220. Mitral stenozun ağırlaşması hansıdır?
A) Qanhayxırma
B) Sol mədəcik çatışmazlığı
C) Sinus taxikardiyası
D) Baş ağrısı
E) Kəskin miokard infarktı
221. Aortal stenozun auskultativ əlaməti hansıdır?
A) Sağda II qabırğa arası sahədə güclü sistolik küy
B) Zirvədə I tonun güclənməsi
C) Solda II qabırğa arası sahədə güclü sistolik küy
D) Zirvədə diastolik küy
E) Zirvədə sistolik küy
222. Trikuspidal qapaq çatışmazlığının auskultativ əlaməti hansıdır?
A) Döş sümüyünün əsasında sistolik küy
B) Zirvədə I tonun güclənməsi
C) Zirvədə hər iki tonun zəifləməsi
D) Zirvədə diastolik küy
E) II tonun ağciyər arteriyası üzərində zəifləməsi
223. Qulaqcıq fibrilyasiyası zamanı xarakter EKQ əlamət hansıdır?
A) “f” dalğalarının olması
B) “P” dişinin mənfi olması
C) Normal QRS-dən əvvəl müxtəlif formalı “P” dişləri
D) RR intervallarının bərabər olması
E) QRS-in genişlənməsi
224. Takayasu arteriiti hansı başqa adlar altında tanınır?
A) Aortanın trombozu, aorta qövsü sindromu
B) Bürger xəstəliyi, aortanın koarktasiyası
C) Kavasaki xəstəliyi, aorta qövsünün sindromu
D) Bexçet xəstəliyi
E) Kranial arteriit, hemorragik vaskulit
225. Şenleyn-Qenox purpurasının xüsusi kliniki əlamətlərinə hansılar aiddir?
A) Dəridə hemorragik səpgilər, artrit,abdorminal sindrom, böyrəklərin zədələnməsi
B) Düyünlü eritema, kalsinoz, artrit, qarın ağrıları
C) Qottron papulaları, artrit, hepatomeqaliya, boyrəklərin zədələnməsi
D) Əllənən purpura, əzələ zəifliyi, artralgiyalar
E) Uveit, uretrit, düyünlü eritema
226. Kavasaki xəstəliyində əsasən hansı damarlar zədələnir?
A) Orta diametrli damarlar
B) Xırda damarlar
C) Bütün kalibrli damarlar
D) İri damarlar
E) Aortanın zədələnməsi
227. Oynaqda krepitasıyanın səbəbi nədir?
A) Qığırdaq və sümüyün zədələnməsi
B) Oynağın ödemi, polineyropatiya
C) Oynaqda qan dövranının pozulması
D) Oynaqda ağrı və ödem
E) Oynaqda bədxassəli şişin əmələ gəlməsi
Dostları ilə paylaş: |