1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi


XX əsrin sonu-XXI əsrin əvvəlində Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı



Yüklə 109,81 Kb.
səhifə16/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
1   ...   9   10   11   12   13   14   15   16   17
Tarix (semestr)

23.XX əsrin sonu-XXI əsrin əvvəlində Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurub.
Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı(1992) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı(1994), Avropa Şurası, İslam Konfransı Təşkilatı(1994), Müstəqil Dövlətlər Birliyi(1993) və çoxlu sayda digər təşkilatlara üzv olub. Azərbaycan həmçinin NATO(1994) və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM(1997) regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını gerçəkləşdirir.


24.İlham Əliyevin Azərbaycanı Qafqazın lider dövlətinə çevirməsi.
İlham Əliyev 2003-cü ilin oktyabrında prezident seçildi və prezident kimi ilk xarici səfərini həmin ilin dekabrında Fransaya etdi (H.Əliyev də prezident seçildukən sonra ilk xarici səfərini 1993-cü ilin dekabrında Fransaya etmişdi). 2005-ci ildə Milli Məclis “Heydər Əliyev” ordeni adlı ali mükafat təsis etdi. Bu ordenlə ilk dəfə İlham Əliyev və İhsan Doğramaçı təltif edildilər. 2001-ci ilin sentyabrında Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşası haqqında müqavilə bağlandı, 2003-cü ilin fevralında inşasına başlandı. 2005-ci ilin fevralında “Azəri” neft yatağının istismarına başlandı.Azərbaycanda azad sahibkarlığın inkişafına dövlət qayğısını artırmaq üçün 2002-ci ilin avqustunda Respublika Prezidenti yanında Sahibkarlar Şurası yaradıldı.
2001-ci ildə Yaponiya bankından alınan kredit hesabına Sumqayıt Etilen-propilen zavodu, Dünya Bankının krediti hesabına Neftçalada yeni Balıq yetişdirmə zavodu işə salındı, Xaçmazda “Şimal” konserv zavodu istifadəyə verildi. 2003-cü ildə Avropa komissiyasının maliyyə köməyilə Bakı metropoliteninin 20-ci – H.Aslanov stansiyası işə salındı.2001-ci ildə ilk özəl orta məktəb-Müasir Təhsil Kompleksi açıldı, 2004-ci ildə bu məktəbə H.Əliyevin adı verildi. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi yaradıldı. 2003-cü ildə prezidentin sərəncamı ilə Şirvan Milli Parkı (Salyan, Qaradağ, Neftçala ərazisində) və Ağgöl Milli Parkı (Ağcabədi və Beyləqan ərazisində) yaradıldı. 2004-cü ildə Azərbaycanın Təbrizdə konsulluğu açıldı. 2004-cü il fevralın 11-də “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı” qəbul edildi. 2005-ci ildə ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin pulsuz dərsliklə təmin edilməsi başa çatdırıldı.



Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin