10. Psixoloji konsultasiyanın elmi nəzəri əsasları Psixoloji konsultasiyanın tətbiqi sahələri



Yüklə 27 Kb.
səhifə2/7
tarix26.05.2022
ölçüsü27 Kb.
#59649
1   2   3   4   5   6   7
psixokonsultasiya 10 (4)

1. Təsir müddətinə görə: təxirəsalınmaz, təcili psixolji yardım. Psixoloji yardımın bu forması mürəkkəb psixoloji vəziyyətlərdə zəruridir. Məsələn, təqib, intihar cəhdi, zorlama zamanı və s. Belə yardımlar inam xidməti, inam telefonları vasitəsilə göstərilir, anonimliyə zəmanət verir. Çətin həyati situasiyalarda, psixoloji böhran, münaqişələr zamanı psixoloji yardım məsləhətvermə şəklində həyata keçirilir.
2. İstiqamətinə görə: birbaşa psixoloji yardım. Belə yardım müştərinin müraciətinə əsasən ona bilavasitə göstərilən yardımı nəzərdə tutur. Burada həmrəylik qabaqlayıcı xarakterli yardım formalarına da rast gəlinir ki, bu da adətən ailə xidmətində səciyyəvi olan yardım formaları hesab olunur;
3. Təşkil olunma yerinə görə: kontakt (bu zaman psixoloq müştəri ilə üz-üzə söhbət aparır) və distant psixoloji yardım. (bu zaman müştəriyə yardım telefonla və ya yazılı şəkildə göstərilir);
4. Psixoloqun yerinə yetirdiyi funksiyalara görə: diaqnostik (psixoloji diaqnozun qoyulması, fərdiliyin psixoloji portretinin təsdiq edilməsi), dispetçer (lazımı mütəxəssisin göndərilməsi), informativ (müştəri, onun ailəsi, sosial əhatəsi, vəziyyəti haqqında məlumatların toplanması), korreksion, konsultativ, terapevtik xarakterli psixoloji yardım;
5. İştirakçıların sayına görə: fərdiqrup formalı psixoloji yardım;
6. Psixoloqun müdaxiləsinə görə: direktiv (məsləhət vermənin icbariliyi) və qeyri direktiv (müştərinin istəyinə uyğunlaşan).
İctimai təcrübənin müxtəlif sahələrində geniş tətbiq olunan psixoloji xidmətin zəruri komponentlərindən biri olan psixoloji yardımın ən geniş forması psixoloji məsləhətvermədir. “Psixoloji məsləhətvermə” anlayışına birmənalı yanaşmaq və konkret tərif vermək çox çətindir. Bununla belə psixoloji xidmətin demək olar ki, bütün sahələrində, psixoloji biliklərdən istifadə olunan istənilən fəaliyyət sahəsində psixoloji məsləhətvermə iş formalarından biri kimi geniş tətbiq olunur. Məsləhətvermənin geniş tətbiq sahələri içərisində peşəseçmə üzrə məsləhətvermə, pedoqoji, sənaye, rəhbər işçilərin konsultasiyası və b. xüsusi yer tutur. Müasir dövrdə psixoloji məsləhətvermə artıq psixoterapiyanın müayinəsi altından çıxaraq psixologiya elminin və praktikasının müstəqil sahəsinə çevrilmişdir.
Psixoloji məsləhətvermə hər şeydən əvvəl qabaqlayıcı, himayəedici kömək forması olub, arzuedilməz mürəkkəbləşmədən xilas olmaq üçün müştəriyə göstərilən əməli yardımdır. Psixoloji yardım almaq, bu xidmət növündən istifadə etmək hüquqi baxımından hər bir vətəndaşın insan haqları ilə müəyyən edilmiş bəşəri hüquqlarından biridir. Rus psixoloqları P.P.Qornostay və S.V.Vaskovskaya psixoloji məsləhətverməni “ilkin psixoterapiya”, V.Y.Menovşikov isə “psixologiyanın başlanğıc mərhələsi” kimi xarakterizə etmişlər. Onlar psixoloq-məsləhətçini müştəri ilə psixoterapevt arasında vasitəçi adlandırırlar. Məsləhətvermə prosesində psixoloq bir qayda olaraq müştəriyə düşdüyü çətin vəziyyətdən çıxmaq yollarını göstərir, şəxsi həyat problemlərinin həllində istiqamət verir, onun psixi qüvvələrini və qabiliyyətlərini aktuallaşdırmaqda, problemin həlli üçün yeni imkanların tapılmasına kömək göstərir.
Konsultativ təcrübədə daha çox söhbət metodundan istifadə olunur. Müştəri ilə aparılan söhbətin diaqnostik və psixoterapevtik olmaqla iki əsas növü fərqləndirilir. Söhbətin diaqnostik vəzifəsi müştəri haqqında zəruri informasiyanın toplanması, problemi doğuran situasiyanın təhlilindən ibarətdir. Bu zaman məsləhətçi-psixoloq işə problemi doğuran səbəbləri və onların mənbələrini araşdırmaqdan başlayır.
Söhbətin terapevtik vəzifəsi psixoloji yardımın xüsusi üsullar və texnika vasitəsilə istifadəsinə əsaslanır. Burada əsas məqsəd müştəriyə psixoloji dəstək göstərmək, onun psixi vəziyyətini optimallaşdırmaq, psixi imkanlarını aktuallaşdırmaqdan ibarətdir.
Psixoloq – məsləhətçinin fəaliyyət sxemini şərti olaraq aşağıdakı kimi göstərmək olar:

Yüklə 27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin