JƏMALƏDDİN MOSİLİ İLƏ GÖRÜŞ
VƏ ONUNLA SÖHBƏT
Ey fələk cəlallı, ucalsın şanın
Daha da çox olsun sənin cəlalın! Ey
dünya şöhrətli, sənin nüfuzun,
Yüksəlsin fövqünə ayın, ulduzun.
Özünsən, mən bunu etmişəm yəqin.
Birinci rəqəmi tanrı xə inin.
Parlaq işıq saldın zəmanəyə sən,
Ulduzlar parlayır nurlu kölgəndən.
Xilqətin dörd arxı, görünsən əgər,
Sənə qibtə edər, paxıllıq edər.
Vuran baş düyünü can ilməyinə
Sən oldun, ümidim sənədir yenə. O
biri dünyaya bizi bir zaman,
Özünlə aparan sən olacaqsan.
Oxudum, dinlədi o söz hakimi.
Bəyəndi ürəkdən şerlərimi.
O, sədəf ağzından səpdikcə gövhər
Elə bil, dolurdu dürlə dənizlər.
Həmişə çıxsa da dürlər dənizdən, O
dür dənizləri yaratdı sözdən. Düşən
mirvarilər iki dodaqdan Hər iki
dünyanı bəzərdi, inan! Nurdan
yaranmışdır nitqi, nəfəsi Zəbur
nəğməsidir şirin nəğməsi. Dedi: -
Soruşuram, mənə söylə bir Əslən
haralısan? De, adın nədir? Dedim: -
Tələbəyəm, həm də sözbilən. Şərvan
şəhərində doğulmuşam mən.
Xəlilullah olmuş dövründə atam
Deməli, əslində nəccar oğluyam. Bəla
kahasını gəzdim hər addım, Ağıl
barmağımı sorub yaşadım. Fələklər
paxıllıq edərək mənə, Saldı
günahkarlar cəhənnəminə. Sənin öz
lütfünlə haman cəhənnəm Çiçəkli
behiştə çevrildi o dəm. Mən eşqin
səhrası, qəlbin qibləsi Yoluna üz
qoydum, könlümün səsi Həqqə yaxın
olsun, deyə yetirdim - Qəlbimin
oğlunu qurban gətirdim. Dedi: - Necə
gəlib çıxdın İraqa, Neçin qədəm
qoydun bizim torpağa?
Dedim: - Çox şuluqluq oldu oralar.
Nə bir parça çörək, nə güzaran var...
Füsunkar olsa da təbiəti çox, Lakin
ağır keçir vəziəti çox.
Onun ətrafında olsa da çaylar,
Odlu sinəsində yanar dağlar var.
Gərdişindən onun o gözəl yerlər
Jəhənnəmə dönmüş, indi, sərbəsər.
Şəhərin üstündə vurarkən vulkan,
Uymaz yaşıllığa ağıllı insan. Orada
qəhətlik məni didirdi, İqbalım
İraqa çəkib gətirdi.
Nə xoş ki, İraqa eylədim səfər, Mənə
behişt kimi gəlir bu yerlər, İndi, bir
özün de, şad olmazmı, bəs
Kənandan çıxaraq Misrə çatan kəs?
Sən şaha bildir ki, bu qərib axşam,
Onun dərgahına gəlib çıxmışam.
Məni qəbul etsin, minnət et şaha.
Doğru bir yol göstər sən barigaha!
Möcüzlər yaradan barigahda sən,
Mənim kimisini görməyəcəksən.
Tərifdən yüksəkdə dursa da dərbar,
Mənim tərifimə ehtiyacı var. Əgər
üzük qaşı qiymətlidir, bil, Onun
muma işi düşməmiş deyil. Üzük
qaşındakı tərsə yazılar Bir mum
üzərində düzgün oxunar. Dedi: -
Natamamsan bil ki, hələ, sən Qayıt,
o məqama layiq deyilsən! Mənəm,
mənəm deyib, öymə özünü! Həmişə
müxtəsər söylə sözünü. Jahildir
özünü tərif edənlər.
Çox "bilirəm" demə, bilsən də əgər.
Boş söz insanların abrını tökər. Yalan
şerlər də bağrını sökər. Uzunçuluq,
igid adamların da, Bir dəfə dadına
çatmamış darda. Məntiqsiz, dəlilsiz
yalan danışmaq, Nadan adamların
işidir, ancaq. Kimin şəcərəsi
Adəmdən gəlir, Ona "mənəm,
mənəm" layiq deyildir. Rənglərə
baxaraq, özünü öysən, Xəcalət
çəkərsən Tavus kimi, sən.
Görsə öz əksini, Tuti aynada
Özünü tanıya bilməz dünyada.
Lakin, öz-özünü görməyən zaman,
Daha da həvəslə danışar, inan.
Tərif xoşlasa da, əgər, bizim şah,
O, söz sərrafıdır, yaxşı ol agah.
Fəzilət xələti saralıb, solmaz,
Hər yeniyetməyə o, qismət olmaz.
Çoxu şərbət içər ədalətindən,
Heyif ki, qədrini bilməz hər yetən.
Dəryanın yanında bir damla nədir?
Sən sıfır, şah zəngin bir xəzinədir.
Gəlib, xəzinəni bağlı gördükdə
Yatmış əjdahanı oyatma bir də. Bir
az təvazölə danış sözünü,
Heç döyüb döşünə, öymə özünü!
Az danış, hörmətlə durasan gərək,
Müəllim önündə duran şagird tək.
Hər kim acıdildir, yaxşı bil bunu,
Şahın qapısına qoymazlar onu. Dil
gülünc etməsin, deyə, insanı İnsan
ağzı olmuş dilin zindanı. Bəzən,
dil sıyrılmış qılınca bənzər, Ayıq
ol, başını bədəndən üzər. Çəksən
qılıncını din yolunda çək, Onu çox
bəzəmə, ağac qılınc tək! Jan
cəhənnəminə qapıçıdır dil,
Dilsizlik behiştin açarıdır, bil.
Balıq dilsizliklə tapdı gücünü
Tutdu göy üzündə Balıq bürcünü.
İlan iki dilli olduğu üçün
Jənnətdən qovuldu nifrətlə bir gün.
Janını saxlamaq istəsən, əgər
Dilini özündə saxla bir təhər.
Qayıt, geri qayıt buradan, hökmən,
Get, öz doğulduğun yerdə yaşa sən!
Məktəbdə elm oxu, fənn öyrən, dərs al,
Hər nə oxumusan, bir-bir yada sal.
Əcəmi olduğun yetər, indidən, Get,
otur, bir az da ərəbcə öyrən. Get, oxu,
İraqa gəlmək istəsən, Haçan
püxtələşdin, onda gələrsən. Dedim ki,
mən uzaq yerdən gəlmişəm. Əliboş
qayıdım geri dönərkən?
Buradan nə alım sovqatdır, deyə
Qəhətlik içində qalmış ölkəyə.
Xacədən nə aldın? - deyə qonşular
Sorsalar, cavabım mənim nə olar?
Mən böyük xacənin yanından, əbəs
Əliboş qayıtsam heç yaxşı düşməz.
Dedi ki "Al, durma, qayıt vətənə
Apar bu üzüyü, töhfədir sənə." Bu
üzüyün qaşı, adi qaş deyil, Böyük
qiyməti var, bunu yaxşı bil! Üzüyü
verirəm, lakin sən gərək Onu
qoruyasan göz bəbəyi tək. Bu üzüyün
qaşı bahadır, düzü, Jamın gövhəridir,
Jəmşidin gözü Dünyada, nə qədər
yanındadır bu, Sənə heç bir şeyin
yoxdur qorxusu. Burada yazılmış
müqəddəs adlar, Həm də mayasında
şəfa sehri var. Bu möhür zidd olmuş
nəhs əhrimənə, Jəmşiddən yadigar
qalmışdır mənə. Şirvanda qəhətlik
güclənsə, əgər, O bəladan səni, bu
xilas edər. Belə bir dövlətə nail
olarkən, Çalış bu dövləti vermə
əlindən! Bu üzüklə Jəmşid
"comərdəm" deyə Padişahlıq etdi
yeddi ölkəyə. Hakim olmasan da,
ömrün uzunu Barı, şərəfləndir
ölkəndə bunu, Əlində hər zaman olar
bir meyar Şərbəti, zəhəri sənə tanıdar.
Yəqin çox olacaq gəlib istəyən, Sən
də acığına onların, qəsdən - Üzüyün
üstünə bu sözləri yaz: "Kimsəyə
satılmaz və bağışlanmaz!" Qorxuram
əlinə üzük keçəndə, Bilməyəsən
onun qədrini sən də! Deyib,
üzüyünü verəndə mənə, Önündə
üzük tək əyildim yenə. Janına dualar
etməklə, həmən Təşəkkür söylədim,
yüz yol ürəkdən. Onun
qulluğundan, öpərək yeri, Sədi-əkbər
kimi qayıtdım geri, Gördüm ki,
taleyim sevindi haqdan. Sevinclə,
fərəhlə döndüm İraqdan.
Keçdim Kuhistanın sərhədlərini, Yenə
də Şərvanın gördüm şərini. Gördüm
ki, əyanlar tapdıqca fürsət, Mənim
üzüyümdən açırlar söhbət. Danışır
üzükdən, görən, görməyən, Əfsunlu,
tilsimli möcüzlərindən. Nəhayət,
şöhrəti çatdı hər yana, Yetişdi bu
xəbər böyük xaqana. O, qasid
göndərib, dərhal, yanıma. Qara-qorxu
saldı mənim canıma. Gəlib,
hüzuruma, dil tökdü bubbu Dedi ki,
xaqanın öz hökmüdür bu - "Get, ona
söylə ki, tapşırdı şahım Sənə bəs
deyilmi, razı qalmağım? Bu özü bir
töhfə deyilmi, məgər. Şahanə üzüyü
xaqana göndər! O üzük hər canın
mayəsidir, bil! Göndər, dustaqlığa,
heç, layiq deyil! Barmaqların ona
yaraşır məgər? Sənə, qurşun üzük
kifayət edər. Jəmşid üzüyünü etmə
oyuncaq, O sənin başına bəladır,
ancaq." Dedim: - Ədalətli sayırlar
şahı, Lakin az deyilmiş zülmü,
günahı. Ədalət axtaran olarmış şahlar,
Zülmkar olarsa bir şah az yaşar. Ədlin
mühəndisi qurmasaydı, bəs Qərar
tutardımı, bu mavi günbəz? Ədalət
suyundan içməsə torpaq, Qoyarmı
qızıl gül qızıldan papaq?! Ədalət
olmasa, hər qış çıxandan Sonra bahar
gəlməz, batar bağ-bostan. Yerlə göy
hərəsi, bax, bir yandadır - Onlar
ədalətlə bir mizandadır. Çəməndə
güllərin can damarından, Ədlin
nəştəriylə dikan alır qan. Dedi: - Gəl,
üzüyü, onda, sat mənə! Əvəzində
şəhər bəxş edim sənə. Dedim ki,
dünyada nə qədər varam, Mənə
hədiyyədir, bunu satmaram.
Dünyanın kimyası verilsə mənə, Bunu
bir kimsəyə satmaram yenə, Taxıb
barmağıma gəzəndə hərdən Sanki aya
qədər ucalıram mən.
Xızrın gördüyü o dərin dəryalar,
Üzük qaşımın bir damlası olar. Mən
dırnaq tutarkən, onu fələklər,
Göyləri dolaşan hilal zənn edər.
Günəş paxıllıqdan edərək, təlaş,
Deyirdi: - "Bu üzük qütb olaydı, kaş!"
* * *
Üzüm saralanda, qəlbim sınanda,
Mən qüvvət alardım ondan bir anda,
Bəzən də eyb tək gizli tutardım,
Gahi qoynumdakı cibə atardım.
Gəzdirər, bir sir tək üstünü örtər,
Gizlin saxlayardım onu bir təhər.
Alçaq adamların qorxusundan mən
Evin bir küncündə gizlərdim, bəzən.
Uzaqda olsaydım üzük qaşından,
Bir ağrı qalxardı, sanki, başımdan.
Ağıl sərhəddini keçərək şeytan,
Xəyal tək beynimdə dolanan zaman,
Qəzəb Tuğan şaha tərəf çəkərdi,
Tamah Təkin şaha tərəf çəkərdi. Biri
deyərdi: gəl, mərd adamların
Yanında böyükdür sənin vüqarın. O
biri deyərdi: namusu, arı
Atıb da tərif et hökmdarları.
Mənsə, bu döşəmə üstə oturdum,
Nə irəli getdim, nə geri durdum.
Lakin möhtac qalıb çörəyə bəzən,
Öpdüm hər alçağın süfrəsini, mən.
Gah zəngin məclisdə çox utanmışam,
Qızıl tək torpaqda ayaqlanmışam. Gah
azca şad oldum... Düşdüm bəlaya,
Maral tək yem oldum bir əjdahaya.
Gah səhər çağında məni bədnamlar
Jam kimi tez alıb, tez qaytardılar.
Şadlıq məclisinin bir adəti var; Jamı
dolu alıb, boş qaytararlar. Mənim
könül camım sınmamış hələ, Heyif,
çox gəzəcək o, əldən-ələ. Sən
cami-Jəmşidsən, bu halət nədir? Adi
bir cam olmaq ar deyilmidir?
Daldım təfəkkürə yenə bir gecə,
Xəyalat yurdunu gəzirkən təkcə.
Ağlım qulağımdan yapışdı birdən,
Vəhdət aləminə götürdü yerdən.
Mən ağır, o isə cəld iş görəndi, Mən
bir kor, o mənə yol göstərəndi. Bir
əlimlə tutdum ağlın yaxasın, O biri
əlimlə şərin əsasın.
Onların köməyi çox oldu, əlbət,
Doğru yola düşdüm gəlib, nəhayət.
Bir nazik mil çəkdi gözümə, bu an,
Gözümdən qara su çəkildi, haman.
Yeddi qat gözümdə tez işıqlandı,
Doqquz qat, elə bil, alışdı yandı.
Gözümü dünyaya açarkən, səhər
Al-əlvan don geymiş gördüm üfüqlər.
Bir səhər nəfəsi, bir aşiq ahı,
Duydum, seyr edəndə gülən sabahı.
Gördüm bir ağ çadır qalxdı göylərə
Onun al ipləri sallandı yerə.
Bir qızartı tutdu göyləri bütün,
Ay da üzüyünə bənzədi sübhün.
Füsunkar bir lövhə yaratdı səhər,
Bürüdü ətrafı müxtəlif səslər.
Açılan səhəri - bu ülviyyəti
Seyr ilə fəth etdim əbədiyyəti. Qırx
səhərdə nələr görmüşsə Adəm, Tək
bircə səhərdə gördüm mən o dəm,
* * *
Səhərin bayrağı yüksələn zaman,
Birdən daxil oldu Xızr qapımdan.
Boynunda var idi onun həmail,
Yox, dörd kitab idi, Həmail deyil;
Müqəddəs bir xəyal gəzdi başımda,
Fəzilət heykəli durdu qarşımda...
Onun bir əlində əsa oynardı,
O biri əlində bir kuzə vardı.
Tünd yaşıl rəng idi əlində əsa,
Kuzəsi doluydu abi-həyatla.
Doğruluq yolunda yola düşüb o,
Neçə bəlalardan tez ötüşüb o.
Ətri, Çin ətri tək könül açandı,
Ağılda, kamalda kamil insandı. O,
elm aləmində, bilin, təkdi, tək,
Bilikdə dolmuşdu o, hind qozu tək.
Gözəl xasiyyəti, hər şirin sözü Dadlı
meyvədən də şirindi, düzü. Qəlbim
uçulurdu, əzab çəkərək, Xəzinə
üstünə çökmüş divar tək, O məni
tamahkar gördüyü zaman, Bunu bir
uşaqlıq sandı, çox güman, O, tamah
hissini boğub, öldürdü, Sanki,
təmizlədi alaqdan gülü. Sikkəni
götürdü pulun üzündən, Gördüm o
saf, təmiz gümüşünü mən. Təzimlə
diz çökdüm o böyük dağa, Onun
qarşısında düşdüm torpağa. Məni
görən kimi, üzü qönçə tək, Açıldı,
hörmətlə dönüb, gülərək, Söhbətə
başladı; yarım hilali - Açılar-açılmaz
mən oldum hali O yarım hilalı
şölələnərkən,
Bir günəş doğurdu hər bir sözündən.
Günəşi andıran parlaq sədəflə, Otuz
iki ulduz parladı səflə.
Mehriban oturdu o, gövhər kimi -
Söz açdı, görüşə gələnlər kimi, O
gördü bir çöpə dönmüş bədənim,
Qəlbim yaralıdır, yorğundur mənim.
Ağrımı, dərdimi kökündən ovdu,
Qaldırıb dərdin öz başına qoydu.
Sözləri gülab tək, hind kafuru tək,
Başıma, üzümə səpələnərək, O
gülab, o kafur, keçmədi bir an,
Bütün ağrıları aldı canımdan. Bu
hörmətə əvəz düşündüm, ancaq,
Mən ona nə verim, töhfə olaraq?
Dilləndi qeybdən ağlımın səsi,
"Xızrın odlu sözü, isti nəfəsi
Şəfa verdi, dərhal sən gəldin cana,
Xacənin üzüyü layiqdir ona" -
Deyərkən, üzüyü gətirdim həmən,
Öpüb, qarşısına qoydum onun mən.
Qiymətli peşkəşi süzüb diqqətlə,
Ona heyran qalıb, dedi heyrətlə: -
Jamin bu möcüzü sənin əlinə
Haradan keçmişdir, agah etsənə!
Dedim ki, İraqa yolum düşərkən,
Böyük xacə ilə tanış oldum mən.
Doğru yol göstərdi, ülfət bağladı,
Bu üzüyü mənə o, bağışladı
Xızr da səxavət əlini açdı.
Bir üzük çıxardı ki, şölə saçdı...
Onu üzüyümün qoydu üstünə,
Birlikdə özümə qaytardı yenə.
Dedi: - Sağ əlinə tax bunu, ancaq
O birini isə, sol əlinə tax!
İnan ki, qoruyar səni hər zaman
Bunun biri sağdan, digəri soldan!
Ona çox təşəkkür edib dedim mən.
Azmış yolçulara düz yol göstərən,
Hikmət dünyasının sən açarısan,
İsmət dünyasının xəznədarısan, Nicat
verir nurun, gündə min kərə,
Qaranlıq yollara düşən kəslərə. Uca
Qaf dağını məskən etmişkən, Bu
alçaq yerlərə, necə endin sən? Səbəb
nə olmuş ki, min bir zəhmətlə Məni
yoxlamağa gəlmişsən belə? Xızr
cavab verdi, dedi: - Mən, dünən,
Sərin yaylaqlarda yalnız gəzərkən,
Dağlar arasında yurd salmış olan Bir
tayfa gördüm, çox fazil, mehriban.
Keçdi məclisimiz, şirin, səmimi, O
tayfanın əhli sənin, tük kimi Çox incə,
çox zərif şerlərindən
Ləzzət alırdılar, gördüm onu mən.
Şeri həyəcanla oxuyub onlar,
Böyük maraq ilə soruşurdular: -
Görən, haralıdır bu söz ustadı?
Necədir elində şöhrəti, adı?
Dedim: - Şirvanlıdır, şanı hər yana
Yayılmış, Xaqani deyirlər ona!
Sözün sərrafıdır, bir dahidir o,
Biliyin atəşin məddahıdır o. -
Mən sənin haqqında çox dedim... Qərəz.
Ağıllı adamlar dedilər ki, bəs
Belə məharətli, dərin alimi,
Bunca alçaq tutmaq, ayıb deyilmi?
Belə bir ustadın o, kor xəbislər
Qədrü qiymətini bilərmi məgər?
Mənə üz tutaraq, dedilər belə:
- Ey Xızr, get, ona nəsihət elə!
Yar ol sənətkara ömrü uzunu,
Xatadan, bəladan hifz elə onu.
Onların səmimi ilticasına
Biganə qalmadım, gəldim yanına! İndi,
sözlərimi yaxşı dinlə, həm Xatirində
saxla, bunları möhkəm. Hər sözüm
qızıldır, gövhərdir, sən də Bunları gəl
hifz et, can xəzinəndə. Qızıldan aləmə
pay vermək üçün, Xəzinəmdən bollu
pay götür bu gün. Qulağında yaxşı
saxla, sən bunu, Gəl, topla başına, indi,
huşunu! Hər sözümdür mənim min
gövhər kanı, Kəl topla, onunla sevindir
canı! Eyb etməz sən bu gün şabaş yığan
ol, Bu şabaşı sabah səp yola bol-bol!
Hər yerdə gözəllər sənə yar olar, Bu cür
şabaşından pay alar onlar. Qoru
hurilərin ismətini sən,
Əyri adamlardan, yol kəsənlərdən.
Sən, sözün qədrini bilməyəndən
qaç, Gəlinin üzünü sevənlərə aç.
Mühüm nəsihətim budur ki, zaman
Sənin pusqundadır, unutma bir an.
Fikir ver, sənə bir nəsihətim var:
Etibarsız olur bal rəngli, ruzkar;
Durma kölgəsində ikirənglinin -
Olma heç fələyin felinə əmin,
Baxma, nə rənginə, nə də iyinə
Axşamın, səhərin gözəlliyinə.
Kişinin bəzəyi silahdır, inan,
Arvadın bəzəyi, ənliklə kirşan!
Dünyanın ömrünü bilənlər kimdir?
Onun dövrü qədim, sirri qədimdir.
Yeddi min ildirsə yaşı Adəmin, Bir
günlük görünsün gözündə sənin!
Belə nəsihətlər verdikcə mənə
Döndü rəngim sarı qızıl, rənginə.
Narınci bir niqab örtdü üzümü,
Yenidən toxtatdım, bir az özümü.
Fürsəti qənimət bilib, bu zaman
Utana-utana soruşdum ondan:
- Ey fələk sifətli, mənə söylə bir,
Deyirsən bu dünya min bir rənglidir.
Dünya həm ucadır, həm də ki, alçaq
Bu dünya nə zaman, de, məhv olacaq?
De, nə vaxta qədər yazıq insanlar
Ümidlə, qorxuyla yaşayacaqlar?
Bu odlu körpüdən keçmək olarmı?
Yoxsa ki, odlarda yanacaq hamı? Ağıl,
huş ki, uçur: "Nur alım"-deyə Yol tapa
bilərmi yeddi tağ göyə? Beş hiss, altı
cəhət tilsim torundan, Qurtulmaq
mümkünmü bizlərə, bir an? Qaşımız
üstündə bu yüksək çətir Gömgöy, əyri
tağlı bu səhnə nədir? Bu çevrə nə
zaman bir qərar tapar? Bu nöqtə nə
cürə yerindən qopar? Necədir o yanı,
xə üstüvanın?
Kimdir sakinləri, bəs, o
dünyanın? Qəribə olmazmı
xə üstüvadan - Bizə tərəf olan
yerdə yaşayan,
Janlılar, sonradan bir zaman əgər,
O biri tərəfi məskən etsələr?
Dörd ana, doğrudan, qəribədir bu, Nə
üçün görəsən üç inci doğdu?! Hər zaman
sürətlə dövr edən aləm, Nə üçün gah
bərkdir, gah boşdur, bilməm? Dalbadal
suallar verdim mən ona Suallar gəlmədi
əsla xoşuna.
Dedi: - Mən görürəm səni nə qədər,
Yoldan çıxarmışdır kor əhrimənlər.
Arifə xas deyil heç bu suallar.
Bunların məğzində müxalifət var.
Belə suallardan ətalət yağır,
İxtilaf düz yolun tikanlarıdır.
Bu sayaq zərərli sözlərdən inan
Büdətlər əmələ gəlir hər zaman,
Əvvəl din barədə söhbət açıb sən,
Sonra, can qədimdir dindən, deyirsən.
De, nə vaxta qədər, sən yorulmadan
Çürük fəlsəfədən dəm vuracaqsan?
Əslinə baxanda "fəlsəfə" sözü,
Lap "səfeh" sözünə bənzəyir, düzü.
Ayrı bir mənası olmamış dərin
Quranın, danılmaz bu hədislərin
Önündə, məlum ki, anlayır hər kəs,
Yunan fəlsəfəsi bir çöpə dəyməz. Vaz keç,
bu hədisdən, heç bənd olma, sən! Bir
fülus yaxşıdır min fəlsəfədən. Janını, gəl,
dinə sən tapşır, ancaq, Səni şübhələrdən o
qurtaracaq.
Quran xəzinədir, şair, gərək sən
- Hər sözü alasan bu xəzinədən.
Qurana inandı Məhəmməd,
Osman, Özlərini ona etdilər
qurban.
Quranı bəzədi Osmanın qanı
Din yolunda şəhid etdi o canı.
Şəriətdən kənar elm yoxdur, bil,
Varsa qara xaldır, heç bilik deyil.
Qara xalı üzə çıxarma, hərdən,
Gizlət ağ xal kimi iman
əhlindən. Sən uçmaq istəsən
Turi-Sinayə
Heç zaman meyl etmə
Puri-Sinayə. Gecikmə bir an da,
qəlbini, həmən Bağla kəlamına
Məhəmmədin sən. Gəl ey Puri-Əli,
üz tut allaha,
Gəl Əbu Əlidən az danış daha.
Gözün doğru yolu seçirkən, hələ
Nə üçün yolundan sapırsan belə?
Dini ayağının altından hər kim
Çəkərsə, tez onu siz dara çəkin!
Kəbəyə üz çevir, boş şeydən əl
çək! Altı üzlü olma, sən, nərd zəri
tək, Köhnə xərabatda hər
yeniyetmə Min zarafat etsə,
dalınca getmə! Hər boşboğazlığa
inanma barı.
Mövhumdur onların danışıqları. Bir
məna kəsb elə, məzmunsuz qalma,
Hübab günbəzi tək içi boş olma!
İkiüzlü olma, başsız, bədənsiz
Dəf kimi, içiboş, üzü tər-təmiz
Şirin busə kimi bir an xoş gələn,
Bəhrəsiz işlərlə məşğul olma sən.
Gəl dinə arxalan, unutma dini,
Böyük sanma yunan Üqlidisini
Dərs olmasın ucuz sözləri sənə,
Aldanma mənasız şəkillərinə.
Sən bülbülə tapşır çox dil tökməyi,
Hörümçəyə tapşır şəkil çəkməyi.
Görmürsən, həndəsə bilən hörümçək
Daima haramla dolansın gərək.
Soruş dindarların etiqadını,
Qədim insanların əhvalatını.
Şəriət başçısı gedən yolla get! Yoldan
çıxanlara, daim nifrət et! Böyüklər pul
kəsər, lakin nə çıxar, Saxsıdan qayırsa
pulu uşaqlar. Sən din gəmisinə minsən
üzərsən. Yeddi cəzirəni tamam
gəzərsən. Torpaq aləmindən, gəl vaz
keç bu gün, Qoy, torpaq başına torpaq
tökülsün... Dünyanı əzəli, sayan varsa,
bil, O, belə, hikmətdən xəbərdar deyil
Piləqurdu kimi bu din bağında,
Açılmaz qanadın əgər, olsa da. Çünki,
ipəkqurdu qanadı ilə
Göylərə yüksələn olmamış, hələ...
Sənin tamah oxun al qana batmış,
Nəmrud tək səni də dünya aldatmış.
Bu solğun üzlüyə qapılma, bir an, -
Bu qoca kaftarın, tez qaç yanından
Sus, elə ki, gördün qışdır zamana,
Bülbül tək, arı tək çəkil bir yana.
Bülbül, bal arısı gəzsə də əgər,
Dağlarda qış vaxtı nə tapa bilər?
Sinəni mətbəx et, öz oduna yan! Öz
cigər qanını özün iç dolan! Öz cigər
ahınla canını odla!
Yandır şəhvətini sən, həmin odla. Sən
belə bir işıq yandırsan, əgər, Günəş
işığından xəcalət çəkər. Qızınmaq
istəsə günəş, bir zaman Gələr pay
almağa sənin odundan. Çalış, dörd
qapını möhkəmcə bağla, Başda üç
mərkəzi yaxşı nizamla, Hələlik, başqa
cür heç mümkün deyil, Toxum səp
sədaqət yerinə hər il. Gəlib tez keçər,
bil, hər zülmün qışı, Üzünə nur səpər
məqsəd günəşi, Ta, bahar fəslinə
gedib çatarsan, Ömür gülüstanın
gülər o zaman...
Dünya dairəsi əyridir bir az,
Əyridən heç düzlük gözləmək
olmaz. Başına əhli-din papağı qoysan
Papaq istəməzsən xaqandan, şahdan,
Papaqsız qalsan da dərd çəkmə, yenə
Papaqsızlıq özü papaqdır sənə.
Papaqsız qalanın hər şeyi vardır. Hər
iki dünyaya o hökmdardır. Başında
şan-şövkət papağı olan Qoy fəxr
eyləməsin onunla, bir an! Şöhrət
papağına yoxdur etibar, Onu itirənlər
olur zəlil, xar,
De, nə vaxta qədər başqasının, sən
Gedib, qapısında baş əyəcəksən?
Gözlə öz nəfsini, öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.
Torpaqdan yarandın, xatırla hər an,
Bil ki, xəlifəyə, dinə bağlısan.
Atəşpərəstə de, sən nə vaxtadək
Salam verəcəksən, təzim edərək?
Peyğəmbər yerində oturub onlar,
Sonra peyğəmbərə asi olurlar.
Xeyir iş oldumu pozurlar müdam,
Yetimin payını yeyirlər tamam.
Hərənin Dəccal tək bircə gözü var
İlan kimi ikidillidir onlar.
Baxırsan hər biri qanadlı quşdur,
Lakin quş olsa da çirkin bayquşdur...
Ey, ağlının Tuğan şahı olan kəs, Özgə
çörəyinə eyləmə həvəs! Getdi o
dövranlar, getdi o dəmlər Ki, Jəmşid
şah idi, div isə nökər. Nə işlər, törədir,
yaxşı bax cahan, Jəmşid qul olmuşdur,
div sə hökmran. Hər kim alçaqlara
eyləsə xidmət, Jəhənnəm suyudur, bil,
ona qismət. Tamahın dalınca gedərsə
hər kəs, Xalqın hörmətini qazana
bilməz. Hər zaman dəyişir hökmü
dövranın, Dünya tuluğudur su
paylayanın, Quruyub yapışar boş
qalsa, əgər, Doldumu, şişərək,
dağılmaq istər. Bəlkə, ruzi tapdım,
deyə, bir qarın, Sən nə vaxta qədər bu
alçaqların
Bərəkətsiz olan süfrələrindən
Çörək qırıntısı düşürəcəksən?
Gedib, hər qapıda olmasan
köpək, Fikrin əyri olmaz it
quyruğu tək, İş adamı deyil naəhl
olanlar,
Onlarda çox çirkin it xisləti var.
Köpək xasiyyətli olduqlarından,
Daşqalaq olunur onlar hər zaman.
İtin boyunbağı, zənciri, inan,
Üstündür onların zərli tacından.
Bu allahsızların qulluğundan qaç!
Haqqın qapısını ehtiramla aç!
Şər dolu qapıdan, uzaqlaş,
daha, Xaqani, get sığın o bir
allaha!
Dostları ilə paylaş: |