Prezidentin müraciəti
Şirkətimiz, 1991-ci ildə yaradıldığı andan biz dərk edirdik ki, biznesimizin müvəffəqiyyəti qısamüddətli mənfəətdən deyil, yaxşı düşünülmüş uzunmüddətli strategiyadan asılı olacaqdır. Elə həmin vaxt biz bu strategiyanın aşağıdakı əsas məqsədlərini müəyyən etmişdik:
-
Məhsul və xidmətlərimizin yüksək keyfiyyətinə nail olmaq
-
Azərbaycan bazarında öncül yerlərdən birinə sahib olmaq
Biz başa düşürdük ki, bu məqsədlərə çatmaq, hər bir şirkət əməkdaşının aşağıdakı ən ümdə, vacib insani dəyərlərə malik olmalarından asılı olacaqdır;
-
düzgünlük
-
vicdan
-
əməksevərlik
-
cavabdehlik
-
dözüm
Məhz bu dəyərlərə sadiqliyimiz bizə bazarda layiqli yer tutmağa və 10 ildən artıq bir müddətdə onu saxlamağa kömək etdi. Bizim bazarda müvəffəqiyyətimiz, həmçinin müştərilər, təchizatçılar və tərəfdaşlar qarşısında, onlar üçün ən sərfəli şərtlərlə, hətta, bəzən şirkətin zərəri bahasına belə götürdüyümüz bütün öhdəliklərin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur..
Etika kodeksinin qəbul olunması heç də zamanla ayaqlaşmaq zərurətindən yaranmamışdır. Bu kodeksin qəbul olunmasında məqsəd şirkətimizin menecment üslubunu nümayiş etdirmək, şirkətin ümumi məqsədlərinə sadiqliyimizi ifadə etmək və bütün əməkdaşları şirkətin etik dəyərlərini bölüşməyə dəvət etməkdən ibarət olmuşdur. Fikrimizcə, bu prinsiplərə əməl etmək bizə, şirkətimizin gələcək uğurlarının təminatına və daha da inkişaf etməyə kömək edəcəkdir.
Dostları ilə paylaş: |