1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

ŞAHIN LƏŞGƏRGAHINI

TƏRİF

Sonra da aləmin pənahi olan,

Şah ləşgərgahına gedib

çatarsan. Göylərə baş vurur

onun dərbarı,

Buraya baş əymiş İran şahları.

Bura din mülkinə verməkdə rəvac,

Qoyar çox şahların başlarına tac.

Məhəmməd Mahmudun möhrilə yeksər,

Damğalı qul oldu bütün ölkələr.

Yazılmış tacının cəvahirinə:

"Şənin artıq olsun dünyada yenə."

Qazılmış taxtının ağacına da:

"Taleyin əbədi olsun dünyada".

Ayın sə əsinə yazmışdır hə a,

Qəzanın qələmi Müqtəfibillah

O, hindi qılıncla əcəm yurdunu,

Düz yola gətirmiş, yaxşı bil bunu.



HƏMƏDANIN TƏRİFİ

Çatarkən sən şahın ləşgərgahına,

Oradan yol tutub, get Həmədana!

Gözünlə yolları ölçüb bir anlıq,

Söylə ki, bu yerdir əmin-amanlıq,

Kəbə tək qiymət ver onun bağına,

Bənzət Buqubeysi Əlvənd dağına.

Onun dağı-daşı cəvahiratdır,

O, yerə sütundur bir istinaddır.

Yüksələn qəlbini ülkər fəth edir,

Göyləri aşaraq, hələ, yol gedir,

Onun ətəyinə Simurğ düşərək, Orada

bir çox quş gördü özü tək. Hər biri

yüz illik məsafə tutmuş, Sanki bir Qaf




dağı tutmuşdur hər quş, Həmədan

çox yüksək, ali məvadır, Əlvəndi

Simurğə yurddur yuvadır. Dünya

arxasıdır, bil, Həmədanın, Bu yersiz

qüdrəti yoxdur dünyanın. Səkkiz

sərhəd ilə bağlı hər yanı, Onu

becərmişdir göylər bağbanı.

Jənnətdən artıqdır onun neməti,

Onun öküzündə var göy qüvvəti. Bal

kimi şirindir burada sular,

Elində zəfəran əlaməti var,

Onun mətbəxinə girərək, Xızır.

Edir nemətindən halvalar hazır.

Bir az tamaşa et ulduzlara, gəl!

Sanki yer üzündə gəzdirir məşəl.

Torpağı qızıldır, yaqutdur qat qat,

Havası ürəyə bəxş edir həyat.

Əkərsə kəndlisi bu yerdə qanqal,

Zəfəran bitirər torpağı dərhal.

Göylərdən buraya axır durmadan,

Sonsuz nemətilə min-min karivan.

Bir beşik olsa da canlara İraq,

Həmədan gözəl bir gəlindir ancaq

Din bağı olsa da İraq kənarı,

Həmədan olmuşdur məna baharı.

Həmədan şəhrində saldınsa məskən,

Bu şəhər qoynunda qaldınsa, həmən

Taleyin daima üzünə gülər,

Jüt bayram görərsən hər axşam, səhər.

BAĞDADIN TƏRİFİ

Fazillər şəhridir, gözəldir Bağdad,

Oradan görünür, sanki kainat. Bir

dost camalı tək ruh verir cana, Orada

çatarsan hər bir arzuna. Zövq verir o,

vüsal gecələri tək, Ünsiyyət məkanı

bu yerdir gərcək. Közəl xə i olan

əziz katiblər, Yazmışlar: "Görməli

yerdir bu şəhər." Kəramət lövhündə

yazarkən Bağdad, Onu qeyd edərlər

aydın: baği-dad. Həqiqət üzümü



verir hər bustan, Xoşbəxtdir burada

yaşayan insan. Buranı bir cənnət

zənn etmiş Adəm, Gedərkən

tapşırmış mələklərə, həm. Dəclə ona

görə axır buradan, Ki çayda mələklər

yuyunsun hər an.




Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin