1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi


XX əsrin 40-60-cı illərində Azərbaycanda ictimai-siyasi vəziyyət



Yüklə 109,81 Kb.
səhifə13/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
1   ...   9   10   11   12   13   14   15   16   17
Tarix (semestr)

18.XX əsrin 40-60-cı illərində Azərbaycanda ictimai-siyasi vəziyyət.
İkinci Dünya müharibəsi ölkənin təsərrüfatına ağır zərbə vurdu. Müharibədə Azərbaycanın sənaye istehsalının göstəriciləri kəskin surətdə aşağı düşdü. Sənayenin ümumi məhsulu 1940-cı illə müqayisədə 22% az idi. Neft hasilatı, təqribən, yarıbayarı azalmış, istehlak mallarının istehsalı kəskin surətdə enmiş, kənd təsərrüfatının maddi-texniki bazası zəifləmişdi. şğal olunmuş sovet əraziləri azad olunduqca respublikada xalq təsərrüatı bərpa edilirdi. Xəzər dənizində neftçıxarma sənayesinin iqtisadi cəhətdən səmərəsiz olması iddialarına baxmayaraq, Azərbaycan alimlərinin, neftçilərinin gərgin əməyi sayəsində dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlanıldı. Dənizdə qazılan kəşfiyyat quyusu 1949-cu ildə fontan vurdu. Bu dövrdə Azərbaycanda Sumqayıt, Daşkəsən, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan) kimi yeni sənaye mərkəzləri yaradıldı. Sumqayıt böyük kimya və metallurgiya şəhərinə çevrildi. Tezliklə burada Azərbaycan əlvan metallurgiyasının ilk müəssisəsi – Alüminium zavodu işə salındı. 1945–1954-cü illərdə Mingəçevirdə Cənubi Qafqazda ən böyük Su Elektrik Stansiyası, Daşkəsəndə Filizsaflaşdırma kombinatı tikilib istifadəyə verildi. 1951-ci ildə SSRİ-də ən böyük tikinti müəssisələrindən olan Qaradağ sement zavodu işə salındı. Əhalinin sosial rifahı. . 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin istismara verilməsi respublikanın həyatında böyük hadisə kimi yadda qaldı. Bu, Yaxın Şərqdə birinci metropoliten idi. Adamların maddi rifahının yaxşılaşması və səhiyyə sahəsindəki nailiyyətlər əhali arasında ölüm hadisələrini azaltdı.


19.Cənubi Azərbaycan 1946-2000-ci illərdə.Azərbaycanlıların İRAN inqilabında iştirakı.
21 Azər» hərəkatı boğulduqdan sonra Cənubi Azərbaaycanda demokratik əhval-ruhiyyə yaşamaqda idi. Bu zaman Cənubi Azərbaycan milli burjuaziyası 1949-1953-cü illərdə Milli cəbhə lideri M.Müsəddiq başda olmaqla antiimperialist,demokratikləşmə uğrunda mübarizəsində fəal iştirak edirdi. Təbriz bu hərəkatın mərkəzində dururdu.XX əsrin 60-cı illərinin əvvəli- 70-ci illərin ortalarında şah tərəfindən « Ağ inqilab » adı altında həyata keçirilən islahatlar Cənubi Azərbaycanda da sosial ziddiyyətləri kəskinləşdirdi. Azərbaycan kəndlilərinin iş dalınca digər vilayətlərə,xüsusən şəhərlərə axınını daha da gücləndirdi. Tehranda azərbaycanlıların sayı durmadan artmağa başladı. Azərbaycanlıların Tehran iqtisadiyyatına kapital qoyuluşu da artdı. Artıq, İslam inqilabı ərəfəsində Tehranda yaşayan azərbaycanlıların sayı bir milyonu ötmüşdü. 1978-ci ilin əvvəllərində İranındini şəhəri olan Qumda şahlıq hakimiyyətinə qarşı çıxışlar Cənubi Azərbaycanda da inqilabi əhval-ruhiyyəni daha da gücləndirdi.Başda ayətullah əl-üzma (baş əyatulla) Seyid Nazim Şəriətmədari olmaqla Qumdakı yüksək rütbəli azərbaycanlı din xadimlərindən 5 nəfərinin imzaladığı müraciətə cavab laraq , 1978-ci il fevralın 18-də Təbrizdə əzəmətli nümayiş başladı. Nümayişdə 100 mindən çox adam iştirak edirdi. Nümayiş tezliklə şah rejiminə qarşı üsyana çevrildi. O, hicri tarixlə 1356-cı il bəhmən ayının 29-da başverdiyindən Azərbaycan tarixinə “29 bəhmən üsyanı” kimi daxil olmuşdur.

Şəhərə ordu hissələrinin yeridilməsindən qəzəblənən xalq hökümət idarələrini, bankları, mehmanxanaları, xüsusi sahibkarlara məxsus pornoqrafik filmləri nümayiş etdirən kinoteatrları və.b. obyektləri zəbt edərək, dağıtmağa başladılar. Təbrizdəki “29 bəhmən üsyanı” XX əsrin 70-ci illərinin sonunda baş vermiş İran inqilabının başlanğıc hadisəsi olmuşdu. Məhz bu hadisədən sonra şahlıq əleyhinə çıxışlar bütün ölkəni bürüdü. Cənubi Azərbaycanda monarxiya əleyhinə hərəkatın başçılarından olan Şəriətmadəri müsahibələrindən birində haqlı olaraq göstərmişdi ki,”29 bəhməndə Təbrizdə qanlarını axıdanlar İran inqilabının təməlini qoymuşlar”. Tehranda nəşr olunan “Varlıq” jurnalı da İran inqilabının “29 bəhmən üsyanı” ndan başladığını yazmışdı.





Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin