Əməkdaşlarımız
AGN MAK şirkətində öz işini professional səviyyədə bilən əməkdaşlar və ekspertlər fəaliyyət göstərir. Hər bir əməkdaş konsaltinq xidmətinin göstərilməsində peşə bacarığına xas olan peşəkarlıq, düzgünlük, səriştəlilik, səmimiyyət və obyektivlik kimi dəyərləri bölüşür. Bu dəyərlər xidmətlərimizi daha yüksək səviyyədə yerinə yetirməyə və şirktəin müsbət reputasiya qazanmasına kömək edir.
AGN MAK şirkətinin gücü həmçinin əməkdaşların bir komanda şəklində işləməsi və götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşmasıdır. Bu baxımdan AGN MAK şirkəti hər bir əməkdaşından, ilk növbədə öz həmkarlarına münasibətdə səmimi olmağı, kollektivin dəyərli üzvü olaraq məhsuldar iş mühitini yaratmağı tələb edir. Eyni zamanda rəhbərlik, ilk növbədə kollektivdə baş verə biləcək arzuolunmaz halların vaxtında qarşısını almağı öz öhdəsinə götürərək əməkdaşların aşağıdakı hüquqlarını təmin edir:
-
Hər bir əməkdaşın şəxsiyyətinə hörmətlə yanaşmaq, tutduğu vəsifəsindən, mövqeyindən və ya qohumluq əlaqəsindən asılı olmayaraq onu yalnız biliyi, peşəkarlığı, işə və həmkarlarına olan düzgün münasibətinə görə qiymətləndirmək.
-
Hər bir əməkdaşın dini mənsubiyyətinə, milliyətinə, etnik - mədəni mənşəyinə hörmətlə yanaşmaq və bu zəmində ayrıseçkilik hallarının qarşısını almaq.
-
Hər bir əməkdaşın özəl və ailə həyatına hörmətlə yanaşmaq.
-
Hər bir əməkdaşın daima professional təcrübə və bilikləriniн artırılması işini təmin etmək və bu istiqamətdə treninq proqramlarını dəstəkləmək.
-
Hər bir əməkdaş üçün təhlükəsiz, rahat iş şəraiti yaratmaq və onların sağlamlığının qayğısına qalmaq.
Bununla belə, əməkdaşlarımızı Etik Məcəllədə əks olunmuş qaydalara və qərarlara hörmətlə yanaşmağa çağırırıq:
-
Müxtəlif biznes xarakterli görüşlərdə şirkətin maraqlarından çıxış edərək müqavilə və istənilən növ sənədlərin müzakirəsində və qəbulunda şirkətin siyasətini və prinsiplərini üstün tutmaq.
-
Müxtəlif biznes xarakterli görüşlərdə və münasibətlərdə şirkətin imicinə xələl gətirə biləcək əməllərdən çəkinmək. Belə tədbirlərdə yalnız AGN MAK şirkəti adından çıxış etməklə, şəxsi mülahizələrə və mövqeyə yol verməmək.
-
Tərəfdaşlarla münasibətdə və kollektivdə şirkətin professional konsaltinq xidmətləri standartlarını və prinsiplərini üstün tutmaq.
-
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
-
Təşkilatın daxili nizam-intizam qaydalarına riayət etmək.
Müştərİlərə münasİbət
AGN MAK şirkətinin təcrübəsi göstərir ki, müştərilər xidmətlərimizin keyfiyyətinə, professionallığına və sərfəli qiymət siyasətinə görə bizimlə uzunmüddətli biznes əlaqələri qururlar. AGN MAK şirkətinin hər bir əməkdaşı müştərilərə münasibətdə bu dəyərləri üstün tutmalı və gündəlik işgüzar münasibətlərdə aşağıdakı prinsiplərə riayət etməlidir:
Dostları ilə paylaş: |