11 yaşlı oğlan uşağı kəskin xəstələnib: bədən temperaturunun 38°C qədər qalxması, sağ tərəfdə



Yüklə 461,04 Kb.
Pdf görüntüsü
səhifə18/69
tarix30.12.2021
ölçüsü461,04 Kb.
#49366
1   ...   14   15   16   17   18   19   20   21   ...   69
Klinik mesele

 

Məsələ:17 

3 aylıq oğlan uşağı valideynləri tərəfindən xəstəxanaya gətirilib. Uşaqda narahatçılıq, qidadan 

imtina, qusma, duru nəcis ifrazı müşahidə edilir. 

Anamnesis morbi: uşaq 2 həftəliyindən profilaktik məqsədlə vitamin D qəbul edir – gündə 1 

damcı yağlı məhlulu (Videxol), 2 aylığından isə - 5 damcıdan vitamin D. Anamnesis vitae: uşaq 

ağırlaşmış hestozla keçən hamiləlikdəndir. Doğuş hestasiyasının 36-cı həftəsi, Apqar cədvəli ilə 

qiymətləndirmə 6/7 bal. Doğulduqda çəkisi 2500 qr, uzunluğu 46 sm, 2 aylığından “Malyutka” 

və “Aquşa” ilə qidalanır. 

Baxış zamanı: uşağın vəziyyəti ağırdır, sopor vəziyyətindədir. Dərisi solğun “mərmərşəkilli”dir , 

“ağ ləkə” simptomu nəzərə çarpır. Dəri və selikli qişaları qurudur. Dərialtı piy qatı nazik, toxuma 

turqoru aşağı, əzələ hipotoniyası kəskindir. Ağ ciyərlərdə tənəffüs sərt, xırıltı yoxdur. TS 1 dəq 

36. Ürək tonları karlaşmış, taxikardiya var. ÜVS 170 vurğu/dəq. AT 140/90 mm.c.süt. Qarın 

yumşaq, ağrısız. Qaraciyər qabırğa qövsündən 3 sm kənara çıxır. Dalaq əllənmir. Nəcis duru, 

diurez azalıb. Daxil olarkən çəkisi 3500 q.   

 

Suallar: 

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır? 

2. Klinik diaqnoz nədir? 

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin. 



Cavablar: 

1. Qanda Ca, P,D vitamininin təyini, sidikdə Ca təyini. 




2. Kəskin D hipervitaminozu, kəskinləşmə mərhələsi. (Məncə bunu diaqnoza daxil etmək lazım 

deyil). 


3. Uşaq xəstəxanaya yerləşdirilməlidir, D vitamininin qəbulu dayandırılmalıdır, infuzion 

dezintokasion müalicə. A və E vitaminləri, ağır hallarda qlukokortikoidlər təyin olunur. 

4. Profilaktik məqsədlə uşağa 2500 BV D vitamini təyin olunmuşdur. Əlavə olaraq uşaq 

malyutka qəbul edir, bu da əlavə olaraq təxminən 500 BV-dir Vitamin D-nin profilaktik dozası 

gündə 500 BV-dir.  


Yüklə 461,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin