10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри



Yüklə 461,5 Kb.
səhifə43/77
tarix02.01.2022
ölçüsü461,5 Kb.
#1708
növüКодекс
1   ...   39   40   41   42   43   44   45   46   ...   77

Bizim dəyərlər

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bütün əməkdaşlarımız aşağıdakı mənəvi dəyərlərə sahib olmalı və bu dəyərləri bölüşməlidirlər:




  • xəstəyə şəfqət hissi ilə yanaşmaq;

  • professional səviyyənin təkmilləşdirilməsi;

  • işə vicdanlı münasibət;

  • qərarlara cavabdehlik hissi;

  • saflıq və düzgünlük;

  • pasientlərə və həmkarlara münasibətdə dözümlülük və daima xeyirxahlıq.

  • юзцнц тянгид вя толерантлыг щисси



Kodeksİn müddəaları
I. Pasientlərə münasibət
1) бизим ющдяликляримиз

Biz pasientlərə münasibətdə aşağıdakı prinsipləri üstün tuturuq:




  • Yüksək keyfiyyətli xidmət

Yüksək keyfiyyətli oftalmoloji xidmətlər göstərmək bizim pasientlər qarşısında ən ümdə vəzifəmizdir.


Biz pasientlərlə, ilk növbədə, şəfqət hissi və humanizm prinsipləri çərçivəsində davranmagı öz öhdəmizə götürürük. Hesab edirik ki, pasientlərlə şəfqət hissi və humanizm prinsipləri əsasında davranmaq, bizim professional köməyimiz qədər vacibdir.


  • Pasientlərlə etibarlı münasibətlərin qurulması

Biz pasientlərimizlə etibarlı münasibətlərin yaradılmasına səy göstəririk. Cünki, müalicənin müvəffəqiyyəti xəstənin həkimə nə qədər etibar etməsindən çox aslıdır.

Biz pasientlərin bilmədiyi xüsusi biliklərə sahibik və bu biliklərdən qərəzli məqsədlərlə isifadə etməmək öhdəliyini öz üzərimizə götürürük.





  • Həkim sirrinin qorunması

Biz pasientin səhəti haqqında məlumatların - əgər bu məlumatların məxviliyi qanuna zidd deyilsə - (məsələn, xəsarətlər zorakılıq halları ilə müşayiət edilməyibsə) gizli saxlanlıması öhdəliyini öz üzərimizə götürürük.


  • Pasientin hüququnun qorunması

Biz maraqlı tərəflər qarşısında öz pasientlərimizin hüquqlarının vicdanla və məntiqlə qorunması öhdəliyini üzərimizə götürürük (məsələn, görmə qabiliyyətinə görə əlilliyi qanuniləşdirmə hallarında).


  • Düzgünlük və həqiqət

Biz pasientlərə öhdəsindən gələ bilmədiyimiz xidmətlər haqqında qəsdən yalan vədlər vermirik. Bu, xüsusən, bizim peşəmiz üçün çox vacibdir. Belə ki, sağalması çətin olan bir çox pasientlər bizim edə bilmədiyimiz möcüzələrə ümid bəsləyirlər. Buna baxmayaraq milli mentalitetimizə uyğun olaraq hesab edirik ki, pasientin müalicəsinin çarəsiz olması haqqında acı həqiqət, ilk növbədə onun yaxın ailə üzvlərinə deyilməli və həqiqi diaqnozun xəstəyə deyilib-deyilməməsi onların ixtiyarına buraxılmalıdır.
Bu prinsipə uyğun olaraq biz, eyni zamanda xidmətlərimizdə və klinika qiymətlərində baş verən dəyişikliklər barəsində pasientlərə qabaqcadan məlumat veririk.



  • Pasientlərin ehtiyaclarının ödənilməsi

Biz çalışırıq ki, göstərdiyimiz xidmətlərin səviyyəsindən dah çox sayda pasient razı qalsın. Lakin, bizim peşənin özəlliyini nəzərə alaraq onu da başa düşürük ki, bütün pasientlərin ehtiyaclarının ödənilməsi qeyri mümkündür. Belə ki, bəzən pasientlər müalicə dövründə qarşımıza həlli mümkün olmayan tələblər qoyurlar.



  • Dözüm və xeyirxahlıq

Biz pasientlərlə daima ünsiyyətdə olduğumuzdan və bəzi pasientlərin ümidsizliyə qapılaraq kobudluq və dözümsüzlük göstərməsinə anlaşıqlı yanaşmalıyıq. Belə hallarda yüksək həkim adına layiq olaraq, dözümlülük və xeyirxahlıq nümayiş etdirməliyik.



Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin