464. Aşağıda göstərilən müayinə üsullarından hansı düz bağırsağın atreziyası zamanı daha informativ sayılır?
A) Doğuşdan 24-26 saat sonra köndələn invertoqramma
B) Aralığın punksiyası
C) Aralığın USM-si
D) Təkan simptomunun əmələ gəlməsi
E) Oturaq sümük qabarlar arası məsafələr
465. Yenidoğulmuş 1 günlük qız uşağı 3 kq çəkidədir. Ona düz bağırsağın atreziyası və fistulası diaqnozu qoyulub. Rektovestibulyar fistulanı zondladıqda onun diametrinin 4 mm, uzunluğunun 2 sm olduğu müəyyən olundu. Mekonioum yaxşı xaric olur. Uşağa göstəriş hansıdır?
A) 1 yaşında əməliyyat
B) 4-5 yaşında əməliyyat
C) Təcili əməliyyat
D) Yenidoğulmuş dövrdən sonra əməliyyat
E) Fistulanı bujlayaraq 6-8 saatdan sonra əməliyyat
Dostları ilə paylaş: |