19. Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları



Yüklə 35,41 Kb.
səhifə5/18
tarix30.08.2023
ölçüsü35,41 Kb.
#141073
1   2   3   4   5   6   7   8   9   ...   18
questions and answers

Tomas Mor "Utopiya adası..." adlı əsərində İngiltərədəki ictimai quruluşun tənqidini vermiş və yeni həyatın cizgilərini təsvir etmişdir. Tomas Mor həyatda mövcud olan ədalətsizliklərin səbəbini xüsusi mülkiyyətdə görürdü. O belə hesab edirdi ki, ideal cəmiyyət qurmaq üçün ictimai mülkiyyətə, yüksək səviyyədə təşkil edilmiş istehsala, dövlətin ağıllı idarə edilməsinə nail olmaq lazımdır. Yeni cəmiyyət insanların xoşbəxt və bərabər yaşamalarının təminatçısı olmalıdır. Hər bir adam işləməli, sözün əsl mənasında insani hüquqlara malik olmalıdır. Utopik sosializmin banilərindən biri kimi tanınmış Tomas Mor XV əsrin axırında sosializm haqqında mühüm tədqiqatların müəlliflərindən biridir. Əlbəttə, o öz təlimini utopiya hesab etmir və belə düşünürdü ki, yüksək səviyyəli hökmdarın köməkliyi ilə belə ideal cəmiyyət yaratmaq olar. Lakin onun təliminin utopiya olduğu şübhə doğurmur.
Fəlsəfi fikrin inkişafı tarixinə İntibah Dövrü fəlsəfəsinin böyük təsiri olmuşdur. İntibah humanizmi özünün sxolastikaya, asketizmə qarşı apardığı mübarizə ilə, o zamankı cəmiyyətin inkişafında mütərəqqi rol oynamışdır. İntibah Dövrünün fəlsəfəsi elmlə əlaqəni möhkəmləndirir, qədim Antik fəlsəfəni sxolastik deformasiyalardan təmizləyir, onun müsbət cəhətlərindən bacarıqla istifadə edərək dünya fəlsəfi fikrini daha da zənginləşdirirdi. İntibah Dövrü fəlsəfəsinin əsas cəhəti onun dünyəvi xarakterə malik olmasında idi. Əgər Orta Əsrlər fəlsəfəsinin predmeti ilahiyyat idisə, İntibah Dövründə birinci yerdə təbiət dururdu. Bu, son nəticədə yeni materialist və mütərəqqi fikirlərin meydana gəlməsi üçün geniş imkanlar yaratdı. İntibah dövrünün fəlsəfəsi Yeni dövrün fəlsəfi ənənələrinə keçid üçün zəmin yaratdı.


21. Klassik alman fəlsəfəsi və onun əsas nümayəndələrinin (İ. Kant, G.Hegel, L Feyerbax) fəlsəfi dünyagörüşü
Klassik alman fəlsəfəsi nisbətən qısa bir dövrü əhatə edir. Bu dövr XVIII əsrin 80-ci illərindən başlanır, XIX əsrin yetmişinci illərində (1872-ci ildə Feyerbaxın ölümü ilə) başa çatır. Bu fəlsəfə Yeni dövr fəlsəfi fikrinin zirvəsini təşkil edir.
Klassik alman fəlsəfəsinin əsas nümayəndələri aşağıdakılardır: İohann Herder; İmmanuil Kant; İohann Fixte; Fridrix Şellinq; Georgi Hegel; Lüdviq Feyerbax.
Klassisk - öz sahəsinə yenilik gətirən.



Yüklə 35,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin