1. Yemək borusunun tam atreziyasının diaqnozunu dəqiqləşdirmək üçün doğum evində hansı müayinələr aparılmalıdır?


Yenidoğulmuşların fleqmonasının tipik lokalizasiyası hansıdır?



Yüklə 1,3 Mb.
səhifə116/157
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#1198
1   ...   112   113   114   115   116   117   118   119   ...   157
493. Yenidoğulmuşların fleqmonasının tipik lokalizasiyası hansıdır?

A) Döş qəfəsinin ön səthi

B) Bədənin arxa yuxarı səthi

C) Göbəkətrafı sahə

D) Bədənin açıq səthi

E) Üz


494. Yenidoğulmuşların nekrotik fleqmonasında icra olunan düzgün əməliyyatlara hansı aiddir?

A) Dərialtı toxumada instrument vasitəsilə kor ciblərin açılması

B) Yaranın rezin buraxıcı ilə drenə edilməsi

C) Kəsikdən sonra yaranın tamponadası

D) Hipertonik məhlulla sarğı

E) Yaraya irriqator vasitəsilə antibiotik yeridilməsi və drenə edilməsi



495. Yenidoğulmuş uşaqlarda nə zaman osteomielit aşağıdakı kimi xarakterizə olunur?

A) Çoxlu sayda sümüklərin zədələnməsi

B) Qram-mənfi və anaerob floranın üstünlüyü

C) Qram-müsbət floranın üstünlüyü

D) Nazik sümüklərdə zədələnmələrin artması

E) Ana bətnində osteomielit



496. Yenidoğulmuş uşaqda erkən klinik simptomlarla başlayan uzun borulu sümüklərin osteomielitində nə meydana çıxır?

A) «Psevdoparez» klinikası

B) Subfebril hərarət

C) Zəif döş əmmə

D) Dərinin hiperemiyası

E) Damarətrafı toxumaların pastozluğu



497. Osteomielitlə əziyyət çəkən yenidoğulmuş uşaqda patoloji prosesə daha çox sümüyün hansı hissəsi məruz qalır?

A) Epifiz

B) Metadiafizar zədələnmə

C) Metaepifizar sahə

D) Total sümük zədələnir

E) Diafiz



498. sizi 14 günlük yenidoğulmuşa baxmağa çağırıblar. Yenidoğulmuşda anadangəlmə mekonium az miqdarda xaric olur. Bir neçə gündür ki, stul və qaz pis xaric olur. Stul yalnız imalə vasitəsi ilə baş verir. Üç dəfə öd qarışığı ilə qusma olmuşdur. qarın köpdür. Bağırsaqların təqəllüsü görünür. Uşaq bədən çəkisini 200 qr.itirmişdir. Sizin təqribi diaqnozunuz?

A) Aşağı bağırsaq keçməzliyi

B) Yuxarı bağırsaq keçməzliyi

C) Pilorostenoz

D) Mekonial bağırsaq keçməzliyi

E) Dinamiki bağırsaq keçməzliyi



499. Yenidoğulmuşda göbək ciyəsi düşdükdən sonra göbək yarasından damcı ilə şəffaf maye ifraz olunur, göbək ətrafında dərimatserasiya olunmuşdur. Diaqnoz hansıdır?

A) Uraxusun tam fistulu

B) Göbəyin tam fistulu

C) Göbəyin natamam fistulu

D) Omfalit

E) Uraxusun natamam fistulu



500. Doğum evində mamaça doğuma kömək edərkən yenidoğulmuş sağ əlin travmasını almışdır. Baxış zamanı əl bədən istiqamətində sallanmış vəziyyətdədir. Aktiv hərəkət mümkün deyil. Passiv hərəkət dirsək oynağı nahiyəsində kəskin ağrılıdır. Sizin təqribi diaqnozunuz?

A) Mil sümüyü başının yarımçıxığı

B) Bazu sümüyünün konduluslardan keçəe sınığı

C) Bazu sümüyünün dirsək oynağı nahiyəsində çıxığı

D) Travmatik pleksit

E) Dirsək oynağının kapsulunun gərilməsi



501. Baxış zamanı 4 günlük yenidoğulmuşun ümumi vəziyyəti qənaətbəxş kimi qiymətləndirilmişdir. Kürəklər arası nahiyədə ölçüləri 6x6sm olan yumşaq toxumanın qırmızıyaçalan, infiltratsiyası qeyd olunur. Bu nahiyədə dəri göy-qırmızı rəngli ləkələrlə örtülmüşdür. Yerli temperatura normaldır, palpasiya ağrısızdır. Sonrakı 4 saatlıq dinamiki müşahidədə prosesin yayılması yoxdur. Uşaq doğularkən çəkisi 4200 qr.olmuş və doğuş çətin olmuşdur.

Qanın ümumi analizində leykositlər 9,7x10 9/l, çubuqvarilər 15%, seqmentlər- 38%, eozinofillər- 3%, limfositlər – 32%, monositlər- 12%, EÇR-5 mm/saat.


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin