Biz şirkətin maraqlarına zidd olan və əməkdaşların şəxsi maraq güddüyü halların yolverilməz olduğunu bəyan edirik. Eyni zamanda şirkətin vəsaitlərinin şəxsi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir.
Biz hədiyyələr qəbul etmirik və vermirik. Belə ki, bu hal istənilən tərəfə təzyiq və üstünlük əldə etmək cəhdi kimi qəbul edilə bilər.
Konfidensiallıq
Biz konfidensial hesab etdiyimiz bütün məlumatların məxviliyini qoruyuruq və klinika rəhbərliyinin xüsusi göstərişi olmadan bu məlumatları açqlamırıq. Bura pasientlərin səhəti, xəstəlik tarixçəsi və şirkətin maliyyə durumu haqqında məlumatlar daxildir.
Daxili hesabat
Klinikamız daxili əməliyyatların və pasientlərin xəstəlik tarixçələrinin dəqiq hesabatını aparır.
Klinika ölkənin siyasi fəaliyyətində iştirak etməkdən çəkinir və bu məqsədlə heç bir siyasi partiyanı və hərəkatı maliyyələşdirmir. Bununla belə klinikanın əməkdaşları asudə vaxtlarında siyasi fəaliyyətlə məşğul ola bilərlər.