466. Yenidoğulmuş uşaqlarda bağırsaq burulmasının nəzərəçarpan simptomuna hansı aiddir?
A) Təkrari ödlü bağırsaq möhtəviyyatı ilə qusma
B) Narahatçılıq
C) Üzdə iztirab, əziyyət
D) Palpasiyada şişəbənzər, ağrılı törəmənin əllənməsi
E) Bağırsaqdan qanın xaric olması
467. 7 günlük uşaqda birdən-birə vəziyyət pisləşib belə ki, ümumi narahatçılıq, təkrarlanan ödlü qusma, nəcis ifrazı zamanı əvvəl qan sonra isə ifrazatın olmaması,qarnı əllədikdə ağrılı olması, iztirablı üz müşahidə edilib. Sadalananlardan hansı daha düzgün diaqnoza uyğundur?
A) «Orta bağırsaq burulması» «Leddi sindromu»
B) Melena ilə müşayət olunan hemorragik sindrom
C) Bağırsağın invaginasiyası
D) Xoralı nekrotik enterokolit
E) Düz bağırsağın polipi
468. Doğum evindən evə yazılmış 5 günlük uşaqda axşam ödlü qusma olmuşdur. iştahsızdır, uşaq narahatdır, yeməkdən imtina edir, əzablı gözləri var, dərisi mərmər rəngindədir. Qarına baxdıqda epiqastral nahiyyə bir qədər köplüdür, palpasiyada ağrılıdır. Sadalananlardan hansını inandırıcı diaqnoz hesab edirsiniz?
A) Ledda sindromu
B) Yuxarı şöbənin hissəvi bağırsaq keçməzliyi
C) Bağırsağın invaginasiyası
D) Pilorostenoz
E) Aşağı şöbənin bağırsaq keçməzliyi
469. Doğum evindən evə yazılmış 5 günlük uşaqda, axşam ödlü qusma olmuşdur. iştahsızdır, uşaq narahatdır, ayaqlarını hərəkət etdirir, yeməkdən imtina edir, əzablı gözləri var, dərisi mərmər rəngindədir. Qarına baxdıqda epiqastral nahiyyə bir qədər köplüdür, palpasiyada ağrılıdır. Diaqnozu dəqiqləşdirmək üçün nə lazımdır?
A) Qarın boşluğu orqanlarının təsviri rentgenskopiyası
B) Qarının palpasiyası
C) Qarın boşluğunun USM-i
D) Kontrast irriqoqrafiya
E) Nəcisdə qanın olub-olmamasın təyin etmək üçün düz bağırsağa qazburaxıcı boru
yeritmək
Dostları ilə paylaş: |