157. Miokard infarktının ən kəskin dövrün EKQ əlaməti nədir? A) ST seqmentinin elevasiyası ilə yüksək müsbət T dişçiyi (monofaz əyrilik)
B) Mənfi T-dişçiyi formalaşır
C) Patoloji Q-dişçiyi əmələ gəlir
D) T-dişçiyi hamarlaşır
E) Sadalananların heç biri
158. Vazospatik stenokardiyanın diaqnostikasında ən informativ metod hansıdır? A) Erqometrinlə sınaq
B) Fiziki yük sınağı
C) Dipiridamol sınağı
D) Holter monitoringi
E) Kiçik deksametazon sınağı
159. Miokard infarktının kəskin dövründə mədəcik taxikardiyası baş verdikdə seçim olaraq hansı dərman tövsiyyə olunur? A) Lidokain
B) Amiodaron
C) Kalsium antoqonistləri
D) ß-blokatorlar
E) Statinlər
160. Hansı hallarda hipertonik krizlər kəskin baş ağrıları, tərləmə və ürək döyünmə ilə müşayət olunur? A) Feoxromasitomada
B) Qlomerulonefritdə
C) Birincili hiperaldosteronizmdə
D) Aortanın koarktasiyasında
E) Bütün sadalananlar
161. Renovaskulyar arterial hipertonenziyanın dəqiq diaqnostikası üçün aşağıdakılardan hansının aparılması kifayətdir? A) Böyrək arteriyalarının angioqrafiyası
B) USM
C) Ekskretor uroqrafiya
D) Qanın plazmasında reninin qatılığının təyini
E) Sadalananların heç biri
162. Hansı halda sutkalıq sidikdə 17-hidroksisteroid və 17-ketostroidin təyini diaqnostik əhəmiyyətlidir? A) İtsenko-Kuşinq sindromu zamanı
B) Feoxromasitomada
C) Vazorenal hipertoniyada
D) Konn sindromunda
E) Bütün sadalananlar
163. Arterial hipertenziyası və şəkərli diabeti olan xəstələrdə arterial təzyiqin azaldılması üçün hansı preparatlardan istifadəyə üstünlük verilir? A) Lizinopril
B) Dopegit
C) Nebilet
D) Strofantin
E) Amlodipin
164. Ca- antaqonisti preparatı hansıdır? A) Amlodipin
B) Ramipril
C) Amiodaron
D) Kandesartan
E) Qlimepirid