1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi


XX əsrin 40-50-ci illərində Ermənistan SSR-dən azərbaycanlıların zorla köçürülməsi



Yüklə 109,81 Kb.
səhifə12/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
1   ...   9   10   11   12   13   14   15   16   17
Tarix (semestr)

16.XX əsrin 40-50-ci illərində Ermənistan SSR-dən azərbaycanlıların zorla köçürülməsi.
1940-cı illərin ortalarında Moskvadakı erməni lobbisinin başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yaradıldı. Onun tapşırığı ilə Ermənistan rəhbərləri 1945-ci ilin payızında Dağlıq Qarabağı onlara vermək haqqında Sovet rəhbərliyi qarşısında məsələ qaldırdı. Qarabağ məsələsini öz xeyirlərinə həll etməyi bacarmayan ermənilər başqa bir fitnəyə əl atdılar. Onların fitnəkarlığı sayəsində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 100 min azərbaycanlı 1948–1950-ci illərdə “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi.

Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz ovalığı və digər rayonlarında (Saatlı, Göyçay, İmişli, Əli Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Sabirabad, Yevlax, Ucar və s.) yerləşdirildilər. Ermənistan SSR-də etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürüldü və ya köçməyə məcbur edildi. Eyni zamanda Azərbaycanda yaradılan yeni sənaye mərkəzlərinə – Sumqayıta, Əli Bayramlıya, Mingəçevirə, Daşkəsənə başqa respublikalardan minlərlə adam, o cümlədən erməni yerləşdirildi. 1953-cü ilin martında İ.Stalin öldü. Sovet İKP MK birinci katibi N.Xuruşşov oldu. O, Stalin şəxsiyyətinə pərəstişi tənqid etdi. 1953-cü ilin iyulundaM.C.Bağırovvəzifəsindən çıxarıldı, sonra həbs edildi, 1956-cı ildəxalq düşməni kimi güllələndi. 1954-ci ildə Azərbaycan KP MK birinci katibi İmam Mustafayev qoyuldu. O, xalqın vəziyyətini yaxşılaşdırmağa başladı. Bakıda azərbaycanlıların işləməsinə imkan yaratdı və demoqrafik vəziyyəti azərbaycanlıların xeyrinə dəyişdi.




17.Cənubi Azərbaycanda İkinci dünya müharibəsi dövründə milli-azadlıq mübarizəsi. S.C.Pişvəri.
1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın yeni – ikinci mərhələsi başladı. Bu, əsaslı surətdə dəyişmiş beynəlxalq vəziyyətlə xeyli dərəcədə bağlı idi. Cənubi Azərbaycanın iri torpaq sahibləri, ticarət burjuaziyasının bir çox nümayəndələri demokratik hərəkatın qarşısını almaq üçün hər vasitəyə əl atırdılar. Onlar kiçik silahlı dəstələr təşkil edib terror hadisələri törədir, köçəri tayfalarla əhalini toqquşdurmağa çalışırdılar. Buna cavab olaraq Azərbaycanın müxtəlif yerlərində silahlı fədai dəstələri yaranmağa başladı. Bu mübarizənin gedişində bəzi yerlərdə müvəqqəti idarəetmə orqanları da meydana çıxdı.
1945-ci il sentyabrın əvvəlində Seyid Cəfər Pişəvəri başda olmaqla bir qrup tanınmış demokrat Azərbaycan Demokratik Partiyasının yaradılması haqqında bəyanatla çıxış etdi. Sentyabrın 13-də ADP təsisçilərinin ilk konfransı keçirildi. Konfrans 11 nəfərdən ibarət Müvəqqəti Komitə seçdi və partiyanın I Qurultayını çağırmağı qərara aldı. ADP-nin orqanı olan “Azərbaycan” qəzeti ana dilində çıxmağa başladı. ADP-nin yaranması əhalinin geniş təbəqələri arasında böyük rəğbətlə qarşılandı. Bir neçə həftə ərzində minlərlə adam partiya sıralarına daxil oldu. 1945-ci ilin oktyabrında ADP-nin I Qurultayı keçirildi. Qurultay partiyanın rəhbər orqanlarını seçdi və siyasi mübarizəni genişləndirməyi qət etdi. Mərkəzi hökumətin hücumunun qarşısını almaq üçün bütün şəhərlərdə yeni hakimiyyət orqanları yaradıldı. Noyabr ayında xalqın tanınmış xadimlərindən ibarət Azərbaycan Xalq Konqresi çağırıldı və o özünü Müəssislər Məclisi elan etdi. Əsas tələb Milli hökumətin yaradılması oldu. Dekabrın 12-də başda S.C.Pişəvəri olmaqla Milli hökumət yaradıldı. Bu hadisə tarixə “21 Azər” hərəkatı kimi daxil oldu. Çünki 12 dekabr İran təqvimi ilə Azər ayının 21-nə təsadüf edir.

Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin