Yosemite Milli Parkı dərin yivli vadiləri və qranit qayalıq zirvələri ilə özünə xas və çox diqqətə çarpan geoloji quruluşları özündə saxlayır. Parkda həmçinin çox sayda şəlalələr, axar sular və sekvoya ağaclarından ibarət meşələr (bəlkə də dünyada hələ də yaşayan ən qədim və ən böyük canlı növü) var. Yosemite parkının geoloji quruluşu qranit qayalıqlar və tarixi qayalıqların qalıqlarından ibarətdir. Təxminən 10 milyon il əvvəl Syerra Nevada çayı əvvəl qabarmış və daha sonra da yana yataraq maili qərb yamaclarını və daha sərt maili şərq yamaclarını meydana gətirmişdir. Bu qabarma nəticəsində dərə və çay yataqlarının dikliyi artmış, bu da dərin və dar dərələrində meydana gəlməsinə səbəb olmuşdur. Təxminən 1 milyon il əvvəl buralarda qar və buzlanma hakim olmuşdur.[1]