129. Kəskin miokard infarktının diaqnostikasında aşağıdakılardan hansı əsasdır? A) EKQ-də patoloji Q dişinin olması
B) Protrombinin miqdarınn qanda normallaşması
C) ST seqmenti izoxətdə yerləşir
D) Xolesterinin qanda azalması
E) Miokard nekrozunun markeri troponinin miqdarının azalması
130. Hansı preparat qeyri-düz antikoaqulyantlara aiddir? A) Varfarin
B) Heparin
C) Streptokinaza
D) Fraksiparin
E) Aspirin
131. Hansı ürək qüsuru zamanı gərginlik stenokardiyası ola bilər? A) Aorta dəliyinin stenozu
B) Dilyatasion kardiomiopatiya
C) Mitral qapağın çatışmazlığı
D) Xroniki miokardit
E) Trikuspidal stenoz
132. Reyno sindromlu xəstələrdə stenokardiya müşahidə edilirsə, antianginal preparatlardan əsas seçim hansıdır? A) Kalsium antaqonistləri
B) Nitratlar
C) AÇF blokatorlar
D) β-blokatorlar
E) Molsidomin
133. Arterial hipertenziya zamanı hədəf orqanına hansı aid deyil? A) Qaraciyər
B) Gözün dibi
C) Ürək
D) Böyrək
E) Beyin
134. Arterial hipertenziyanın fəsadına hansı aid deyil? A) Dislipidemiya
B) Koronar çatışmazlıq
C) Böyrək funksiyasının pozulmaları
D) Beyin qan dövranı pozulmaları
E) Xroniki ürək çatmamazlığı
135. Arterial təzyiqin optimal səviyyəsi neçədir? A) Sistolik AT 120 mm.c. süt.-dan az, diastolik – 80- mm.c. süt.-dan az
B) Sistolik AT 120 mm.c. süt.-dan az, diastolik – 100 mm.c. süt.-dan az
C) Sistolik AT 140-150 mm.c. süt., diastolik – 94-100 mm.c. süt.
D) Sistolik AT 140-159 mm.c. süt., diastolik – 90-99 mm.c. süt.
E) Sistolik AT 140 mm.c. süt.-dan az, diastolik – 90 mm.c. süt.-dan az
136. Hansı preparat qrupu hipotenziv preparatların əsas qrupuna aid deyil? A) Periferik vazodilatatorlar
B) AÇF inhibitorları
C) Kalsium antaqonistləri
D) β-blokatorlar
E) Diuretiklər