1Fövqaladə hallarda Mülkü müdafiyənin rolu və vəzifələri


köçürülmə işlərinin təşkili və xüsusiyyətləri



Yüklə 59,8 Kb.
səhifə22/29
tarix28.03.2022
ölçüsü59,8 Kb.
#54335
1   ...   18   19   20   21   22   23   24   25   ...   29
mm imtahan sualları cvb

19 köçürülmə işlərinin təşkili və xüsusiyyətləri-Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından

biridir.Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda təbii fəlakətlər, və qəzalar zamanı, həm də müharibə dövründə kütləvi qırğın silahları işlədilərkən əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.



Köçürmə (təxliyə) – insanların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil sürətdə çıxarılıb təhlükəsiz zonalarda yerləşdirilməsi üzrə tədbirlər kompleksidir. Təhlükəsiz zona – düşmən basqını gözlənilən şəhərlərin və dərəcəli obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda, əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən və zədələnmə ocaqlarından vaxtında təhlükəsiz rayonlara çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimum dərəcədə azaltmağa imkan verir.Köçürmə tədbirləri, fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində əhalinin həyatı və sağlamlığı üçün təhlükə yaranarkən, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.Köçürmə tədbirləri, düşmən tərəfindən kütləvi qırğın silahlarınıntətbiq edilməsi, həmçinin təbii fəlakətlər və güclü istehsalat qəzalarının baş verməsi ehtimalları nəzərə alınmaqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürülmə işlərinin müvafiq variantda yerinə yetirilməsi nəzərdə tutulmalıdır. Əhalinin köçürülməsi istehsalat və ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat prinsipi, bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb və orta ixtisas məktəbləri tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Bu halda təhlükəli rayonlarda fəaliyyətini davametdirən obyektlərin işçiləri, təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılır. Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən köçürülür.


Yüklə 59,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin