102. Onikibarmaq bağırsağın xorasında gecikmiş ağrılar yeməkdən neçə müddət sonra əmələ gəlir? A) 60-120 dəq
B) 10 dəq
C) 30-40 dəq
D) Ağrı baş vermir
E) 6 saat sonra
103. Mədə xorası olan xəstələrin tipik şikayəti hansıdır? A) Epiqastral lokalizasiyalı ağrılar
B) Qəbizlik
C) Meteorizm
D) Tənginəfəslik
E) Döş qəfəsinə təzyiq hissi
104. Onikibarmaq bağırsaq xorası olan şəxslərdə tipik olmayan şikayət: A) İştəhanın azalması
B) Gecikmiş ağrılar
C) Ac qarına gecə ağrıları
D) Həzmin kulminasiyasında qusma
E) Turş gəyirmə
105. Onikibarmaq bağırsağın xora xəstəliyi üçün xarakterikdir: A) Ağrıların qida qəbulundan 1.5 -2 saat sonra başlanması
B) Bütün sadalananlar
C) Döş qəfəsi arxasında ağrılar
D) Heç bir variant
E) Yeməkdən dərhal sonra əmələ gələn ağrılar
106. Xora xəstəliyində endoskopik müayinə nə üçün göstərişdir: A) Bütün sadalananlar üçün
B) Müalicə
C) Ağırlaşmaların aşkarlanması üçün
D) Xəstəliyin mərhələsini müəyyən etməsi üçün (remissiya və ya kəskinləşmə)
E) Xoranın lokalizasiyasının dəqiqləşdirilməsi
107. Mədənin xora xəstəliyinin törədicisi hansıdır? A) Helicobacter pylori
B) Candida cinsindən olan göbələklər
C) Bütün sadalananlar
D) Shigella
E) Toxoplasma gondi
108. Sekretor yetməzliyi olan xroniki qastritli xəstəyə hansı preparat təyin edilməlidir? A) Təbii mədə şirəsi
B) Almagel
C) Simetidin
D) Atropin
E) Veroşpiron
109. Mədənin yüksək sekretor aktivliyi ilə müşayət olunan xroniki qastritə hansı preparat istifadə edilir? A) Ranitidin
B) Panzinorm
C) Prednizolon
D) Təbii mədə şirəsi
E) Biseptol
110. Əhəmiyyətli sekretor çatışmamazlıqla müşayət edilən xroniki qastritlərdə aşağıdakılardan hansı qeyd edilir? A) Lax yumurta ilə gəyirmə
B) Ağızda turşuluq hissi
C) Qəbizlik
D) Bütün sadalananlar
E) Hipersalivasiya