Müştərilərə münasibət
Şirkətmizin müvəffəqiyyəti və nüfuzu bizim dəyərli müştərilərimizdən asılıdır. Artıq müştərilərin seçim imkanları günü-gündən genişlənir. Bunu nəzərə alaraq, biz ən tələbkar müştərilərin belə ehtiyaclarını ödəməyə can atırıq. Müştərilərimiz qarşısında böyük cavabdehlik hissi daşıyaraq onlara aşağıdakıları təmin etməyi öhdəmizə götürürük:
-
Müştəriləri yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin etmək;
-
Müştərilərin ən yüksək tələblərinə cavab verən xidmətlərin zamanında göstərilməsi;
-
Müştərilərə mədəni və düzgün xidmət göstərmək;
-
Müştərilər qarşısında götürülən öhdəlikləri yerinə yetirmək;
-
Məhsul və xidmətlərimiz haqqında, o cümlədən məhsullarımızda edilən dəyişikliklər haqqında ətraflı məlumat vermək.
Biz başa düşürük ki, müştərilər bərabər hüquqlu münasibətə malikdir və onlara münasibətdə ayrıseçkilik halları yolverilməzdir.
-
Dostları ilə paylaş: |