Şirkətimizin hər bir əməkdaşı Kodeksin müddəaları ilə yaxından tanış olmalı və öz fəaliyyətində onları rəhbər tutmalıdır.
Kodeks vəzifə və mövqeyindən asılı olmayaraq bütün əməkdaşlar üçün icbari xarakter daşıyır. Kodeksin müddəaları ilə bağlı ortaya çıxan istənilən sualı aydınlaşdırmaq üçün hər bir əməkdaşın rəhbərliyə müraciət etməsi xahiş olunur.
Şirkət rəhbərliyi kodeksin müddəalarının pozulması ilə əlaqədar günahı olan əməkdaşların rəhbərliyə səmimi etiraf etmələrini müsbət qarşılayır.
Şirkət rəhbərliyi kodeksin digər əməkdaş tərəfindən pozulduğunun şahidi olan əməkdaşlara tövsiyyə edir ki, onlar həmin əməkdaşı israrla şirkət rəhbərliyinə müraciət etməйə inandırsınlar.
Şirkət rəhbərliyi kodeksin müddəalarının pozulması ilə bağlı istənilən an müraciət qəbul edə və ya müxtəlif mürəkkəb və şübhə doğuran situasiyalara aydınlıq gətirə bilər.
Kodeksin müddəalarını ilk dəfə pozanlara qarşı şifahi xəbərdarlıq edilir. Əgər bu hal təkrarlanarsa yazılı xəbərdarlıq edilir. Kodeksin müddəaları üçüncü dəfə pozularsa şirkət rəhbərliyi əməkdaşın işdən qovulmasınadək müxtəlif cəza tədbirləri tətbiq etmək hüququnu özündə saxlayır.