1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı


Naxçıvan Muxtar Respublikasında Xocalı soyqırımı



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix02.01.2022
ölçüsü2,01 Mb.
#1156
1   2   3   4   5   6   7   8   9   ...   26
Naxçıvan Muxtar Respublikasında Xocalı soyqırımı 

qurbanlarının xatirəsi yad edilmişdir

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 38 (20.692)

27 fevral 2013-cü il, çərşənbə 

Ardı 2-ci səhifədə


2

dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir.

Qətnamədə  Xocalı  faciəsi  “Erməni  silahlı

qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi

soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi

qiymətləndirilmişdir.

    Xocalı harayı, Xocalı fəryadı ürəkləri-

mizdə daim qanayan yaradır. Bu gün Xocalı

harayı dünyanın hər yerindən eşidilir, Xocalı

qurbanlarının əziz xatirəsi anılır, mitinqlər,

piketlər keçirilir, ermənilərin vəhşiliklərini

əks  etdirən  fotoşəkillər,  filmlər,  sənədli

materiallar nümayiş etdirilir. Xocalıda er-

mənilər  tərəfindən  törədilən  soyqırımını

beynəlxalq ictimaiyyət hiddətlə qarşılayır,

dünyanın hər yerində bu soyqırımına etiraz

edənlərin sayı ildən-ilə artır. Artıq Meksika,

Pakistan,  Kolumbiya,  Çexiya,  Rumıniya

və  Kanada  parlamentləri  Xocalı  faciəsini

soyqırımı  kimi  tanımış  və  ya  bu  barədə

xüsusi bəyanat qəbul etmişlər. Bununla ya-

naşı, Amerika  Birləşmiş  Ştatlarının  Nyu-

Cersi, Nyu-Meksiko, Meyn, Texas, Corciya,

Massaçusets  və  Arkanzas  ştatlarının  qa-

nunverici  orqanları  da  Xocalı  faciəsinin

soyqırımı kimi tanınması barədə qərar çı-

xarmışlar. Uzaq Amerika qitəsində, Asiyada,

Avropada,  ümumiyyətlə,  dünyanın  dörd

bir yanında Xocalı soyqırımının tanınması

haqqın, ədalətin təntənəsidir.

    Fevral  ayının  əvvəlində  Amerika  Bir-

ləşmiş Ştatlarında yaşayan azərbaycanlılar

ermənilərin  törətdiyi  Xocalı  soyqırımının

tanınması məqsədilə Ağ Evin rəsmi internet

səhifəsində  petisiya  yerləşdirmişlər.  Qısa

vaxtda  petisiyaya  səs  verənlərin  sayı  100

mini keçmişdir. Eyni zamanda Dağlıq Qa-

rabağ münaqişəsinə və erməni silahlı qüv-

vələri  tərəfindən  Azərbaycan  ərazilərinin

işğal olunması faktına qarşı yönəlmiş peti-

siya da Ağ Evin rəsmi internet səhifəsində

yerləşdirilmişdir. Bu petisiya üçün də 100

mindən  artıq  imza  toplanmışdır.  Bu  bir

daha təsdiq edir ki, milliyyətindən və harada

yaşamasından  asılı  olmayaraq,  insanlar

haqqın, ədalətin yanındadır. Dünya xalqları

Xocalıda  törədilən  soyqırımına  və  Azər-

baycanın tarixi torpaqlarının işğalı faktına

biganə qalmamışlar.

    Tədbirin  aparıcıları  belə  bir  fikir  ifadə

etmişlər ki, Xocalı soyqırımının təşkilatçıları

və icraçıları layiqli cəzalarını almalı, insanlıq

əleyhinə törədilmiş bu cinayət cəzasız qalma -

malıdır. Heç kim unutmamalıdır ki, fevralın

26-sı  təkcə  faciə  tariximiz  deyil,  eyni  za-

manda  ərazi  bütövlüyümüzün  bərpası  və

işğala son qoyulması uğrunda mübarizə ta-

riximizin də bir səhifəsidir. Bu gün Dağlıq

Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda

Azərbaycan dövlətinin həyata keçirdiyi ar-

dıcıl,  prinsipial  və  milli  mənafeyə  uyğun

siyasi xətt bütün Azərbaycan xalqının ira-

dəsini  əks  etdirir.  Düşmən  bilməlidir  ki,

Ali  Baş  Komandanımızın  hücum  əmrini

gözləyən  qüdrətli  ordumuz  şəhidlərimizin

qanını alacaq, üçrəngli bayrağımız Şuşada,

Xankəndidə dalğalanacaqdır.

    Naxçıvan şəhərində olduğu kimi, muxtar

respublikanın rayon mərkəzlərində də Xocalı

soyqırımının 21-ci ildönümü ilə bağlı anma

mərasimləri keçirilmişdir. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin