19. Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları



Yüklə 35,41 Kb.
səhifə1/18
tarix30.08.2023
ölçüsü35,41 Kb.
#141073
  1   2   3   4   5   6   7   8   9   ...   18
questions and answers


19. Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları (patristika,sxolastika,nominalizm,realizm)

Sxolastika (yunanca "schole" – elmi söhbət, məktəb) – dini fəlsəfə tipi. Hərfi mənada "məktəb fəlsəfəsi" deməkdir. Orta əsrlər dövrü üçün xarakterikdir. Sxolastlar xristianlıq dini etiqadını rasionallıqla əsaslandırmağa və sistemləşdirmək niyyətində idilər. Bunun üçün isə onlar antik filosofların ideyalarından istifadə edirdilər. Teologiyaya üstünlük vermək, ehkamçı ilkin şərtləri rasionalist metodika ilə birləşdirmək və formal məntiq problemlərinə maraq sxolastikanın səciyyəvi cəhətləridir. Orta əsrlərdə ən çox Qərbi Avropada inkişaf etmişdir. Sxolastikanın kökləri son antik fəlsəfəsinə, xüsusilə Proklın görüşlərinə gedib çıxır.


Orta əsrlər Avropa fəlsəfəsinin əsas cizgiləri belədir. O, Qərbi Avropada da (mərkəzi Roma olmuşdur), Şərqdə də – Bizansda (mərkəzi Konstantinopol olmuşdur) inkişaf etmişdir. Bütövlükdə orta əsrlərin fəlsəfəsini bir anlayışla teosentrik fəlsəfə kimi ifadə etmək olar. Bu fəlsəfədə dünyagörüşü dini etiqada əsaslanmışdır. Həmin fəlsəfədə mərkəzi yeri – Allah tutmuşdur.
Bu dövrdə fəlsəfə ilahiyyatın xidmətçisinə çevrilmişdir. Qərb ölkələrinin feodal dövlətlərində kilsə dövlətin maddi və mənəvi dayağı hesab edilirdi. Bu dövrdə kilsə ehkamları hər cür təfəkkürün çıxış nöqtəsini və əsasını təşkil edirdi. Hüquqşünaslıq, təbiətşünaslıq, fəlsəfə - bütün bu elmlərin məzmunu kilsə təlimləri ilə uyğunlaşdırılırdı.
Orta əsrlərin əsas fəlsəfi təlimi sxolastika idi. Sxolastik fəlsəfənin nümayəndələri dini dünyagörüşünün nəzəri əsasını yaradırdılar. Yəni katolik kilsəsinə xidmət edirdilər. Dini dünyagörüşü o qədər güclü idi ki, feodalizmə qarşı mübarizə istər-istəməz dini forma daşıyırdı. Bu da təbiidir, çünki bütün xalqların inkişafının məlum mərhələsində bu və ya digər obyektiv səbəblərdən siyasi etirazlara dini don geydirilirdi.
Qərbi Avropa fəlsəfəsinin bərqərar olması İsgəndəriyyəli FilonAvreliy Avqustinin adı ilə bağlıdır. Uzun bir dövrü əhatə edən Orta Əsrlər fəlsəfəsi bilavasitə xristian dini ilə əlaqədar idi. Bu dövrdə yalnız o filosoflar hörmətə layiq görülürdülər ki, onlar xristianlığın tərəfdarları olsunlar. Bu mənada Orta əsrlər fəlsəfəsi istər Antik dövrün, istərsə də İntibah dövrünün fəlsəfəsindən əsaslı surətdə fərqlənirdi.

Yüklə 35,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin