19. Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları


Renessans ( Intibah fəlsəfəsi)



Yüklə 35,41 Kb.
səhifə4/18
tarix30.08.2023
ölçüsü35,41 Kb.
#141073
1   2   3   4   5   6   7   8   9   ...   18
questions and answers

20. Renessans ( Intibah fəlsəfəsi)

Bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində İntibah dövrünün fəlsəfəsi mühüm yer tutur. Bu fəlsəfə feodal ideologiyasına, kilsəyə və sxolastikaya qarşı mübarizədə meydana gəlmişdir. Onun bərqərar olması hər şeydən əvvəl, feodalizm cəmiyyətinin içərisində, kapitalist istehsal münasibətlərinin meydana gəlməsi ilə əlaqədar idi.


İntibah heç də Qərbi Avropa ölkələrinin hamısında eyni zamanda başlanmamışdır. O, birinci növbədə, inkişaf etmiş ölkələrdə meydana gəldi. Onun ilk beşiyi İtaliya olmuşdur.
Məlum olduğu kimi, feodalizm dövründə din hökmran ideologiya idi. İntibah dövründə isə kilsənin, ruhanilərin diktaturası artıq sarsıldı. Ona görə də intibah sözünü sadəcə olaraq Antik mədəniyyətin dirçəlməsi, elmin və fəlsəfənin tərəqqisi kimi başa düşmək düzgün olmaz. İntibah anlayışını eyni zamanda feodalizmə, kilsəyə, zadəganlığa, bütün feodal qaydalarına qarşı çevrilmiş bir proses kimi başa düşmək lazımdır. Dinin və kilsənin diktaturasının sındırılması İntibah dövründə elmin və mədəniyyətin çiçəklənməsinin mühüm şərti kimi çıxış edirdi.
İntibah - qədim dövrün, antiq mədəniyyətin yenidən oyanışı, dirçəlməsi.
İntibah dövrünün fəlsəfəsinin əsas və xarakterik əlamətləri, hər şeydən əvvəl, onun müqəddəs "kitablar müdrikliyi"ndən və sxolastik əllaməçilikdən fərqli olaraq təbiətin özünü öyrənmək və şərh etməkdən, ikincisi, antik dövrün materialist filosoflarının, xüsusilə Demokrit və Epikurun əsərlərini öyrənməkdən, üçüncüsü, təbiətşünaslıqla sıx əlaqədəri, dörduncüsü, insan problemini tədqiq etməkdən ibarət idi.
Intibah dövründə Antik Dövrün mədəni-fəlsəfi irsinə xüsusi əhəmiyyət verilir, onlardan geniş istifadə edilir, onlar daha da inkişaf etdirilirdi. Bununla birlikdə o dövrün fəlsəfi irsinə həm də tənqidi münasibət bəslənilir, dəyişməz hesab edilən həqiqətlərdən imtina olunur, bir sıra doqmatik fikirlər, ehkamlar rədd edilirdi.
İntibah Dövrü bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində irəliyə doğru atılan ciddi bir addım kimi qiymətləndirilməlidir. Əlbəttə, İntibah dövrünü çox ideallaşdırmaq da olmaz. Bu dövrün özünün də bir sıra ziddiyyətləri və çatışmayan cəhətləri olmuşdur. Həmin dövrkü humanizm, birinci növbədə, yüksək təbəqələrin nümayəndələrinin təhsil almaq imkanını nəzərdə tuturdu. İntibah dövrü filosoflarının xidmətini də şişirtmək olmaz. Belə ki, onlar birinci gündən o zaman mütərəqqi fəlsəfi təlim olan averroizmin əleyhinə çıxış edirdilər. Averroizrm Orta Əsr Qərbi Avropa fəlsəfəsində mühüm bir cərəyan idi. Onun yaradıcısı ərəb filosofu İbn Rüşd olmuşdur. O, aləmin əbədiliyini, yaradılmadığını və hər şeyin səbəbiyyət əlaqələri ilə bağlı olduğunu müdafiə edirdi. İbn Rüşd ruha bədənin forması kimi baxırdı, onun ölməzliyi fikrinin əleyhinə çıxırdı.
Bu təlim insanı fəal həyata çağırır, onun özünə olan inamını artırmağa çalışırdı. İntibah humanizmi insana tərəqqi etməyə qadir olan azad və hərtərəfli inkişaf etmiş bir varlıq kimi baxırdı. Bu humanizm bütün İntibah Dövrü mədəniyyətinin əsas məğzini təşkil edirdi. İtaliyada humanizm Dante Aligerinin, Françesko Petrarkanın və s. mütəfəkkirlərin adı ilə bağlı idi.
XV və XVI əsrlərdə İntibah Dövrünün humanist təfəkkürü İtaliya çərçivəsindən kənara çıxaraq, İngiltərə və Niderlandiyada, Almaniya və İsveçrədə, Polşa və Macarıstanda da geniş yayılmışdı. İtaliya ilə yuxarıda adları çəkilən ölkələrin intibahı arasında bir sıra ümumi cəhətlərin olmasına baxmayaraq, onlar bir-birindən fərqlənirdilər. İtaliyanın intibahı daha əsaslı qurulmuşdu, onun predmeti təbiət fəlsəfəsi, çıxış nöqtəsi isə humanistlər tərəfindən bərpa edilmiş platonizm idi.
Alpətrafı Avropa dövlətlərinin intibahında isə məntiq, dövlət fəlsəfəsi böyük rol oynayırdı.
Ən ümumi cəhət ondan ibarət idi ki, hər iki humanizmin nümayəndələri katolisizmin hökmran ideologiyası və fəlsəfəsi ilə toqquşurdu. Bəzi hallarda onlar reformasiya hərəkatı və ideologiyası ilə mübahisələr edirdilər. Bir sıra məsələlərdə onların arasında ixtilaflar da yaranmışdı.
XVI əsrin ortalarında İtaliyada platonçu humanizm məktəbi öz ömrünü başa vurdu və həyatın meydanına fəlsəfənin yeni bir sahəsi - təbiət fəlsəfəsi daxil oldu. O, İntibah dövrü fəlsəfəsinin tipik ifadəsi idi. Onun ən görkəmli nümayəndəsi Cordano Bruno idi. Bu fəlsəfə humanizm fəlsəfəsi və mədəniyyətinin bütün keçmiş inkişafı nəticəsində hazırlanmışdı.
İntibah Dövrünün təbiət fəlsəfəsi Antik Dövrün fəlsəfi irsinə əsaslanırdı. Təbiət fəlsəfəsi nümayəndələrinin əksəriyyəti sxolastikaya, sxolastik aristotelçiliyə qarşı çıxırdılar.
İntibah dövründə təbiət fəlsəfəsi ilə yanaşı, yeni təbiətşünaslıq da inkişaf edirdi. Bu sahədə baş verən kəşflər Yeni dövr fəlsəfəsinin mühüm mənbələrindən birinə çevrilmişdi. Bu dövrün alimləri təcrübəni, təbiətin tədqiqini, eksperimental tədqiqat metodunu ön plana çəkirdilər. Burada riyaziyyat görkəmli yer tutur, elmlərin riyaziləşdirilməsi prinsipi, elmin və fəlsəfi təfəkkürün inkişafının mütərəqqi meyllərinə uyğun gəlirdi. Elmdəki yeni meyllər öz əksini Leonardo da Vinçinin, Nikolay Kopernikin, İohann Keplerin, Qalileo Qalileyin yaradıcılığında tapınışdı
İntibah dövründə panteist fəlsəfənin sistemli şərhini N. Kuzanski vermişdir. O, təbiəti Allahla eyniləşdirərək ona ilihi atributları, ilk növbədə isə məkanda sonsuzluğu aid etmişdir. N. Kuzanski Kainatın sonluluğu haqqında teoloji prinspə qarşı çıxış edərək göstərir ki, Allah "mütləq maksimum" olsa da, dünya, məkan və zaman e'tabarı ilə sonlu, Yer dünyanın mərkəzi, hərəkətsiz ulduz sahələri isə onun hüdudları deyildir.
İntibah dövründə bir sıra sosial təlimlər də meydana gəlmişdir. Bu, feodal dünyasının iqtisadi, siyasi və mədəni həyatında baş vermiş əhəmiyyətli dəyişikliklərlə əlaqədar idi. XVI əsrdə meydana gəlmiş utopik təlimlər, birinci növbədə, ingilis humanisti Tomas Morun (1479-1555) və italyan rahibi Tommazo Kampanellanın (1568- 1639) adı ilə bağlı idi.

Yüklə 35,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin