10.2.2. Faza modulyatorları
Modulyasiya indekslərinin kiçik qiymətlərində siqnalların faza modulyasiyasının həyata keçirilməsi üçün Armstronq üsulundan istifadə oluna bilər. 1932-ci ildə E. Armstronq bu məqsəd üçün modulyasiyasız daşıyıcı ilə balans modulyasiyalı rəqsləri -lik bucaq altında cəmləməyi təklif etmişdir (şək. 10.2.3).
Bu sxemdə fazaçeviricisi ( kimi göstərilmişdir) daşıyıcı rəqsin fazasını dəyişdirir. Balans modulyatorunun (BM) çıxışında zəiflədilmiş daşıyıcıya malik AM – balans AM (BAM) rəqs alınır. Beləliklə cəmləyicinin (+) girişinə iki rəqs daxil olur: daşıyıcının gərginliyi
və BAM siqnal
.
Cəmləyicinin çıxış siqnalını vektor diaqramının (şək.10.2.4) köməyi ilə hesablayaq. Çıxış siqnalı ilə daşıyıcı rəqsin ( - sürüşdürülmüş) fazalar fərqi:
.
Bu şəraitdə cəmləyicinin çıxış siqnalının tam fazası və amplitudası uyğun olaraq
və
kimi tapılır. Uyğun olaraq cəmləyicinin çıxış siqnalının riyazi modeli:
. (10.2.2.1)
Modulyasiya indeksinin kiçik qiymətlərində ( ) aşağıdakı təqribi bərabərlik doğrudur:
.
Bu hal üçün (10.2.2.1) ifadəsini aşağıdakı kimi yazmaq olar:
.
Sonuncu ifadədən görünür ki, kiçik modulyasiya indekslərində cəmləyicinin çıxış siqnalı fazası modulyasiyaedici siqnal qanunu ilə dəyişən harmonik rəqsdir.
Faza modulyasiyası almaq üçün istifadə olunan Armstronq üsulunun praktiki realizasiyası çətindir. Belə ki modulyasiya indeksi kiçik olduğu üçün modulyator aşağı tezliklərdə yerinə yetirilir və çoxlu sayda tezlik vurucusu tələb olunur.
Sonuncu misalda baxılan bir neçə tezlik vurucu pilləyə malik tezlik modulyatoru sistemi çox nəhəngdir. Ona görə də faza modulyasiyalı (böyük modulyasiya indekslərində) vericilərdə avtogeneratorunun konturunda varikapa və tezliyi fazaya qədər dəqiqliklə avtomatik kökləmə sxeminə malik modulyatorlardan istifadə olunur.
Dostları ilə paylaş: |