191. Kəskin pankreatitin ən çox əmələgəlmə səbəbi hansılardır? A) alkohol və xolelitiaz
B) hipertoniya və piylənmə
C) siqaretçəkmə
D) irsiyyət
E) stress
192. İİV infeksiyasına görə dünyada epidemioloji vəziyyət necədir? A) pandemiya
B) epidemiya
C) epidemiya və sporadik hadisələr
D) sporadik hadisələr
E) heç biri
193. Ürək tamponadası üçün nə xarakterik deyil? A) Arterial təzyiqin kəskin qalxması
B) Üz və boyun dərisinin sianozu
C) Taxikardiya
D) Boyunun dərialtı venalarının şişməsi
E) Ürək mütləq kütlüyünün genişlənməsi
194. Hansı halda atropinin işlədilməsi əks göstərişdir? A) Qlaukoma
B) Öd daşı xəstəliyi
C) Bradikariya
D) Bronxial astma
E) Miokard infarktı
195. Sadalananlardan hansı nefrotoksik antibiotiklərə aiddir? A) Gentamisin
B) Penisillin
C) Metisillin
D) Ampisillin
E) Eritromisin
196. Xroniki böyrək çatışmamazlığının ilkin əlamətləri hansılardır? A) Nikturiya
B) Kreatinin səviyyəsinin qalxması
C) Ürəkbulanma
D) Anemiyanın artması
E) Arterial hipertenziya
197. Dərman xoraları çox vaxt nə ilə ağırlaşır? A) Qanaxma ilə
B) Stenoz ilə
C) Perforasiya ilə
D) Penetrasiya ilə
E) Maliqnizasiya
198. Talassemiyanın konservativ müalicəsində hansı dərmanlar istifadə olunur? A) Antioksidantlar və desferal
B) Prednizolon
C) Kuprenil
D) Metotreksat və bismut preparatları
E) Dəmir preparatları
199. A hemofiliya xəstəliyində qanın hansı laxtalanma faktoru çatışmır: A) VIII faktor
B) XII faktor
C) I faktor
D) V faktor
E) III faktor
200. Xroniki böyrək xəstəliyi zamanı böyrəklərin USM-də qeyd olunur? A) Böyrəklərin ölçülərinin kiçilməsi, parenximanın incəlməsi
B) Böyrəklərin ölçülərinin böyüməsi, parenximanın fibrozlaşması
C) Böyrəklərdə kistaların olması
D) Böyrək ləyəninin genişlənməsi
E) Böyrək arteriyasının okklyuziyası