20.1998-1991-cı illərdə azərbaycanlıların zorla Ermənistandan çıxarılması. 1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşmək qərarına razılıq verdi. Bundan istifadə edən erməni millətçiləri Stepanakertdən (Xankəndindən) bütün azərbaycanlıları qovdular. O zaman Azərbaycan rəhbəri Kamran Bağırov heç bir qəti addım atmadı. Onu 1988-ci ilin mayında Ə.Vəzirov əvəz etdi. O da Mərkəzin qarşısında azərbaycanlıların mənafeyini qoruya bilmədi. 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV-də xüsusi idarəçilik” tətbiq etdi. Xüsusi İdarə Komitəsinin rəhbəri A.Volski ermənipərəst xətt yeridərək DQMV-ni əməli olaraq Azərbaycan tabeliyindən çıxardı. Azərbaycan xalq hərəkatı, demokratik qüvvələr buna qəti etiraz etdilər. Xalqın tələbi ilə 1989-cu ilin noyabrında Xüsusi İdarə Komitəsi ləğv olundu, Dağlıq Qarabağ rəsmən Azərbaycan tabeliyinə verildi. Bundan qəzəblənən ermənilər 1989-cu il dekabrın 1-də DQMV-ni Ermənistana birləşdirmək haqqında qərar qəbul etdilər. Ermənistan 1990-cı il yanvarın 12-də Xanların Quşçu kəndinə silahlı basqın etdi. AXC erməni hücumlarının qarşısını almaq üçün 1990-cı ilin yanvarında Milli Müdafiə Şurası yaratdı. Həmin vaxt Bakıda qəsdən erməni mənzillərinə hücumlar təşkil edildi. 1990-cı ilin sentyabrında Azərbaycan Ali Sovetinə seçkilər keçirildi. H.Əliyev Azərbay-can və Naxçıvan Ali Sovetinə deputat seçildi. Onun təklifi ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Soveti öz adından “Sovet Sosialist” ifadəsini götürdü, Ali Sovet isə Naxçıvan Ali Məclisi ad-landı, 20 yanvar hadisələrinə düzgün siyasi qiymət verildi, AXC-nin üçrəngli bayrağı Naxçıvan MR-nin rəsmi bayrağı kimi qəbul edildi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə Azərbaycan SSR – Azərbaycan Respublikası adlandı və AXC-nin üç rəngli bayrağı dövlət bayrağı kimi təsdiq edildi. Azərbaycan rəhbərliyi martın 17-də SSRİ-nin saxlanması haqqında referendumda iştirak etdi. Yalnız Naxçıvan referendumda iştirak etmədi.
21.SSRİ-nin dağılması və Azərbaycanda dövlət müstəqilliyinin bərpası. 1991-ci ilin avqustunda Moskvada kommunist rejimini saxlamaq üçün qiyam oldu. Demokratik qüvvələr bu qiyamı yatırdılar. Azərbaycan Ali Soveti xalqın tələbi ilə avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi. Sentyabrın 8-dəA.Mütəllibov ümumxalq səsverməsi ilə ilk prezdent seçildi. NaxçıvanMR əhalisi bu seçkidə iştirak etmədi. Sentyabrın 14-də Azərbaycan KP qadağan edildi. Dağlıq Qarabağda qayda yaratmaq üçün oktyabrın 9-da Azərbaycan Ali Soveti “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi. Bu qanuna əsasən noyabrda 22 sərhədyanı bölgədə könüllü özünümüdafiə batalyonları yaradıldı. Əvəzində Moskvanın köməyi ilə ermənilər Goranboy rayonunda bir neçə azərbaycanlı kəndini dağıtdılar. Xalqın tələbilə Azərbaycan Ali Soveti 1991-ci il oktyabr 18-də“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitutsiya aktı qəbul etdi. Azərbaycanın müstəqil dövlətçiliyi bərpa edildi. Həmin gün “Müstəqillik günü” kimi qeyd edilir. Azərbaycan prezidenti oktyabrın 18-də yerlərdə: rayon və şəhərlərdə icra hakimiyyəti başçısı vəzifəsi təsis etdi, Prezident idarəsi yaradıldı, Dövlət katibi və müşavirləri vəzifələri təsis olundu. Tofiq İsmayılov ilk Dövlət katibi oldu.