165. Xəstə gün ərzində 700 ml, gecə ərzində 1200 ml sidik ifraz edib. Bu hansı patologiyadır? A) Nikturiya
B) Dizuriya
C) Poliuriya
D) Oliqouriya
E) Hematouriya
166. Pielonefrit diaqnostikasında bu ən əhəmiyyətlidir: A) Bakteruriya
B) Qızdırma
C) Leykositoz
D) Bel nahiyəsində ağrılar
E) Heç biri
167. Hansı patologiyada anemiya ilə arterial hipertenziya birgə rast gəlinir? A) Xroniki böyrək çatışmamazlığı
B) Böyrək amiloidozu
C) İtsenko-Kuşinq sindromu
D) B12 – defistli anemiya
E) Akromeqaliya
168. Hansı yaş qrupunda olan insanlar kəskin qlomerulonefritə meyillidirlər? A) 2 - 40 yaş arası insanlar
B) Klimakterik perioda olan qadınlar
C) Ahıl yaşlı insanlar
D) 1 yaşa qədər olan körpələr
E) Bütün yaş qrupları eyni riskə malikdir
169. Sidiyin laborator analizində nefrotik sindromun əsas göstəricisi hansı hesab edilir? A) Proteinuriya
B) Hematuriya
C) Leykosituriya
D) Bakteriuriya
E) Qlükozuriya
170. Podaqra xəstəliyi olanlarda gündəlik qida rasionunda nələri istisna etmək məsləhətdir? A) Ət və ət məhsullarını
B) Suyu
C) Süd və süd məhsullarını
D) Meyvə-tərəvəzi
E) Çörəyi
171. Yaşlı xəstələrə hansı reabilitasiya üsulları aparılır? A) Bütün variantlar
B) Tibbi
C) Psixoloji
D) Sosial
E) Professional
172. Hansı qrup preparatlar xroniki bronxitin müalicəsində istifadə olunur? A) Bütün variantlar
B) Qeyri- steroid iltihab əleyhinə
C) İnhalasiyalar
D) Bəlğəmgətici dərmanlar
E) Bronxodilyatatorlar
173. Aterosklerozun risk faktorlarına aid deyil: A) Arterial hipotenziya
B) Dislipidemiya
C) Piylənmə
D) Hipodinamiya
E) Şəkərli diabet