201. Nefroskleroz zamanı USM-də qeyd olunur? A) Parenximanın birləşdirici toxuma ilə əvəz edilməsi
B) Böyrəklərin ölçülərinin böyüməsi
C) Hidronefroz
D) Böyrək ləyəninin genişlənməsi
E) Böyrəklərdə solitar kistalar
202. Hansı simptom qara ciyər sirrozu üçün xarakterik deyil? A) Kəskin ağrı
B) Dispepsiya
C) Teleangioektaziyalar
D) Təbil çubuqları şəklində barmaqlar
E) Splenomeqaliya
203. Xəstədə eritrosit 7 milyon, leykosit 13.000, trombosit 600.000 varsa-nə haqqında düşünməlisiniz? A) eritremiya
B) yoluxucu neytrofilez
C) xroniki limfositik leykemiya
D) ikinci dərəcəli eritrositoz
E) xroniki mieloid leykemiya
204. Xəstədə tədricən ağrısız sarılıq inkişaf edərsə hansı xəstəliyə yüksək ehtimal var? A) Mədəaltı vəzinin başının şişi
B) Kəskin pankreatit
C) Öd daşı xəstəliyi
D) Xroniki pankreatit
E) Mədəaltı vəzi vərəmi
205. Yaşlılarda mədə çıxacağının stenozunun ən çox rast gələn səbəbi hansıdır? A) Mədənin xora xəstəliyi
B) Mədə çıxacağı əzələlərin hipertrofiyası
C) Reflyuks qastrit
D) Mədə selikli qişasının 12-barmaq bağırsağa prolapsı
E) Mədə cisminin xoşxassəli polipi
206. Xroniki qastritin ekzogen etioloji amilinə nə aiddir? A) Dərman qəbulu
B) Mərkəzi sinir sisteminin zədələnməsi
C) Xroniki xolesistit
D) Xroniki pankreatit
E) Hormonal tənzimlənmənin pozulması
207. Hepatit «A» virusu hansı yol ilə orqanizmə daxil olur? A) Fekal- oral
B) Kontakt
C) Hava-damcı
D) Cinsi
E) Parenteral
208. Sadalanan simptomlardan hansı portal hipertenziyanın əlamətidir? A) Qarının ön divarındakı venaların genişlənməsi
B) Teleangioektaziya
C) Sarılıq
D) Ginekomastiya
E) Dyupitren kontrakturası
209. Hansı dərman AÇF- inhibitorlarına aid deyil? A) Lozartan
B) Perindopril
C) Kapoten
D) Enap
E) Diroton