“Şərq qapısı”
Azərbaycan Respublikasının Qarsdakı
Baş Konsulluğunda Xocalı soyqırımının
21-ci ildönümü qeyd edilmişdir
Azərbaycan Respublikasının Təb-
rizdəki Baş Konsulluğunda Xocalı
soyqırımı qurbanlarının xatirəsini
anma mərasimi keçirilmişdir.
Mərasimdə İran İslam Respublikası
Xarici İşlər Nazirliyinin Şimal-Qərb
Nümayəndəliyinin rəhbəri, Türkiyənin
Təbrizdəki Baş Konsulluğunun əmək-
daşları, kütləvi informasiya vasitə-
lərinin və şəhər ictimaiyyətinin nü-
mayəndələri iştirak etmişlər. Mərasim
iştirakçıları Xocalı soyqırımını əks
etdirən fotostendlərə, kitab və qəzet
materialları əsasında hazırlanmış sər-
giyə baxmışlar.
Xocalı soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad
edildikdən sonra çıxış edən Baş kon-
sul Əli Əlizadə erməni millətçilərinin
tarix boyu Azərbaycanda ağır hərbi
cinayətlər törətdiklərini diqqətə çat-
dıraraq demişdir ki, xalqımız dəfə-
lərlə xain düşmən tərəfindən etnik
təmizləmə və soyqırımına məruz
qalmış, doğma torpaqlarından di-
dərgin salınaraq qaçqın və məcburi
köçkün həyatı yaşamağa məcbur
edilmişdir.
Keçmiş SSRİ-nin süqutu illərində
erməni millətçilərinin yenidən Azər-
baycana qarşı ərazi iddiası ilə çıxış
etdiklərini bildirən Baş konsul vur-
ğulamışdır ki, bu əsassız və qanunsuz
iddialar Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə çev-
rilmişdir. Nəticədə, Azərbaycan xal-
qının başına XX əsrin ən dəhşətli
faciəsi – Xocalı soyqırımı gətirilmiş,
işğal olunmuş ərazilərimizdə bir-bi-
rindən dəhşətli qətliamlar törədilmiş,
minlərlə günahsız insan itkin düşmüş,
əsir götürülmüş, mədəniyyət müəs-
sisələri, sosial-məişət obyektləri ilə
yanaşı, məscid və qəbiristanlıqlar
yerlə-yeksan edilmiş, pirlər və zi-
yarətgahlar təhqirə məruz qalaraq
dağıdılmışdır. Xocalı şəhərində azər-
baycanlılara aid bütün tarixi izlər,
milli-mədəniyyət nümunələri bir ge-
cədə məhv edilmişdir. Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə
1994-cü il fevralın 24-də Azərbaycan
Respublikasının Milli Məclisi tərə-
findən “Xocalı Soyqırımı Günü haq-
qında” Qərarın qəbul olunduğunu
diqqətə çatdıran Ə.Əlizadə bu soy-
qırımına dair acı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması istiqa-
mətində görülən işlərdən danışmış,
Xocalı soyqırımına Meksika, Pakis-
tan, Kolumbiya, Çexiya, Rumıniya
parlamentləri, eləcə də İslam Əmək-
daşlıq Təşkilatı tərəfindən də hüqu-
qi-siyasi qiymət verildiyini qeyd
etmişdir.
Baş konsul əsaslı dəlil və faktlarla
sübuta yetirilmiş bu hadisəyə tezliklə
Azərbaycana dost və yaxın olan digər
ölkələr tərəfindən də hüquqi-siyasi
qiymətin verilməsinin vacibliyini
qeyd etmişdir.
Mərasimdə qeyd olunmuşdur ki,
erməni millətçi dairələri XX əsrin
əvvəllərində Azərbaycan ilə yanaşı,
Türkiyədə, eləcə də İranın Xoy, Maku,
Səlmas və digər şəhərlərində günahsız
insanlara qarşı dəhşətli bəşəri cina-
yətlər törətmişlər. Bütün bu tarixi
gerçəkliklərin olduğu kimi dünya ic-
timaiyyətinə çatdırılması vacibdir.
Mərasimdə Azərbaycana qarşı da-
vam edən erməni təcavüzünün tarixi
gerçəkliklərindən və Xocalı soyqırı-
mının dəhşətlərindən bəhs edən film
nümayiş etdirilmiş və faciə qurban-
larının xatirəsinə ehsan verilmişdir.
Xocalı faciəsindən bəhs edən film-
lər, Xocalı əhalisinin dünya ictima-
iyyətinə ünvanlanmış müraciəti və
fars dilinə tərcümə edilmiş digər
əyani materiallar mərasim iştirakçı-
larına paylanmışdır.
Dostları ilə paylaş: |