Məsələ:3
13 yaşlı xəstə stasionara 39,2 C temperatur, aşıq-baldır və il-bilək oynaqlarında şişkinlik, ağrı
şikayətlərilə qəbul olunmuşdur. Uşaq 3 həftə qabaq angina keçirmişdir.
Obyektiv olaraq vəziyyəti orta ağırdır, ürəyin sərhədləri 1 sm sola genişlənmişdir, tonlar karlaşıb,
zirvədə qısa, incə sistolik küy eşidilir. 3-cü həftənin sonu oynaq sindromu sönmüş, ürək tonları
güclənmiş, zirvədə sol qoltuqaltı sahəyə ötürülən üfürücü sistolik küy eşidilmişdir. ÜDS-100
vurğu/ dəq. AT -105/60 mm.c.süt. Qarın yumşaq, dərin palpasiya olunur, qaraciyər və dalaq
böyüməyib.
Qanın analizi: Hb-110q/l, Er-4,3x1012/l, Leyk-8,2x109/l, ç/n-4%, s-54%, e-3%, l-36%, m-3%,
EÇS-35 mm/saat, seromukoid-1,0, C reaktiv zülal +++.
EKQ: sinus taxikardiyası, elektrik oxunun sola meyli, PQ intervalı 0,17 mm, sol mədəciyin və
sol qulaqcığın yüklənmə əlamətləri, sol mədəcik miokardın subendokardial işemiya əlamətləri.
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin. Müalicədən sonra əlavə tədbirlərə
ehtiyac varmı? Varsa qeyd edin.
Cavablar:
1. EXO ASO(Antistreptolizin O)
2. Kəskin revmatik qızdırma I aktiv faza, poliartrik, endomiakardit, mitral qapağın valvualı UÇ I-
B.
3. Diklofenak 0,05 1 tab. 2 dəfə yeməkdən sonra (2-3 mg/kg), penisilin 500 000 – dəfə/gün v/d,
sonra Bisilinə keçmək, Prednizolon 0,005 (0,7-0,8 mq/kq)- 7.00 -2,5 tab (12,5 mq). 11.00-
1,5 (75 mq) tab, 14.00 -1,5 (7,5 mg) tab., asparkam ½ tab – gündə 3 dəfə, magne B6 – 1 tab
gündə 2 dəfə, askorbin turşusu 0,05 –gündə 3 dəfə.
Məsələ:4
Əvvəlki GDT (difteriya, göyöskürək və tetanusa) və poliomilit peyvəndinə qarşı heç bir
reaksiyası olmayan 6 aylıq qız uşağında 3-cü dəfə profilaktik məqsədlə GDT və inaktivləşmiş
poliomelit peyvəndi vurulmuşdur. Peyvənddən 2 gün sonra ana uşaqda 38
0
C temperatur,
narahatlıq, vaksinasiyanın yeridildiyi yerdə hiperemiya və bərkimənin əmələ gəlməsi şikayətləri
ilə poliklinikaya daxil olmuşdur.
Bu simptomları peyvəndin ağırlaşması kimi qimətləndirən ana həkimi və tibb bacısını
məsuliyyətsizlikdə günahlandırmışdır. Baxış zamanı 37,8
0
C temperatur müşahidə edilmişdir.
Orqan və sistemlərdə patologiya yoxdur. Nəcis sıyığabənzərdir. Peyvənd yeridildiyi yerdə 1 sm
diametrində infiltrat, 3 sm diametrində yumşaq toxumaların hiperemiyası və ödemi müşahidə
edilir.
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
4. Sonrakı peyvəndlərə tibbi əks göstəriş varmı?
5. Əvvəlki 2 peyvənd hansı yaşda aparılmışdır?
6. Bu dəfəki vaksinasiyanı sonuncu hesab etmək olarmı?
Cavablar:
1. Anamnez və klinika diaqnozun qoyulması üçün kifayətdir.
2. GDT peyvəndinin yerildilməsinə qarşı adi vaksinal reaksiya.
3. Müalicəyə ehtiyac yoxdur.
4. Xeyir yoxdur.
5. 2 və 3 ayında aparılmalı idi.
6. Növbəti revaksinasiyalar 18 ayında aparılmalıdır. 6 yaşında DT peyvəndi olunmalıdır.
Dostları ilə paylaş: |