Revmatoid artrit-oynaqların iltihabi xəstəliyi



Yüklə 198,5 Kb.
tarix14.01.2017
ölçüsü198,5 Kb.
#5659
Revmatoid artrit-oynaqların iltihabi xəstəliyi
Klinik əlamətlərinə görə oynaq və qeyri-oynaq formalara bölünür.Birləşdirici toxumanın sistem xəstəliyidir.Xəstəliyin HLA – D4 və DR 4 antigenləri ilə korrelyasiyası mövcuddur.Revmatoidli artritin patogenezində əsas rol Revmatoid faktoruna aiddir.

Revmatoid faktoru orqanizmin öz İgG, İgM və daha gec İgA əkscisimlərinə qarşı yaranan autoəkscisimlərdir. RF-in tapılması (seropozitiv RA) adətən, xəstəliyin ağır gedişinin, tezliklə sümük destruksiyaların olmasının, damar zədələnməsinin göstəricisidir. Bu vaxt RNT, DNT-yə qarşı antinuklear autoəkscisimlər tapılır, bütün sinif İg-lərin miqdarı çoxalır, DİK-in səviyyəsi artır və onlar sinovial səthdə, damar divarında və dəridə çökür. Revmatoid artritində oynaqda baş verən dəyişikliklər sinovial hüceyrələrin patoloji patoloji artması, sümük toxumasına və qığırdağa yayılması ilə əlaqədardır. Oynaq boşluğunda sinovial qişad immunreakivliyin artması meydana çıxır, nəticədə hüceyrələdə dəyişikliklər baş verir. Aktivləşmənin müxtəlif dövrlərində makrofaqlarla və dendrit hüceyrələrlə bağlı olan T-limfositlərin miqdarının artması bunu sübut edir. Rüşeym mərkəzində və ikincili folliklullarında plazmatik hüceyrələrin yığılması baş verir və sinovial qişa sanki aktiv limfa düyünü kimi fəaliyyət göstərir.

Sinovial toxumada meydana çixan əksər hüceyrələr II sinif HLA-DR aəthi antigenlərini ekspressiya edir. Bunlar T- və B- limfositlər, dendritlər, sinovial hüceyrələr və eləcə də makofaqlardır. Hüceyrələrin müxtəlif tərkibi immunoloji aktivliyi daha da artırır.

Belə hesab etmək olar ki, T hüceyrələrin xətti spesifikliyi 3 variant ilə təzahür edir:

-II sinif MHC molekulları ilə

- B- hüceyrələrin idiotipləri ilə

- Epşteyn-Barr virusu ilə generasiya edilən səthi antigenləri ilə

Bunun ağırlaşmalarının ən geniş yayılmış forması diz oynaqlarında olan formasıdır.Bu forma daha çox qadınlar arasında rast gəlinir. İkinci ən çox yayılmış forması bud-çanaq oynağında olan formasıdır. Buna da daha çox kişilər arasında rast gəlinir.

Revmatoid artrit xroniki iltihabi xəstəlik olub, əsasən oynaq zədələnmələri ilə müşaiyət olunur. Uzunmüddətli ağrılarla müşaiyət olunur.Bu xəstəlik ilkin dövrlərdə xəstəni o qədər də narahat etmədiyindən ciddi əhəmiyyət vermirlər. Lakin sonradan ağırlaşmaları baş verdikdə təbii olaraq təlaş keçirdilər. Ağırlaşmalar xəstənin əlilliyinə gətirib çıxarır. Bu xəstəliyin əmələ gəlməsində əsas səbəblər sırasında irsi faktor üstünlük təşkil edir. Yəni yaxın qan qohumları arasında, nəsildən –nəsilə ötürülmə hallarına tez-tez rast gəlinir. Digər əsas səbəb toksiki-infeksion formasıdır. Bu səbəb alimlər tərəfindən sübut olunub. Əsasən də virus infeksiyaları bu xəstəliyin ötürülməsinə səbəb olur. Bu viruslar immunoqlobulinlərin sintezini pozmaq qabiliyyətinə malikdir.

Xəstəliyin ilkin və sonrakı əlamətləri

I.Klinik təzahürlər mərhələsi

- Çox erkən: müddəti 6 ay;

- Erkən: 6 - 12 ay;

- Ətraflı:1 il və daha çox

- Gecikmiş: 2 il və sonra

II. Xəstəliyin aktivliyi (DAS28)

0 (remissiya): DAS28<2.6

1 (aşağı): DAS28 2,6 - 3,2;

2 (orta): DAS28 3,2 - 5,1;

3 (yüksək): 5.1< DAS28.

III Instrumental xarakteristikası

-eroziya olması

Rentgenoqrafik dəyişikliklər mərhələsi (1-4)

IV immunoloji xarakteristiksı

-revmatoidli faktor-neqativ və pozitiv

Təbii ki, xəstəlik bir sıra xüsusiyyətlərə malikdir. Gecənin ikinci yarısı, səhərə doğru şiddətli ağrılar müşahidə olunur. Gün ərzində günün ikinci yarısı, axşama doğru ağrılar səngiməyə başlayır. Və ya tamamilə kəsilir. Ən geniş yayılmış əlamətlərdən biri budur ki, səhərlər xəstədə hərəkət məhdudluğu olur. Oynaqlarda hərəkət məhdudluğu hərəkətə başladıqdan 20-30 dəqiqə sonra keçib gedir. Çox az hallarda ağrılar axşama qədər davam edə bilər. Xəstəliyin ilkin dövrlərində xəstənin əsasən kiçik oynqları o cümlədən əl, ayaq falanqaları zədələnir. Böyük falanqaların zədələnməsinə isə xəstəliyin ikinci dövründə, xroniki dövrdə rast gəlinir.

Ürək-damar sistemi: perikardit, Vaskulit, qapaqların qranulomatoz zədələnməsi, ateroskleroz.

Tənəffüs sistemi: Plevrit, interstitial xəstəlik.

Dəri: revmatik düyünlər ,hipotrofiya,qalınlaşma,vaskulit, Livedo Reticularis.

Sinir sistemi:sensor-motor neyropatiya,mononevrit,onurğa mieliti

Göz: quru keratokonyuktivit, episklerit, sklerit, periferik xoralı keratopatiya

Böyrək :amiloidoz, vaskulit, nefrit,

Qan: anemiya, thrombositoz,neytrofilopeniya

Əlilliyə gətirib çıxaran əlamətlər

Oynaqlarda baş verən iltihabi proses uzun müddət davam etdikdə, oynaq qığırdağında qan dövranı olmadığı üçün oynağın qidalanması sinovial mayedə olan qidalandırıcı maddələrin diffuziyası hesabına baş verir. Sinovial mayedə iltihabi proses uzun müddət davam etdikdə oynaq qığırdağının qidalanması pozulur. Nəticədə oynaq qığırdağında degenerativ proses, yəni dağılma prosesi baş verir. Deformasiya prosesi baş verdikdən sonra isə oynaqda artıq hərəkət məhdudluğu əmələ gəlir. Hərəkət tamamilə dayanmaqla nəticələnə bilər. Bu halda əlillik, şikəstlik qaçılmazdır. Deformasiya uzun müddət davam etdikdə Deformasiyaedici osteoartrozlara gətirib çıxara bilər. Deformasiya edici osteoartrozlar əsasən 40-60 yaşlı insanlar arasında baş verir. Qadınlarla kişilər arasında demək olar ki, eyni nisbətdə baş verir. Qadınlar və kişilər arasında bu xəstəliyin dəyişik formaları var. Deformasiyaedici osteoartrozlara bütün oynaqlarda rast gəlmək olar. İnsan sümüklərinin əksəriyyətində oynaq qığırdaqları var. Ən geniş yayılmış forması diz oynaqlarında yayılıb. Bu forma daha çox qadınlar arasında rast gəlinir. İkinci ən çox yayılmış forması bud-çanaq oynağında olan formasıdır. Buna da daha çox kişilər arasında rast gəlinir. Bundan onurğa sütununda da osteoartrozlar vardır. İki formasına rast gəlinir. Fəqərələrarası disklərdə baş verən proses, osteoxondroz şəklində. Və fəqərə oynaqları arasında sinoreal oynaqlarda baş verən deformasion formasına rast gəlirik ki, bu da spondiloartroz şəklində müşahidə olunur. Habelə döş körpücüyü və digər körpücük oynaqlarında rast gəlinən forması da var. Bazu oynağında, mil-bilək oynağında, əl-ayaq barmaqlarının falanqalarında osteoartrozlara rast gəlinir. Az-az hallarda çənə oynağında olan forması da var ki, bu da daha çox qadınlar arasında rast gəlinir. Çox ağrılı bir formadır. Çünki xəstənin danışmaqdan əlavə qidalanma, çeynəmə qabiliyyəti də ağırlaşır.

Ümumiyyətlə 60 yaşdan sonra oynaq qığırdağının degenerasiyası normal fizioloji hal hesab olunur. Lakin belə hallar erkən yaşlı insanlarda, hətta 25 yaşlı şəxslərdə də baş verir. Bu da revmatoid artrit xəstəliyinin cavan yaşlı insanlarda olmasını göstərir. Xəstəlik ümumən geniş yayılıb.
Qanda dövr edən immun komplekslər xəstəliyin patogenezində əsas yer tutur.Bu davamlı artritə damarların və oynaqların destruksiyasına birləşdirici toxumanın və sistem zədələnmələrinə gətirib çıxarır. Antigen rolunu bakteriya , virus və hətta parazitlər oynaya bilər.
Simptomlar: Klinik gedişi: Xəstəlik qalıcı artritlə ( adətən poliartritlə) , erkən və daha çox bilək, falanqa- daraq oynaqların , əllərin proksimal falanqalar arası oynaqları, ayaq darağı , falanqa oynağın prosesə cəlb olunması ilə təzahür edir. Ətrafların istənilən oynağı zədələnə bilər. Səhərlər sərtlik hissi , ağrı, oynaqların şişkinliyi,hipertermiya, simmetriklik xarekterikdir. Xəstəliyin əvvəlində simptomları dalğalı xarakterikini yavaş lakin fasiləsiz proqresivləşməsi , yeni oynaqların prosesə cəlb olunması xarakterikdir. Bəzən revmatoid artriti başlayır və uzun müddət böyük oynaqların ( çox zaman diz) monoartriti şəklində görünür . Xəstəliyin həmçinin kəskin başlanan variantı da mövcuddur, bu zaman oynaqların zədələnməsi yüksək qızdırma və oynaqdan kənar əlamətlərlə (seroizitlər, hepatolineal sindrom , limfadenopatiya) nəzərə çarpır. Xəstəlik deformasiya edici destuktiv xarekterikdir. Əl darağı falanqa , proksimal falanqalar arası , ayaq darağı ayaq falanqası , proksimal falanqalar arası bilək oynaqlarının deformasiyası xarakterikdir. Ayrı oynaqlarda iltihabi fibroz-proliferativ dəyişiklər ola bilər. Oynaqlardan kənar əlamətlər tez-tez rast gəlinmir.Əsasəın xəstəliyin seropozitiv formasında nəzərə çarpan və genalizə olunmuş oyaq sindromda müşahidə olunur. Bu əlamətlərə daha çox dirsəkdə yerləşən dəri altı revmotoid düyünləri mülayim adgeziv plevrit və periakardit limfadenopatik , periferik nevropatiya hissiyatın nadirən hərəkətin pozulması ilə müşaiyət olunan gövdənin distral sinirlərin asimmetrik zədələnməsi dəri damarların vaskuliti və .s aiddir. Daxili üzvlərinin zədələnməsi klinik əlamətləri xəstələrin 10-15%-də amiloidizu inkişaf edir ki, bu zaman əsasən böyrəklər zədələnir. Tədricən artan proteinuriya , nefrotik sindrom , sonralar böyrək çatışmamazlığı inkişaf edir. Oynaqların zədələnməsindən əlavə splenomeqaliya və leykopeniya ilə xarakterizə olunan revmatoid artrit Felgpi sindromu adlanır. Laborator göstəricilər spesifik deyil. Xəstələrin 70-80% qan zərdabında RF aşkar olunur ki, xəstəliyin bu forması seropozitiv adlanır. Başlanğıcda EÇS yüksəlməsi , fibrinogen , CRZ , artması , Hb azalması qeyd olunur.
Rentgenoloji olaraq Revmatid artrit 4 formada ayırd edilir.
I mərhələ - yalnız oynaq ətrafı osteoparoz .
II mərhələ - osteoparoz + oynaq boşluğunun daralması.
III mərhələ - osteoparoz + oynaq boşluğunun daralması + sümük erroziyası
IV mərhələ + osteoparoz + oynaq boşluğunun daralması + sümük erroziyası + oynağın ankilozu
Müalicə: Antibakterial , iltihab əleyhinə kortikosteroidlər və digər farmokoloji preparatları , müalicəvi idman, fizioterapiya təyin olunur.
Yüklə 198,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin