13. Turizm məlumatlarının internet şəbəkələrinə verilməsi



Yüklə 25,61 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü25,61 Kb.
#35996
  1   2   3   4   5   6
13, 14, 17, 24, 28


13.Turizm məlumatlarının internet şəbəkələrinə verilməsi

Bu gün kompüter insanlara elm və texnikanın nailiyyəti kimi yox, köməkçi kimi lazımdır. Kompüter öz sahibinə İnternet dünyasma pəncərə açmağa imkan yaradır. İnternetin (Ümumdünya kompüter şəbəkəsi) inkişafı Ümumdünya hörümçək torunun (World Wide Web və ya sadəcə www) yaranmasına gətirib çıxartdı. www - İnternetə qoşulmuş çoxsaylı kompüterləri təmsil edir, bu kompüterlərdə Web - server adlanır. Bu gün İnternet ilk növbədə informasiyanın ötürülməsi və mübadiləsi funksiyalarını yerinə yetirir. Hazırda İnternet turizm məhsulunun ənənəvi satış kanalları ilə real rəqabət aparır. Aviaşirkətlər, otellər, tematik parklar və turizm sənayesinin başqa müəssisələri İnternetdən daha çox istifadə edirlər. İnternet vasitəsilə onlar öz xidmətlərini müştərilərə çatdırırlar. Ümumdünya Turizm Təşkilatının (ÜTT) hesablamalarına görə İnternetdən 2002-ci ildə 413 mln. nəfər istifadə edib. 2003- cü ildə bu rəqəm 750 mln.-dan artıq olmuşdur. 2001-ci ildə İnternet vasitəsilə 634 mlrd. ABŞ dolları məbləğində ticarət əməliyyatları aparılmışdır. 2005-ci il üçün 5 trln. dollarlıq elektron ticarətinin baş tutması gözlənilir. Elektron ticarətində turizm sektorunun payı 2000-ci ildə 15% təşkil edib. Bu göstərici yaxın illərdə 25-30% artacaq.



Son illərdə ölkədə trizmin təbliğatı və informasiya sahəsində ciddi yeniliklər baş verməkdədir. Respublikamızda turizmin inkişafına xidmət edən belə yeniliklərdən biri də «Virtual Turizm Agentliyi»nin yaradılmasıdır. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin dəstəyi ilə «Penki Kontinental Baku» şirkətinin hazırladığı bu layihə, əslində «Travel in Azerbaijan» layihəsinin davamıdır. «Virtual Turizm Agentliyi»nin əsas məqsədi aşağıdakılardu: - xarici turistilərin və turizm agentliklərinin, Azərbaycanın turizm imkanları haqqmda məlumatlandırılması; - turizm xidmətləri barədə informativ baza yaradılması; - mehmanxana servisi üzrə informativ baza yaradılması; - turist yollayışlarının «on-linc» rejimində satışının təşkili; - biletlərin bronlaşdırılması; - Azərbaycanın turizm imkanları haqqında geniş informasiya məkanı yaratmaq və həmçinin «on-line» rejimində öz xidmətlərini təklif etmək üçün yerli turizm infrastrukturuna internet mühitində şərait yaratmaq. Bu sistem dünya standartlarına uyğun yaradılmış və üç dildə (Azərbaycan, ingilis və rus) işləyir. Turizm agentlikləri bu sistemin köməyilə öz turlarını, lazımi məlumat və reklamlarını «on-line» rejimində müstəqil olaraq yerləşdirməklə yanaşı, sifarişlər do qəbul edə bilər
14. Azərbaycanda beynəlxalq mehmanxana şəbəkələrinə daxil olan otellər
Four Seasons”
2012-ci ilin sentyabrında bakıda istifadəyə verilən “Four Seasons Hotel Baku” dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır.

“Four Season Hotel Baku”nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adı verilib. Burada “Segah” adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılıb. Bu zalda xüsusi mərasimlər və digər əlamətdar tədbirlər keçirilir. Oteldə belə mərasimlərin keçirildiyi 390 nəfərlik “Rast” zalı da var. Otelin “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şüştər” otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür avadanlıqla təchiz olunmuş müxtəlif idman zalları yaradılıb. Füsunkar mənzərəli 10 prosedur otağı da qonaqların ixtiyarına verilib. Məşhur “Four Seasons” otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli “Four Seasons Hotel Baku” 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunub. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada müxtəlif zövqlərə uyğun nömrələrlə yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir. Otelin restoranında da qonaqlar üçün hər cür şərait yaradılıb. Burada özəl ziyafətlər üçün “Qarabağ” zalı da fəaliyyət göstərir. “Four Seasons Hotel Baku”nun istifadəyə verilməsi Şərq və Qərb koloritlərini özündə təcəssüm etdirən doğma paytaxtımızın simasına yeni bir elementin daxil olması deməkdir. Mükəmməl memarlıq quruluşu ilə seçilən bu oteldə yaradılan şərait istər istirahət, istərsə də işgüzar görüşlər zamanı qonaqlara “Four Seasons” sayağı qayğını hiss etməyə geniş imkanlar açır.
JW Marriott Absheron
Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən və 2012-ci ilin aprelində istifadəyə verilən beşulduzlu “JW Marriott Absheron” oteli isə dünya şöhrətli “Marriott International” şirkətinin ölkəmizdəki ilk otelidir. Oteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq var. Burada Şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero BarRistorante” restoranları, “Razzmatazz CocktailLounge” barı və “Zest Lifestyle” kafesi fəaliyyət göstərir. Otelin binasının üst üç mərtəbəsini əhatə edən “Abşeron Spa” mərkəzində qonaqlar Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək imkanına malikdirlər. Mərkəzdə altı prosedur otağı, daxili hovuz, buxar otağı və sauna vardır. İşgüzar görüşlər və konfransların keçirilməsi üçün isə oteldə təbii Günəş işığı ilə işıqlandırılan 13 iclas zalı var. Otelin mirvarisi hesab olunan 1208 kvadratmetrlik sütunsuz “Şərq” zalında böyük tədbirlərin, sərgilərin və digər mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. “JW Marriott Absheron” otelinin Bakıda fəaliyyət göstərməsi də Azərbaycanın böyük turizm potensialına malik olmasını və tezliklə respublikamızın dünyanın elit turizm mərkəzlərindən birinə çevriləcəyini bir daha təsdiqləyir.


Fairmont”
“Alov qüllələri”ni yeni yüzillikdə Bakıda həyata keçirilən şəhərsalmanın mühüm tərkib hissəsi və hətta yeni elementlərindən biri hesab edilir. Müasir Bakının simvollarından birinə çevrilən bu qüllələr qlobal urbanizasiya tələblərinə tam cavab verməklə özündə bir neçə kompleksi və xidmət sektorunu birləşdirir. Oteldəki nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılıb. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərir. Yerləşdiyi ərazi və mənzərəsi baxımından nadirliyi ilə fərqlənən “Fairmont Baku” oteli təklif etdiyi xidmətlər baxımından bir çox brendləri üstələyir və ölkəmizin müasir turizm imkanlarını daha da artırır.

Yüklə 25,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin