137. Endokrin vəzilərin patologiyası ilə bağlı hipertonik kriz əsasən hansında rast gəlir? A) Feoxromositoma
B) Hipoparatireoz
C) Hipirtireoz
D) Addison xəstəliyi
E) Şəkərsiz diabet
138. Hipertofik kardiomiopatiyanın müalicəsində istifadə olunan dərman hansıdır? A) β-adrenoblokator və verapamil
B) dihidropiridin qrupu Ca antaqonistləri
C) AÇF inhibitorları
D) Ürək qlikozidləri
E) Nitratlar
139. Miokarditin əsas səbəbi olan infeksion agent hansıdır? A) Viruslar
B) Qonokokklar
C) Aktinomisetinlər
D) Stafilokokklar
E) Triponosomlar
140. Aşağıda sadalanan preparatlardan hansı bakterial miokarditlərin etiotrop müalicəsində istifadə olunur? A) Benzilpenisillin
B) Meloksikam
C) Asiklovir
D) Delagil
E) Remantadin
142. Revmatizmin əsas etioloji faktoruna aiddir: A) β- hemolitik steptokokk
B) viruslar
C) parazitlər
D) bakteriyalar
E) göy-yaşıl çöplər
143. Tofus nədir? A) toxumaya uratların çökməsi
B) iltihabi qranuloma
C) dərialtı toxumanın qalınlaşması
D) oynağın ankilozu
E) osteofit
144. Revmatizmin kliniki xüsusiyyətlərinə aid deyildir: A) arterial təzyiqin yüksəlməsi
B) böyük oynaqlarda ağrının uçucu xarakteri
C) kəskin başlanğıc
D) kardit
E) dairəvi eritema
145. Bexçet xəstəliyinin klassik üçlük kliniki əlamətləri hansılardır? A) aftozlu stomatit, cinsi orqanların yaraları, uveit
B) hiperlipidemiya, arterial hipertenziya, vaskilit
C) uveit, uretrit, artrit
D) dermatit, uveit, poliartrit
E) artrit, konyuktivit, uretrit
146. Osteoporoza məruz qalmış hansı sümüklərdə daha çox sınıqlar rast gəlinir? A) bilək sümüyü, bud sümüyünün başı, fəqərə cisimləri
B) alt çənə sümüyü, barmaq falanqaları
C) fəqərə cisimləri, ənsə sümüyü, üst çənə sümüyü
D) bud sümüyünün başı, qabırğalar
E) barmaq falanqaları, gicgah sümüyü