490. Cərrahi sepsisin müalicə prinsipinə hansı aiddir?
A) İmmunokorreksiya
B) Hemodinamik pozğunluğun korreksiyası
C) İdarə olunan hipokoaqulyasiya
D) Ocağın sanasiyası
E) Oyanıqlılığa təsir etmək
491. On günlük uşağa kəskin irinli sol tərəfli mastit diaqnozu qoyulub. Fluktasiya dəqiq təyin olunmur. Uşağa hansı müalicəni tətbiq etmək lazımdır?
A) İnfiltrat üzərindən 1-3 ədəd oreoldan kənarda radial kəsiklər aparmaq
B) Cərrahi müdaxiləsiz antibakterial terapiya
C) Məlhəmlə sarğı
D) İsti kompress
E) Punksiya edərək irinin sorulması, abses boşluğunun yuyulması
492. On günlük uşağın qasıq-xayalıq nahiyəsində ağrılı şişkinlik əmələ gəlmişdir, yumşaq toxumada şişkinlik, dərinin hiperemiyası var. Cərrahın bu zaman taktikası hansı olmalıdır?
A) Qasıq-xayalıq nahiyəsinin əməliyyat zamanı təftişi
B) Şişkinliyin punksiyası
C) Qarın boşluğunun rentgenoskopiyası
D) Qarın boşluğuna şişkinliyin salınması
E) Dinamik müşahidə
Dostları ilə paylaş: |