15 fevral 2013, 21: 50 Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 170.63 Kb.
səhifə3/3
tarix24.04.2017
ölçüsü170.63 Kb.
1   2   3

Maddə 41. Mühafizə olunan mədəni sərvətlərin siyahısı 

41.1. Mühafizə olunan mədəni sərvətlərin siyahısının aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 


41.2. Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən hər bir mədəni sərvətə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə verilir. 

Maddə 42. Mədəni sərvətlərin ixracı

42.1. Mədəni sərvətlərin ixracının mümkünlüyü müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş mədəni sərvətin mühafizə şəhadətnaməsi ilə müəyyən edilir.


42.2. Sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının

milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisindən aparılması qadağandır. 


42.3. Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı qaydası

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 



Maddə 43. Mədəniyyət sahəsində qadağalar 

43.0. Mədəniyyət sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: 


43.0.1. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və

milli maraqlarına zərər vura biləcək təbliğatın aparılmasına; 


43.0.2. müharibənin, sosial, irqi, milli, dini, təbəqə, nəsil üstünlüyünün təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət

tədbirlərinin keçirilməsinə


43.0.3. zorakılığın, pornoqrafiyanın, narkomaniyanın təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət tədbirlərinin

keçirilməsinə; 


43.0.4. milli mədəni irs nümunələrinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına; 
43.0.5. irqindən, milliyyətindən, dinindən, dilindən, sosial mənşəyindən, qulluq mövqeyindən, əqidəsindən, ictimai birliklərə

mənsubiyyətindən asılı olmayaraq mədəniyyət sahəsində əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına; 


43.0.6. mədəni və təbii irsin tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsinə
43.0.7. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə,

mülkiyyətçisinin və ya istifadəçisinin razılığı olmadan mədəni sərvətlərin nüsxələndirilməsi, habelə onlardan turizm, ekskursiya və reklam məqsədilə istifadə

edilməsinə;
43.0.8. mədəni sərvətlərin sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsinə.
 

9-CU FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNİN MALİYYƏ-İQTİSADİ TƏNZİMLƏNMƏSİ


Maddə 44. Mədəniyyət sahəsinin maliyyə-iqtisadi təminatı 

44.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsinin aşağıdakı maliyyə mənbələri vardır: 


44.1.1. dövlət büdcəsindən ayırmalar; 
44.1.2. yerli büdcədən ayırmalar; 
44.1.3. mədəniyyət sahəsində fəaliyyətdən əldə olunan gəlir; 
44.1.4. digər qanuni maliyyə mənbələri. 
44.2. Mədəniyyət sahəsinin dövlət büdcəsindən maliyyələşdirilməsi mədəni irsin qorunması və inkişafının əsas təminatıdır. Həmin maliyyə təminatı

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 


44.3. Mədəniyyət sahəsinin inkişafı məqsədilə, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun

olaraq vergi güzəştləri tətbiq edilir. 



Maddə 45. Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi 

45.1. Müvafiq icra hakimiyyəti orqanı mədəniyyət müəssisələrinin bərpası, maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının bilik

ə bacarıqlarının artırılması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq layihələrin maliyyələşdirilməsini

həyata keçirir.


45.2. Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı

tərəfindən müəyyən edilir. 


45.3. Mədəniyyət sahəsində ədəbiyyat, incəsənət, dizayn, arxitektura, musiqi, xoreoqrafiya, teatr və sirk, kino, muzey və kitabxana, rəssamlıq

və heykəltəraşlıq, xalq yaradıcılığı, folklor istiqamətlərinin inkişafında və mədəniyyət sahəsində təhsil və elmi araşdırmalar üzrə layihələrin

həyata keçirilməsində dövlət maliyyələşdirilməsi məqsədəuyğun xarakter daşıyır. 

Maddə 46. Mədəniyyət sahəsində xeyriyyəçilik fəaliyyəti 

Mədəniyyət sahəsində xeyriyyəçilik və sponsorluq fəaliyyəti “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında”,

“Televiziya və radio yayımı haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. 

Maddə 47. Mədəniyyət sahəsində özəlləşdirmə məsələləri 

47.1. Dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakının özəlləşdirilməsi qadağandır. Həmin əmlakın

siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
47.2. Bu Qanunun 47.1-ci maddəsində qeyd olunan əmlakın bələdiyyələr tərəfindən özgəninkiləşdirilməsinə yol verilmir.
47.3. Dövlət mədəniyyət müəssisələrinin və onlara məxsus mədəni sərvətlərin, o cümlədən dövlət mülkiyyətində olan kitabxana, klub, arxiv, muzey,

incəsənət fond və arxivlərinə aid mədəniyyət obyektlərinin, tarix və mədəniyyət abidələrinin, mədəniyyət müəssisələrinin yerləşdiyi binaların və

ərazilərin özəlləşdirilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
47.4. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mədəniyyət obyektlərinin özəlləşdirilməsinə

aşağıdakı şərtlərdən birinə riayət olunmaqla, icazə verilir: 


47.4.1. mədəni sərvətlərin bərpası, qorunması və təbliği əsas fəaliyyət kimi müəyyən olunduqda
47.4.2. mədəniyyət məhsullarının istehsalı və ya xidmətlərinin göstərilməsi əsas fəaliyyət kimi müəyyən olunduqda; 
47.4.3. əhaliyə mədəniyyət məhsullarının və xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəştlərlə təqdim olunması əsas

fəaliyyət kimi müəyyən olunduqda. 



Maddə 48. Mədəniyyəti maliyyələşdirmə fondları 

48.1. Mədəniyyət sahəsinin maliyyələşdirilməsinə əlavə vəsaitin cəlb edilməsi məqsədilə mədəniyyəti maliyyələşdirmə fondları müvafiq icra hakimiyyəti

orqanı tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır.
48.2. Bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlə hüquqi və fiziki şəxslər tərəfindən mədəniyyəti maliyyələşdirmə fondları yaradıla bilər. 
48.3. Mədəniyyəti maliyyələşdirmə fondları öz fəaliyyətlərini şəffaflıq, aşkarlıq, bərabərlik və səmərəlilik prinsiplərinə uyğun həyata keçirirlər. 

10-CU FƏSİL
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ


Maddə 49. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq 

49.1. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətidir. 


49.2. Mədəniyyət sahəsində beynəlxalq təşkilatlarla və dövlətlərarası əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun

olaraq həyata keçirilir. 


49.3. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın məqsədi beynəlxalq mədəni sərvətlər bazarında Azərbaycan Respublikasının mövqeyinin

möhkəmlənməsi və genişləndirilməsidir. 


49.4. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq şəxslərin bilik və bacarıqlarının, təcrübə və nailiyyətlərinin beynəlxalq səviyyədə mübadiləsinin

stimullaşdırılması prinsipi əsasında həyata keçirilir. 



Maddə 50. Beynəlxalq əməkdaşlıq sahəsində dövlət mədəniyyət siyasətinin prioritetləri 

50.1. Azərbaycan Respublikası mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini prioritet istiqamət kimi qəbul edir. 


50.2. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır: 
50.2.1. beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə milli mədəniyyətin xarici ölkələrdə təbliği; 
50.2.2. mədəni sərvətlərin birgə istehsalının stimullaşdırılması; 
50.2.3. mədəniyyətlərarası dialoqun dəstəklənməsi
50.2.4. xarici dövlətlərin mədəni irslərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi; 
50.2.5. dünya mədəni irs obyektlərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi; 
50.2.6. yeni texnologiyaların beynəlxalq mübadiləsi; 
50.2.7. ən qabaqcıl təcrübələrin beynəlxalq mübadiləsi; 
50.2.8. beynəlxalq informasiya sistemlərinin tətbiqi. 

Maddə 51. Xarici dövlətlərdə mədəniyyət fəaliyyəti 

51.1. Azərbaycan Respublikası xarici dövlətlərdə Azərbaycan mədəniyyətinin qorunması, təbliği və inkişafı məqsədilə tədbirlərin görülməsini təmin edir. 


51.2. Azərbaycan Respublikası xaricdə yaşayan azərbaycanlılarla mədəni əlaqələr yaradır və inkişaf etdirir, onların mədəniyyət mərkəzlərinin, fondlarının və

mədəniyyət sahəsində digər təsisatlarının məqsədyönlü fəaliyyətinə köməklik göstərir. 


51.3. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən xarici dövlətin ərazisində təsis edilən mədəniyyət

mərkəzləri

öz fəaliyyətini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmamışdırsa, həmin dövlətin qanunvericiliyinə

uyğun olaraq həyata keçirirlər.



Maddə 52. Azərbaycan xalqının xarici dövlətlərdə milli mədəni və təbii irsi 

52.1. Azərbaycan Respublikası Azərbaycan xalqının xarici dövlətlərin ərazisində yerləşən (olan) milli mədəni və təbii irsinin aşkarlanması, bərpası və

qorunması istiqamətində məqsədyönlü siyasət həyata keçirir. 
52.2. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında digər dövlətlərin ərazisində Azərbaycan Respublikasından qeyri-qanuni

yolla çıxarılmış milli mədəni irs

nümunələrinin geri qaytarılmasına dair məqsədyönlü siyasət həyata keçirir.
52.3. Azərbaycan Respublikasının ərazisindən qeyri-qanuni yolla çıxarılmış milli mədəni irs nümunələri yerləşdiyi ölkədən, yerdən, çıxarıldığı vaxtdan və

şəraitdən asılı olmayaraq

Azərbaycan Respublikasına qaytarılmalıdır. 

Maddə 53. Azərbaycan xalqının milli mədəni və təbii irsinin beynəlxalq mühafizəsi

Azərbaycan Respublikası Azərbaycan xalqının milli mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin qarşısını almaq məqsədilə,

tərəfdar çıxdığı beynəlxalq

müqavilələrə uyğun olaraq, beynəlxalq yardımın göstərilməsini və ya beynəlxalq gücləndirilmiş mühafizə statusunun verilməsini tələb edir. 




Maddə 54. Azərbaycan Respublikasına məxsus mədəniyyət təsisatlarına xarici dövlətlər tərəfindən maliyyə vəsaitinin ayrılması

Azərbaycan Respublikasına məxsus mədəniyyət təsisatlarına xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən maliyyə vəsaitinin ayrılması Azərbaycan

Respublikasının tərəfdar çıxdığı

beynəlxalq müqavilələr əsasında həyata keçirilir. 



Maddə 55. Beynəlxalq mədəniyyət təşkilatlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyəti 

Beynəlxalq mədəniyyət təşkilatlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

və bu Qanunla tənzimlənir.

11-Cİ FƏSİL
YEKUN MÜDDƏALAR


Maddə 56. Qanunun pozulmasına görə məsuliyyət 

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun

məsuliyyət daşıyırlar. 

Maddə 57. Keçid müddəalar

Bu Qanun qüvvəyə mindiyi gündən “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 1998-ci il 6 fevral tarixli 430-IQ nömrəli Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il.



  •  

  •  

  •  

  •  

  •  



15 fevral 2013, 21:05

15 fevral 2013, 22:05

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanımore...

AXTAR:

Top of Form


Bottom of Form

Top of Form



                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                

Bottom of Form






1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə