20. I Pyotrun Şərq siyasətini həyata keçirməsi və ermənilərin bu siyasətdən yararlanmaq cəhdləri
Cənubi Qafqaz, xüsusilə də Azərbaycan özünün zəngin təbii sərvətləri, xammal ehtiyatları, həmçinin mühüm strateji coğrafi mövqeyi ilə hər zaman diqqət mərkəzində idi. Burada Rusiyanın şərq ölkələrinə çıxması üçün vacib olan dəniz limanları da var idi. Azərbaycanın xüsusilə də onun Xəzərsahili vilayətlərinin Osmanlı imperiyası tərəfindən işğal edilməsi Rusiyanın bir sıra şərq ölkələrinə çıxışını bağlaya bilərdi. Rusiya üçün bu, eyni zamanda, onu Səfəvilər dövləti ilə birləşdirən mühüm kommunikasiya xəttindən məhrum edilməsi demək idi.
Xəzər dənizinin qərb sahillərindəki əyalətləri öyrənmək məqsədi ilə I Pyotr öz yaxın adamı polkovnik A.Volinskinin səfir kimi Səfəvilər dövlətinə göndərdi. A.Volınskiyə rəsmi tapşırıq kimi Səfəvi hökuməti ilə ticarət müqaviləsi bağlamaq göstərişi verilmişdi. Rəsmi tapşırıqdan əlavə A.Volınskiyə gizli təlimat da təqdim olunmuşdu. Təlimatda səfirə Səfəvi dövlətinin Xəzərsahili vilayətlərinin ərazisini, ordunun irəliləməsi üçün karvan yollarını, səfəvi ordusunun, qalaların vəziyyətini və s. dərindən öyrənmək həvalə edilmişdi. Hərtərəfli hərbi-diplomatik hazırlıqdan sonra I Pyotr Səfəvilər dövlətinin Xəzərsahili vilayətlərini işğal etmək planını reallaşdırmaq üçün donanma və ordu hissələrinin yürüşə hazırlaşmasına göstəriş verdi.
Bundan əlavə, A.Volınski Kartli çarı VI Vaxtanq və Azərbaycanın erməni əhalisi ilə də danışıqlar apardı. Pyotrun ermənilərlə əlaqələri Xəzər sahilinə yürüşdən çox-çox əvvəllər başlanmışdı. Azərbaycanın Qarabağ bəylərbəyliyində yaşayan ermənilər yaxşı başa düşürdülər ki, Rusiyanın və başqa xristian ölkələrinin yardımı olmadan Azərbaycanın ərazisində öz dövlətlərini yarada bilməyəcəklər. Öz məqsədlərinə çatmaq üçün ermənilər bütün imkanlardan istifadə etməyə çalışırdılar. Erməni tarixçisi P.T.Arutyunyan tamamilə doğru göstərir ki, “1699-cu ildən 1711-ci ilə qədər Israil Orinin (erməni nümayəndəsi-O.Ə.) bütün fəaliyyəti müstəqil və ya Rusiya himayəsi altında yarımmüstəqil erməni dövlətinin yaradılmasına yönəldilmişdi”.
Lakin, Israil Ori vasitəsi ilə XVII əsrin sonunda ermənilərin Avropa dövlətlərinə müraciətləri heç bir nəticə vermədi. Qərbi Avropada nəticəsiz axtarışlardan sonra, 1701-ci ildə Israil Ori və onun katibi Qandzasar monastırının arximandriti Minas Tiqranyans Moskvaya gəldi. Pyotrla əlaqəyə girən erməni nümayəndələri, Zaqafqaziyaya daxil olacaq rus ordusuna, səfəvilərə qarşı mübarizədə böyük saylı erməni qoşunu ilə yardım etmək vədini verdilər. Qeyd etmək lazımdır ki, öz məqsədlərinə çatmaq üçün, ermənilərin nümayəndəsi Minas Tiqranyans hətta bir neçə dəfə öz dini etiqadını dəyişməli olmuşdu.
I Pyotr gürcü və ermənilərin nümayəndələri ilə yazışmaları zamanı onları Səfəvi hakimiyyəti altından azad etməyə, Kartli çarı VI Vaxtanqa isə osmanlılar tərəfindən işğal edilmiş gürcü torpaqlarını qaytarmaq vədini verirdi. Gürcü və erməni nümayəndələri isə öz növbəsində rus ordusu Səfəvi dövlətinin sərhədlərini keçən kimi Pyotra canlı qüvvə ilə yardım göstərməyə söz verirdilər.
27.
Türklər Malazgird müharibəsindən əvvəl Anadoluda bir çox yerləri fəth etmişdilər. Anadoluda güclü bir Bizans ordusu varkən bu qələbələr türklərin Anadoluda yerləĢmələrinə kifayət qədər təhlükəsizlik təmin edə bilməzdi. Sultan Alparslan 1070-ci ildə Əhlət, Diyarbəkir və Malazgirdi fəth etdikdən sonra Halebi mühasirəyə aldı. Bu vaxt Bizans imperatoru Romanos Diogenes böyük bir ordu ilə Anadoluda irəliləyərək Ərzuruma gəldi. Ordusunun böyüklüyünə güvənən imperator zəfərdən əmin idi. İmperatorun ordusunda çox sayda erməni vardı.
Bizanslılar daha əvvəl erməniləri bu bölgədən çıxarıb Sivasa sürgün etmişdilər. Ancaq indi Sivasa sürgün edilən erməniləri imperator köhnə yerlərinə yerləşdirməyə söz verib onları ordusuna qatmışdı. Erməni komandan Vasil imperatorun əmrinə girmişdi. İmperator Romanos Diogenes Malazgirtdə toplanan Alparslanın ordusunun üzərinə hücum etmədən əvvəl bir erməni birliyini öncü olaraq göndərdi. Bizans öncüləri uduzmaq üzrə ikən dağılaraq Malatiya bölgəsinə qaçdılar.
200 min nəfərlik ordusuna güvənən Romanos Diogenes Alparslanın sülh təklifini rədd etdi. O, 40 min nəfərlik bir türk gücünü əzib keçəcəyini zənn edirdi. Fəqət onun qarşısında duran Alparslandı...
İki ordu 1071-ci il 26 avqust, cümə günü Malazgird ovasında qarşılaşdılar. Bu zaman Bizans ordusunda qalan ermənilər ordunu tərk etdilər. Çünki onlar türklərin sayəsində öz dinlərini qoruya bilmiĢdilər. Mathieunun dediyi kimi, "Türklər Anadolunu Bizansdan aldıqdan sonra ermənilər, həqiqətən, qurtulmuşdular." İndi ermənilər türklərə Malazgird qələbəsində yardım edirdilər. Buna görədir ki, o dövrün xristian yazıçıları erməniləri xristianlığa xəyanətdə ittiham etmişlər. Erməni tarixşünası ermənilərin qorxaqlığını gizlətmək məqsədilə imperatorun "Erməni əsgərlərinə və millətinə səbəbsiz yerə öfkələndiyini" söyləyərək, erməniləri müdafiə etməyə çalışarkən Süryani tarixşünası Mixail: "Ermənilər döyüşdən qorxaraq arxalarına dönüb qaçdılar", - deyərək ermənilərin can qayğısıyla qaçdıqlarını bildirir. Ermənilər Malazgird zəfərindən sonra da türk idarəsi, ədaləti və inam hürriyyətindən kifayət qədər istifadə etmişlər. Bu gün İstanbulda Qriqoryan erməni patriarxxanası ilə bir erməni camaatının varlığı bunu sübut edir.
1095-1096-cı illərdə Suriya üzərindən irəliləyən xaçlı orduları Elbistan və Maraşı işğal edərək ermənilərə çox acı zülmlər etdilər. Xaçlıların zülmlərindən qurtulmaq istəyən ermənilər Səlcuqlu sultanı I Kılıçaslandan yardım istədilər. I Kılıçaslan da ordusu ilə Elbistan və Maraşa hücum edib xaçlıları məğlub etmiş, erməniləri qurtarmışdı. Erməni tarixçisi Mateos Kılıçaslanın ədalətini və ermənilərlə çox yaxşı davrandığını, din fərqini nəzərə almadığını, hər kəsi bərabər tutduğunu bildirdikdən sonra onun vəfatı haqqında: "Kılıçaslanın ölümü xristianlar üçün yas oldu,"- deyir. I Kılıçaslanın bu yüksək və ədalətli idarəsini nəzərə alan Elbistan erməniləri xaçlıları deyil, Səlcuqlu islam idarəsini istəmişdilər. Malatiya süryaniləri də erməni Qabrielin idarəsi yerinə Səlcuqlu idarəsini istəmişdilər. Türklərin insani və ədalətli idarəsinə baxmayaraq ermənilər zaman-zaman türklərə qarşı savaşmaqdan geri durmamışlar.
Ermənilərin ikiüzlülüyü və arxadan vurma siyasətləri hətta monqol istilasının bütün ağırlığı ilə Anadolunun üzərinə çökdüyü zamanlarda da davam etmişdir.
1242-ci ildə monqollar Anadolunun işğalına girişdikləri zaman monqol ordusunda erməni əsgərləri də vardı. Monqol təhlükəsi qarşısında Səlcuqlu dövləti özünə bağlı olan prinsliklərdən yardım istədi. 1243-cü ildə Kilikiya erməni prinsliyinin kiçik bir ordusu Sivasa qədər gəldisə də, döyüşə girmədən geri dönüb qaçdılar. Monqollar Sivası işğal etdikdən sonra Kayserini mühasirəyə aldılar. Şəhər təslim olmadı, çətin döyüşlər getdi. Monqollar geri çəkilmək istərkən erməni Hayk oğlu Hasan gizlicə monqol komandanı ilə anlaşdı. Bu erməninin xainliyi nəticəsində Kayseri monqollar tərəfindən işğal edildi. Monqollar hər yerdə etdikləri kimi, şəhər xalqını və Səlcuqlu əsgərləri qılıncdan keçirdilər. Ermənilər Səlcuqlu dövlətindən üz döndərib monqollara bağlandılar. Səlcuqlulara ödədikləri vergini monqollara ödəməyə başladılar.
Dostları ilə paylaş: |