478. Dövrü olaraq göbək nahiyəsindən sidik gələrsə, düzgün cavab hansıdır?
A) Uraxusun tam fistulu
B) Sidik kisəsinin eksrofiyası
C) Epispadiya
D) Sidik kisəsinin divertikulu
E) Arxa uretranın klapanı olması
479. Göbəyin anadangəlmə tam fistulunda təcili cərrahi əməliyyata göstəriş hansıdır?
A) İnfiltrə olunmuş fistula yolu
B) Fleqmanoz omfalit
C) Göbək ətrafında dərinin maserasiyası
D) Bağırsaq möhtəviyyatının itirilməsi
E) Sidik kisəsinin divertikulu
480. Göbək həlqəsi 4,5 sm ölçüdə olan embrional dəbəliklə olan 2 saat bundan əvvəl doğulmuş uşağa nə göstərişdir?
A) Təcili radikal əməliyyat
B) Qarın boşluğunun təsviri rentgenoqrafiyası
C) Kali permanqanatla qişanın işlənməsi
D) 2- 4 saatlıq hazırlıqdan sonra I etapda Qross əməliyyatı
E) Həyatın 2-ci sutkasında radikal əməliyyat
481. Göbək həlqəsi orta ölçüdə olan embrional dəbəliklə olan vaxtından çox qabaq doğulmuş uşağın III dərəcəli beyin qan dövranı pozğunluğu və anadangəlmə ürək qüsuru ilə klinikaya daxil olub. Uşağa hansı tədbir göstərişdir?
A) Antiseptiklərlə sarğı
B) Təxirəsalınmaz radikal əməliyyat
C) Kali permanqanatla qişanın işlənməsi
D) Plastik kisənin tikilməsi
E) Təcili əməliyyat (I etapda Qross əməliyyatı)
482. Embrional göbək həlqəsi dəbəliyi olan yenidoğulmuş uşağın ölümünə səbəb hansıdır?
A) Ağır dərəcəli qüsurlar
B) Peritonit
C) Sepsis
D) Hemostazın pozğunluğu
E) Pnevmoniya
483. Yuxarı tənəffüs yollarının anomaliyası ilə yenidoğulmuş uşaqlarda tez-tez asfiksiyaya səbəb ola bilən sindroma hansı aiddir?
A) Per-Robin sindromu
B) Xoananın atreziyası
C) Epulis
D) Makroqlossiya
E) Ranula
484. Anadangəlmə qüsur və döş qəfəsi üzvlərinin xəstəliyi olan, tez-tez asfiksiya sindromu ilə müşayət olunan xəstəliklərdən hansına cərrahi korreksiya lazımdır?
A) Lobar enfizema
B) Divararalığının şişləri
C) Yalançı diafraqmal dəbəliyi
D) Anadangəlmə atelektaz
E) Destruktiv pnevmoniya
485. Qeyd olunan təsnifatlardan diafraqmal dəbəliyinin aparıcı simptomları kimi qusma və öyümə hansı halda daha xarakterikdir?
A) Diafraqmanın qida borusu dəliyinin dəbəliyində
B) Diafraqma defekti.
C) Frenoperikardial dəbəliklərdə
D) Həqiqi diafraqmal dəbəliyində
E) Ön dəbəliklərdə
486. Diafraqmal dəbəliyi olan yenidoğulmuş uşaq üçün xarakterik olmayan klinik mənzərə hansıdır?
A) Qarnın köpməsi
B) Ürək-damar çatmazlığı
C) Divararalığının sıxılması
D) Ağciyərin auskultasiyasında bağırsaq küyünün eşidilməsi
E) Sianozun ağlama zamanı artması
487. Ağciyər sistlərində körpələrdə tez-tez rast gəlinən ağırlaşmalara hansı aidddir?
A) Ağ ciyərin destruksiyası və pnevmotoraksın əmələ gəlməsi
B) Qanaxma
C) Sistin tez böyüməsi
D) Sistin irinləməsi
E) Barmaqların ucunun «təbilçi çubuğunu» xatırlatması.
Dostları ilə paylaş: |