183. Bu metabolik sindromun olmasına dəlalət etmir? A) kataraktanın olması
B) qlükozaya qarşı tolerantlığın pozulması
C) triqliseridlərin qanda yüksək olması
D) arterial hipertenziya
E) bel çevrəsinin kişilərdə 94 sm, qadınlarda 80 sm-dən artıq olması
184. Hansı sindrom qalxanvari vəzin həcminin böyüməsi, göz almasının irəli gəlməsi, arıqlama, taxikardiya, A/T yüksəlməsi ilə özünü biruzə verir? A) Hipertireozlu tireotoksikoz
B) Autoimmun tireoidit
C) Hiperprolaktinemiya
D) Metabolik sindrom
E) Hipotireoz
185. Hansı patologiyada dəri hamar, isti, toxunduqda nazik və hiperhidrozludur? A) Hipertireozlu tireotoksikoz
B) Şəkərli diabet
C) Şəkərsiz diabet
D) Autoimmun tireoidit
E) Hiperprolaktinemiya
186. Qalxanvari vəzin funksiyasını qiymətləndirən ən dəqiq metod hansıdır? A) qanda tireoid hormonların təyini
B) ultrasəs müayinə
C) qalxanvari vəzin ssintiqrafiyası
D) yodun sidiklə ekskresiyasının təyini
E) zülallarla birləşmiş yodun təyini
187. Xəstədə poliuriya, polidipsiya, 24 saatlıq diurez 6 lt və sidiyin xüsusi çəkisi 1003-dür. Hansı xəstəlikdən şübhələnirsiniz? A) Şəkərsiz diabet
B) Kuşinq sındromu
C) Adisson xəstəliyi
D) tip1 şəkərli diabet
E) Mody tip diabet
188. Aşağıda sadalanan insulinlərdən hansı bazal insulin sekresiyasını imitasiya edir? A) Lantus
B) Aktrapid
C) Mixtard
D) Apidra
E) Novo-rapid
189. Aşağıdakı sadalanan simptomlardan hansı şəkərli diabet üçün xarakterik deyil? A) Euqlikemiya
B) Polidipsiya
C) Qlükozuriya
D) Poliuriya
E) Polifagiya
190. “Şəkərli diabet” diaqnozunun təsdiqi üçün peroral qlükozatolerantlıq testindən 2 saat sonra qlikemiyanın səviyyəsi hansıdır? A) 11,1 mmol/l
B) 5,5 mmol/l
C) 6,1 mmol/l
D) 9,0 mmol/l
E) 8,1 mmol/l