Kodeksиn müddəaları
Şİrkətİn professİonal konsaltİnq xİdmətİ standartları
Professionallıq
AGN MAK Azərbaycan LTD özünün daxili siyasətinə və bu sahdə mövcud olan yerli və beynəlxalq standartlara uyğun olaraq professional konsaltinq xidmətləri təklif edir.
Obyektivlik, qərəzsizlik və müstəqillik
Şirkət konsaltinq xidmətləri göstərərkən obyektiv və qərəzsiz mövqe tutur. Audit, mühasibatın aparılması və təftişi və digər konsaltinq sahələrində bu mövqe xüsusən əhəmiyyətlidir.
Peşə səriştəliлиyi
Şirkət konsaltinq xidmətləri göstərərkən peşə səriştəliлиyi nümayiş etdirir. Daima ekspertlərin peşə səriştəliлиyinin lazımi səviyyədə olması üçün onlar müvafiq treninqlərə və ixtisasartırma kurslarına cəlb olunur, yeni metodologiyaların mənimsənilməsi və tətbiqi istiqamətində səylər göstərilir.
Şirkət, konsaltinq xidmətləri göstərərkən, xüsusən mürəkkəb məsələlərin həlli və ya mühüm qərarların qəbulunda çətinlik və şübhə yarandıqda , məsələni daha yaxşı bilən ekspert və analitiklərin məsləhətindən istifadə edir. Lakin, bu zaman müştəriyə müraciət edəcəyi ekspertlər haqqında qabaqcadan ətraflı məlumat verir.
Dostları ilə paylaş: |