1. Yemək borusunun tam atreziyasının diaqnozunu dəqiqləşdirmək üçün doğum evində hansı müayinələr aparılmalıdır?



Yüklə 1,3 Mb.
səhifə117/157
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#1198
1   ...   113   114   115   116   117   118   119   120   ...   157
Təqribi diaqnoz hansıdır?

A) Doğuş travması nəticəsində əmələ gələn hematoma

B) Yenidoğulmuşun fleqmonası

C) Kürəkarası nahiyənin kavernoz hemangioması

D) Kürəkarası nahiyənin limfangioması

E) Həmin nahiyənin lipoması



502. 8 günlük yenidoğulmuşun vəziyyəti qəflətən pisləşmişdir. Güclü toksikoz əlamətləri var, əmməsi zəifdir, tez-tez əmdiyi südü qaytarır. Qarın köpdür, yumşaqdır, ağrısızdır, nəcis ifrazı tezləşib, durudur, selik və yaşıl qarışıqlıdır. Oma-büzdüm nahiyəsində 8x6 sm ölçüdə hiperemiyalaşmış infiltrat əllənir. Həmin nahiyədə dəri istidir. Palpasiya ağrılıdır. Göbək yarası enlidir, üzəri irinli fibrinlə örtülmüşdür. Qanın ümumi analizində leykositlər – 12,5x109/l. EÇR-6 mm/saat. T.380 C. Sizin təqribi diaqnozunuz nədir?

A) Yenidoğulmuşun fleqmonası

B) Pilorostenoz

C) Salmenilloz

D) Omfalit

E) Pilorospazm



503. Uşaq normal gedişli hamiləlikdən 3600 qr çəki ilə doğulmuşdur. Doğulan andan çənəaltı və boyun nahiyəsinə sirayət edən 6x6 sm ölçüdə az hərəkətli, elastiki konsistensiyalı şişkinlik var. Törəmə palpasiyada ağrısızdır. Dəri şiş nahiyəsində normal rəngdədir. Uşağın ümumi vəziyyəti kafidir. Bədən temperaturu 36,60C. Sizin təqribi diaqnozunuz nədir?

A) Boyun nahiyəsinin kavernoz limfangioması

B) Boynun yan sisti

C) Çənəaltı nahiyənin adenofleqmonası

D) Boynun orta sisti

E) Boyun nahiyəsinin kavernoz hemangioması



504. Yenidoğulmuşların patologiya şöbəsində 28 günlük uşaq omfalit və piodermiya diaqnozu ilə müalicə olunur. Şöbəyə daxil olmamışdan 2 gün əvvəl uşağın sağ bazu oynağında şişkinliyin, sağ əlində aktiv hərəkətin olmaması, passiv hərəkət zamanı isə ağrılı olması valideynlərin diqqətini cəlb etmişdir. Sizin təqribi diaqnozunuz hansıdır?

A) Bazu sümüyünün proksimal epifizinin osteomieliti

B) Sağ bazu oynağının çıxığı.

C) Sağ bazunun proksimal ucunun sınığı.

D) Bazu oynağının hemartrozu

E) Bazu kələfinin travmatik pleksiti.



505. 2 aylıq uşağın valideynləri sahə pediatoru kimi sizə müraciət etmişdir ki, iki gündür ki, uşağı bələyərkən sağ aşağı ətrafını bükərkən bərk narahat olur. Baxış zamanı ətraf bud-çanaq oynağında yarım bükülmüş vəziyyətdədir, yumşaq toxumalar ödemlidir. Əirafında passiv hərəkət mümkün deyil, aktiv hərəkət çox ağrılıdır. Bədən temperaturu 37,60C. Sizin təqribi diaqnozunuz nədir?

A) Sağ bud sümüyünün epifizar osteomieliti

B) Sağ bud oynağının artriti.

C) Bud-çanaq oynağının çıxığı.

D) Revmatoidli monoartrit

E) Pertes xəstəliyi



506. Poliklinikaya valideyin 1 aylıq oğlan uşağı ilə müraciət etmişdir. Anasının deməsinə görə 3 gündür ki, uşaq nəcis ifraz etmir. Nəcis ifrazı yalnız imalə ilə mümkündür. Baxış zamanı uşaq zəifdir, adinamikdir, solğundur, yeməkdən imtina edir. Qarın böyümüşdür.Sizin təqribi diaqnozunuz?

A) Hirşprunq xəstəliyi

B) Dolixosiqma

C) Kaprostaz

D) Alimentar qəbizlik

E) Xroniki kolit




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin