilabi tribunal yaradıldı. İlk vaxtlar əsas cəza orqanı XI Qırmızı ordunun xüsusi şöbəsi idi. Kənddə sovet rejimi yaratmaq üçün İnqilab Komitəsi sentyabrın 23-də dekret verərək yoxsul komitələri yaratdı, 1921-ci ilin yayında onu kənd sovetləri əvəz etdi. İnqilab Komitəsi 1920-ci il mayın24-də dekret verib neft sənayesini milliləşdirdi, onu idarə etmək üçün Azərbaycan Neft Komitəsi (Azneft) yaradıldı. Azneftin ilk sədri Moskvadan göndərilən Serebrovski oldu. Bununla “müstəqil” Az.SSR-in nefti Sovet Rusiyasına ixtiyarına keçdi, həmin ilin iyunundaXəzər ticarət donanması, banklar,digər sənaye sahələri milliləşdirildi.
Milliləşdirmə iqtisadiyyata ağır zərbə vurdu. 1921-ci ilin mayında Az. SSR-in I Sovetlər qurultayı keçirildi, Az.SSR-in ilk konstutsiyası qəbul edildi. Konstitusiyaya görə vətəndaşların zəhmətlə məşğul olmayan hissəsi seçki hüququndan məhrum edildi. İnqilab Komitəsi ləğv edildi. Ali qanunverici, sərəncamverici və nəzarətedici orqan Sovetlər qurultayı, qurultaylar arası dövrdə Az. Mərkəzi İcraiyyə Komitəsi (MİK) oldu, ali icraedici orqan Az.SSR XKS oldu. Az.MİK-in ilk sədri Muxtar Hacıyev, XKS-in sədri N.Nərimanov seçildi. Bununla Az.SSR-in hüquqi cəhətdən qurulması başa çatdırıldı.



Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin