10. Psixoloji konsultasiyanın elmi nəzəri əsasları Psixoloji konsultasiyanın tətbiqi sahələri


Psixoanaliz və ya Z.Freydin psixodinamik nəzəriyyəsi



Yüklə 27 Kb.
səhifə4/7
tarix26.05.2022
ölçüsü27 Kb.
#59649
1   2   3   4   5   6   7
psixokonsultasiya 10 (4)

1. Psixoanaliz və ya Z.Freydin psixodinamik nəzəriyyəsi. (Sonralar Freydin ardıcılları A.Adler, E.Erikson, F.Fromm, K.Xorni, K.Yunq, V.Rayx tərəfindən bu nəzəriyyənin çoxsaylı modifikasiyaları yaradılmışdır).
Psixoanalizin başlıca vəzifəsi insanı idarə edən şüuraltı sahənin öyrənilməsindən, məqsədi isə, müştəriyə öz şüuraltı proseslərini dərk etməkdə, stereotiplərə əsaslanan davranışın formalarından və təfəkkürdən uzaqlaşmaqda kömək etməkdən ibarətdir. Psixoanaliz nəzəriyyəsinin mərkəzi problemlərindən biri də şəxsiyyətə təsir göstərən xarici (sosial) qüvvələrlə daxili (psixi) qüvvələr arasında balansın saxlanılması məsələsidir. Psixoanalizə görə, insanı onun emosional davranışın mexanizmlərini öyrənməklə dərk etmək olar. Psixodinamik nəzəriyyə əsasında öz işini quran psixoloq müsahibə prosesində öz işində sərbəst assosiasiya, gündəlik simvolların və səhvlərin təhlili, müştərinin şüuraltı hisslərinin, yuxugörmələrinin, sıxışdırılma mexanizminə qarşı göstərdiyi müqavinətin təhlili kimi texnikalardan istifadə edir.
2. Biheviorist istiqamət praktik psixoloqun peşəkar fəaliyyətində istinad etdiyi metodikalardan biridir. Bu nəzəriyyə əsasında psixoloji məsləhətvermə xidmətini həyata keçirən psixoloq müştəriyə öz hərəkətləri üzrəində nəzarəti həyata keçirməkdə kömək etmək məqsədini qarşıya qoyur. Klassik biheviorizmin nümayəndələri olan E.Tolmen, K.Xall, C.Uotson və B.Skinner belə hesab edirlər ki, ətraf mühit insanın şəxsiyyətinə təsir göstərir. Psixoloq əməkdaşlıq yolu ilə müştərinin həyat şəraitini dəyişdirmək məqsədilə onun həyatına müdaxilə etməlidir. Biheviorist nəzəriyyə iş metodu kimi aşağıdakıları təklif edir:
1. Müştərinin fəallığını rəğbətləndirməsi (stimullaşdırılması).
2.Davranışın operantlaşdırılması vasitəsilə müştərinin problemlərinin müəyyənləşdirilməsi.
3. Funksional təhlil vasitəsilə problemin mahiyyətinin aydınlaşdırılması (səbəb-nəticə əlaqələrinin aşkar edilməsi).
4. Müştəri üçün sosiaq cəhətdən vacib məqsədlərin (konkret fəaliyyət planının) qurulması. Biheviorial nəzəriyyəyə əsaslanan məsləhətvermə metodikası zamanı dözümlülüyün inkişaf etdirilməsi üçün müxtəlif treninqlərdən, məşqetdirici təmrinlərdən, rollu oyunlardan, müştəridə lazımlı davranışın dəstəklənməsi, çətin situasiyaların irəlicədən proqnozlaşdırılması və s. kimi texnikalardan istifadə olunur.

Yüklə 27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin