1. Yunan əfsanələri. Homer. Homer. Homer tərcümeyi-hal, məlumat, şəxsi həyat



Yüklə 224,05 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix31.12.2021
ölçüsü224,05 Kb.
#49865
  1   2   3   4   5   6   7   8
homer



 

 



PLAN 

1.  Yunan əfsanələri. Homer.  

2.  Homer. Homer - tərcümeyi-hal, məlumat, şəxsi həyat 

3.  Ədəbiyyat siyahısı 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

Yunan əfsanələri. Homer. 

Qədim  Yunanıstanda  ölkənin  keçmişindən  bəhs  edən  çoxlu  əsatirlər  və  nəğmələr 

yaranmışdır. Bu əfsanələrin bir hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Şair- müğənnilər lirada 

nəhənglər,  allahlar,  qəhrəmanlar  haqqında mahnılar  oxuyurdular.  Bu  mahnı  və  əfsanələrdə 

uydurmalar  olsa  da,  onlar  yunanların  məşğuliyyəti  adətləri,  əmək  alətləri,  hansı  ölkələrdə 

olmaları, hansı allahlara inanmaları haqqında məlumat verir. Alimlər əfsanələrdən tarixi mənbə 

kimi istifadə edirlər. Yunanlar “Dedal və İkar”, “Tesey”, “Arqonavtlar”, “Herakl”, “Prometey”, 

“Demetra və Persefona” və b. əfsanələr yaratmışlar. Bu əfsanələrin hər biri yunanların keçmişi, 

tarixi, insanları və onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi. Bu əfsanələr müasir 

dövrdə də maraqla oxunur. 

Troya müharibəsi e.ə. 1200-cü ildə yunanlarla troyalılar arasında Anadolunun Egey dənizi 

sahillərində  olan  Troyada  olmuşdur.  Yunanlar  Troya  müharibəsi  haqqında  çoxlu  əfsanələr, 

əsərlər  yaratmışlar.  Bunlar  arasında  “İlliada”  nə  “Odisseya”  poemaları  xüsusi  yer  tutur. 

Rəvayətə görə bu poemaları kor şair Homer yazmışdı. Cuman edilir ki, poemalar e.ə. VIII əsrdə 

tərtib edilib, e.ə. VI əsrdə isə qələmə alınıb. Poemada yunanların adət ənənələri, etiqadları, həyat 

tərzi haqqında geniş məlumat verilir. Bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür ki, 

e.ə.  XI-IX  əsrlər  Homer  dövrü  adlanır  Yunanıstanın  erkən  qədim  tarixini  öyrənmək  üçün 

Homerin poemaları etibarlı mənbə sayılır. Arxeoloji qazıntılar nəticəsində Homerin “İlliada” və 

“Odisseya” poemalarında təsvir olunmuş hadisələrin tarixən, olduğu sübut edilmişdir. 

Yunanlar  Troya  şəhərini  İlion  adlandırırdılar.  “İlliada” poemasının  adı  da  buradan 

götürülmüşdür.  Poema  Troyanı mühasirəyə  almış  yunanların  10  ilik  savaşdan  usanmasından 

bəhs edir. Sıravi döyüşçü Tersit əsilzadələri suçlayır. Odissey onu 

susmağa məcbur edir. Yunanlar arasında Axilles, troyalılar arasında çar Priamın 

oğlu Hektor yaxşı döyüşçü sayılırdı. Onların təkbətək döyüşündə Axilles zəfər 

çalıb  Hektoru  öldürür.  Döyüşdə  Axillesin  dostu  Patrokl  həlak  olur,  onun  dəfn 

mərasimi  təsvir olunur.  Axillesin  anası  ilahə  Fetida  onu  körpəlikdə  dabanından 

tutub  yeraltı  Stiks  çayının  “sehrli”  sularında  çimizdirirmiş, nəticədə dabanından 

savayı bütün bədəni guya dişbatmaz olur.  Parisin  atdığı  ox  Axillesin dabanına 

sancılır.  Yunanıstanın  ən  məşhur  qəhrəmanı  həlak  olur.  “Zəif  yer”  anlamını 

bildirən  “Axillesin  dabanı”  ifadəsi  buradan  əmələ  gəlmişdir.  Hiyləgər  Odissey 



 

Troyanı  tutmaq  üçün  taxtadan  nəhəng  at  düzəltdirir  və  içərisində  yunan 



döyüşçülərini yerləşdirir. Troyalılar atı çəkib şəhərə aparırlar. Döyüşçülər gecə 

atdan çıxıb darvazaları açırlar, şəhərə soxulan yunanlar troyalıları məğlub edirlər. 

“Troya atı” ifadəsi buradan meydana gəlmişdir. Bu isə, hədiyyənin qəbul edən 

üçün təhlükəli olması deməkdir. 

“Odisseya” poemasında Troyanın alınmasından sonra yunanların Odisseyin 

başçılığı  altında  vətənə  dönmələri  və  yolda  onların  başına  gələn  hadisələr, 

Odisseyin öz doğma şəhəri İtakaya gəlməsi təsvir olunur. Odissey İtakaya gəlib 

evində ağalıq edən əsilzadələri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki 

əsər dahi ədəbi əsər olmaqla yanaşı zəngin tarixi mənbədir. 

Homer dövründə (e.ə. XI IX əsrlər) yunanlar maldarlıq, əkinçilik, sənətkarlıq 

və ticarətlə məşğul olurdular. Onlar e.ə. IX əsrlə dəmir emal etməyə başladılar. 

Bu da əmək məhsuldarlığının artmasına səbəb oldu. Yunanıstanda torpaq bütün 

tayfaya məxsus idi. Hər bir ailənin torpağı, mal-qarası var idi. Adlı-sanlı adamlar 

torpağın yaxşısını özlərinə götürürdülər. Onlar əvvəllər torpağı özləri becərirdilər, 

sonradan  günəmuzdçuları  işlətdilər,  daha  sonra  qullardan  istifadə  etdilər. 

Beləliklə,  e.ə.  XI-IX  əsrlərdə  ibtidai  icma  quruluşundan  quldarlıq  quruluşuna 

tədricən keçid başlandı. 


Yüklə 224,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin