Məsələ:26
8 yaşında oğlan stasionara tutma şəklində olan öskürək, təngənəfəslik və fitverici tənəffüs ilə
daxil olub.
Xəstəlik anamnezi: 3 gün bundan əvvəl xəstələnib, hərarət 38 C, zökəm, asqırma, tutma şəklində
davamlı öskürək.
Həyat anamnezi: 1-ci hamiləlikdən, fəsadsız, çəki 3250 qr, boyu 50 sm, 4 aydan süni
qidalanmada. 6 aydan atopik dermatit. 2 yaşdan tez tez KRVİ hərarət ilə, davamlı öskürək,
ağciyərlərdə quru və yaş xırıltılar. Bir neçə dəfə Rg müayinə zamanı pnevmoniya təsdiq
olunmayıb. 3 yaşda ilk dəfə boğulma oldu gecə vaxtı, KRVi 5-ci günü, salbutamol inqalyasiyası
ilə keçdi. Sonralar belə tutmalar KRVİ zamanı (təxminən 2 aydan bir) olurdu: axşam və gecə
yaranırdı və salbutamol inqalyasiyası ilə keçirdi.
İrsiyyət: anada pollinoz, ata tərəfdən xroniki xəstəlik aşkar olunmayıb.
Baxış zamanı: Hərarət yoxdur, quru öskürək, əsnəyi təmiz. Tənəffüs fitvericidir, tənəffüs vermə
uzanıb, 34 /1 dəq. Döş qəfəsi emfizematoz, perkussiya zamanı qutuya bənzər səs, hər iki tərəfdən
quru fitverici xırıltılar. Ürək tonları karlaşıb, 88/1 dəq. Dərisi quru, dirsək büküşlərində qaşınma
nəticəsində yaranan dırnaq izləri, lixenifikasiya. Qarın yumşaq, ağrısız.
QÜA: Hb 120 q/l, er. 4,6 x 10
12
/L, Leyk. 4,8 x 10
9
/L, çubuq 3 %, neyt.51 %, limf.28 %,
eoz.10%, mon. 8 %, EÇS 5 mm/s.
Dostları ilə paylaş: |