Tezlik modulyasiyalı siqnalın spektri. Riyazi çevirmədən sonra (10.1.8) ifadəsini aşağıdakı kimi yazmaq olar:
. (10.1.10)
Burada iki hal ola bilər: 1. Darzolaqlı TM - ; 2. Genişzolaqlı TM - .
Darzolaqlı TM halında aşağıdakı bərabərliklər doğrudur:
. (10.1.11)
Bu bərabərlikləri (10.1.10) ifadəsində yerinə qoysaq, alarıq:
. (10.1.12)
Sonuncu ifadədən görünür ki, darzolaqlı TM siqnalın spektri AM siqnalın spektrindən yalnız tezlikli aşağı yan təşkiledicinin fazası ilə fərqlənir. Bu siqnalın amplitud tezlik və faza tezlik spektrləri şək. 10.1.4-də təsvir olunmuşdur.
Darzolaqlı TM siqnalın vektor diaqramı ilə təsviri daha əlverişlidir (şək. 10.1.5). Burada yuxarı və aşağı yan təşkilediciləri əks etdirən vektorlar ( və ) daşıyıcı təşkiledicini əks etdirən vektorun ətrafında, uyğun olaraq, saat əqrəbi istiqamətində və onun əksinə, tezliyi ilə fırlanırlar. Nəticədə üç vektorun əvəzləyicisi öz vəziyyətini daşıyıcı təşkiledicinin vektoruna nəzərən dəyişir. Başqa sözlə, modulyasiyaedici prosesin təsirindən yüksək tezlikli rəqsin tam faza bucağı dəyişir.
Yuxarıda göstərilən münasibətlər yalnız çox kiçik modulyasiya indekslərində doğru olur. Böyük modulyasiya indekslərində TM siqnalın spektrinin analizi üçün daha mürəkkəb üsullardan istifadə olunur. Tonal TM siqnalın spektrini modulyasiya indeksinin istənilən qiyməti üçün aşağıdakı üsulla öyrənmək olar. Riyaziyyatda sübut olunur ki,
, (10.1.13)
burada - intervalında dəyişən tam ədəd; - arqumentindən bircinsli indeksli Bessel funksiyasıdır.
Kompleks yazılış formasından istifadə edərək, (2.5.8) tənliyini aşağıdakı kimi ifadə etmək olar:
. (10.1.14)
Əgər qəbul etsək və (10.1.13) ifadəsini (10.1.14) tənliyində nəzərə alsaq, TM siqnalın riyazi modelini belə yazmaq olar:
. (10.1.15)
Sonuncu ifadədən görünür ki, tonal TM siqnalın spektrinə intervalında yerləşən təşkiledicilər daxil olur. Hər bir təşkiledicinin amplitudası kimi hesablanır. -indeksinin artması ilə sürətlə azalır. Ona görə də TM siqnalın spektri öyrənilərkən, yüksək dərəcəli təşkiledicilər nəzərə alınmırlar. Təcrübələr göstərir ki, TM siqnalın spektrinin tədqiqi zamanı yalnız indeksli təşkilediciləri nəzərə almaq kifayətdir. Bu şərt daxilində TM siqnalın spektrinin eni
(10.1.16)
kimi təyin olunur. Genişzolaqlı modulyasiya halında, yəni olduqda, TM siqnalın spektrinin enini aşağıdakı düsturla hesablamaq mümkündür:
(10.1.17)
yəni, genişzolaqlı TM halında, TM siqnalın spektrinin eni maksimal tezlik deviasiyasının iki mislinə bərabər olur. Darzolaqlı TM halında bu parametr kimi hesablanır.
Qeyd edək ki, TM siqnalın spektrindəki, parametrinin tək qiymətlərinə uyğun simmetrik təşkiledicilər fazaca fərqli, parametrinin cüt qiymətlərinə uyğun təşkiledicilər isə (məsələn, və ) eyni fazalı olurlar. Deyilənlər riyaziyyatda sübut olunan bərabərliyindən görünür.
TM-nın üstünlükləri modulyasiya indeksinin böyük qiymətlərində daha əhəmiyyətli olurlar. Lakin modulyasiya indeksinin artması ilə TM siqnalın spektrinin eni artır. Ona görə də TM - dan yalnız ultraqısa dalğa diapazonunda istifadə olunur.
Dostları ilə paylaş: |